Yeddi erməni vətəndaşlıq üçün Azərbaycana müraciət ediblər - FOTO
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.
Hər iki qurumun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib. Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.
Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1140 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQızıl bahalaşdı
Azərbaycan bazarında 30 oktyabr 2026-cı il tarixi üçün olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının qiyməti 6,867.8810 manat təşkil edib. Bununla da 1 qram xalis qızılın qiyməti 220.81 manat səviyyəsində müəyyənləşib. Bazar tələbinə uyğun olaraq müxtəli
20:15 1 ZƏFƏRİN ZİRVƏSİ ŞUŞA: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ VƏ YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan tarixinin elə səhifələri var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, milli yaddaşda tutduğu mövqe isə daha da möhkəmlənir. 8 Noyabr - Zəfər Günü və Şuşa şəhəri günü xalqımızın tarixində məhz belə müstəsna əhəmiyyətə malik hadisələrdəndir. Bu tarixlər Azərbaycanın yalnız hərb
11:20 205 "Böyük İsrail" ideyası və Yaxın Şərqin demoqrafik reallıqları
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərində bülletenlərin 100 faizi sayılıb. Yekun nəticələrə əsasən, Benyamin Netanyahu bloku 53, Ayzenkot bloku 48, ərəb partiyaları isə 19 mandat qazanıb. İsrail parlament seçkiləri daha çox Benyamin Netanyahunun siyasi gələcəyi ətrafında müzakirə oluns
12:24 221 Zaur Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib. Mərhum müğənninin yaxınları Axşam.az-a açıqlamasında bildirib ki, vida mərasimi onun evində yaxınlarının iştirakı ilə keçiriləcək. Z.Rzayev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
10:32 235 Polşa ABŞ-yə hərbi baza üçün dörd şəhər təklif edib
Polşa ABŞ-nin ölkə ərazisində daimi hərbi baza yerləşdirməsi üçün dörd mümkün şəhərin adını Vaşinqtona təqdim edib. xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin nümayəndəsi, general Dariuş Lukovski "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, baza üçün Vrotslav
21:15 1 Lavrov ABŞ-a gedib
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a gedib. APA-nın Moskva bürosu xəbər verir ki, Lavrov Atlantada G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak edəcək. Rusiya XİN rəhbərinin bir sıra rəsmi şəxslərlə, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə ikitərəfli danışıqları gözlənilir
20:45 1 "İnci" körpələr evində azyaşlıya şiddət iddiası - Video
"İnci" körpələr evi-uşaq bağçasında azyaşlı uşağa qarşı şiddət göstərildiyi iddia olunub. Bu barədə -ın qaynar xəttinə (055-224-12-12) şikayət daxil olub. Valideyn Səbinə Şəkərova iddia edib ki, oğlu iki yaşlı İslam müəllimi tərəfindən şiddətə məruz qalıb. Onun sözlərinə görə, uşağın bədəni
16:00 208 Putin Makron və Merzlə telefon danışığına hazırdır
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merzlə telefon danışığı aparmağa hazırdır. xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun açıqlamasını jurnalist Aleksandr Yunaşev "Telegram" kanalında yayımlayıb
11:00 211 Ermənistan Türkiyə ilə normallaşma istəyir: Bakı-Ankara müttəfiqliyi İrəvanın hesablamalarına necə təsir edir?
İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır. Lakin Bakı ilə Ankaranın strateji müttəfiqliyinin yaratdığı regional reallıqları da nəzərə almaq məcburiyyətindədir. Azərbaycan-Türkiyə münasibətləri Ermənistanın siyasi dairələrində və ictimai müzakirələrində xüsusi diqqətlə izlənilən məsələlərdəndir
12:06 200