Kafedə ofisiant işləyən arvadına görün nə etdi - Geyimi, hərəkətləri dəyişmişdi...
Həyat yoldaşı kafedə ofisiant işləyən arvadının boğazını kəsib.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, Jalə (Adlar şərtidir) həyat yoldaşı Urfanla birlikdə kirayədə yaşayıb. Maddi sıxıntılar onların ailə həyatında soyuqluğa səbəb olub.
Onlar işlədikləri şirkət bağlandıqdan sonra iş axtarsalar da, tapa bilməyiblər. İşsizlikdən evin kişisi olaraq ən çox əzabı Urfan çəkib. O, Jalənin belə həyatdan, maddi sıxıntılardan bezdiyini hiss edib, buna rəğmən sevgisini qorumağa çalışıb.
Bu vəziyyətdən bezən Jalə şəhərin küçələrində iş axtarmağa başlayıb. Lakin uyğun bir iş tapa bilməyib. Daha sonra evə doğru qayıdarkən çay evlərinin birinin ofisiant xanım axtardığını görüb və oranın sahibi Abbasla iş barədə danışıb.
Həmin gün artıq çay evində iş tapan Jalə bu barədə Urfana dedikdən sonra o, bir qədər narazılıq etsə də, başqa çıxış yolu olmadığını anlayıb.
Artıq bir neçə gündür çay evində ofisiant olaraq çalışan Jalənin müştərilərə etdiyi xidməti, özünə və geyiminə fikir verməsi Abbasın diqqətindən qaçmayıb. Abbas işlətdiyi çay evində Jalə ilə daha yaxından tanış olmaq istəyib. Abbas bəzən çay evinə gələn dostları ilə oturarkən Jaləni də masaya dəvət edib. Abbas onu dostları ilə tanışlığa, söhbətə cəlb edib.
Bütün bunlar baş verərkən Urfan gününü evdə keçirib. O, Jalənin gəldiyini görüb, ayağa qalxıb, qarşısını kəsib və "belə olmaz, sən evdə tapılmırsan, mən özüm iş tapacağam" deyib.
Növbəti gün qəfil çay evinə gəlib, Jalənin qolundan tutaraq aparmaq istəyib. Bunu görən Abbas onlara yaxınlaşıb. Jalə Urfanı oradan uzaqlaşdırdıqdan sonra Abbasla öz həyatı barədə söhbət edib. Abbas ona narahat olmamasını deyib, hətta ayrılmaq istəsə, müvəqqəti başqa yerdə yaşamaq istəsə, ona kömək edəcəyinə söz verib. Jalə Urfanın yanına qayıtmağa qorxsa da, hələ ayrılmaq istəmədiyini bildirib.
Urfan həmin gün Jalənin onu görmək istəmədiyini və hərəkətlərində sərbəst olduğunu deməsini ağlından çıxara bilməyib. Məişət malları satılan mağazaya gedib, oradan mətbəx bıçağı alıb və birbaşa çay evinə yollanıb.
Əvvəl Jaləni izləyən Urfan daha sonra arxa qapıdan çay evinə daxil olub, həyat yoldaşını gözləyib. Daha sonra Urfan Jalənin ağzını tutub içəri aparıb, diz çöküb yalvarıb ki, onunla evə getsin. Jalənin ona dediyi sözlərdən sonra isə belindəki bıçağı çıxarıb və ona ard-arda zərbələr endirib. Zərbələrdən biri Jalənin boğazına tuş gəlib.
Urfan daha sonra Jalənin yanında oturaraq ağlayıb və onu xəstəxanaya çatdıracağını deyib. Lakin Abbas təcili tibbi yardım çağıraraq Jaləni xəstəxanaya aparıb. Urfan isə könüllü olaraq hüquq-mühafizə orqanı əməkdaşlarına təslim olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1307 Tarix: 15 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCeyhun Bayramovdan nəzakətli addım - Video
Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti öncəsi salınan "Beştəpə Millət Ormanı" və "Türk Dövlətləri Mədəniyyət Parkı" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. "Qafqazinfo" xəbər veri
29.10.2026 285 Dünyanın ən bahalı tablosunun müəllifi Leonardo da Vinçi olmaya bilər
2017-ci ildə hərracda 450 milyon dollara satılan "Dünyanın xilaskarı" ("Salvator Mundi") tablosunun müəllifliyi ilə bağlı yeni iddia ortaya çıxıb. Süni intellekt əsərin məşhur italyan rəssamı Leonardo da Vinçi tərəfindən deyil, onun tələbələrindən biri tərəfindən çəkilmiş ola biləcəyin
29.10.2026 318 Papa XIV Leo ABŞ-da keçiriləcək seçkilərdə səs vermək istəyir
ABŞ-ın İllinoys ştatında qeydiyyatda olan seçici Papa XIV Leo ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə iştirak etmək üçün poçt vasitəsilə səsvermə bülleteni tələb edib. xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb. Katolik Kilsəsinin rəhbəri səsvermə bülleteni ilə bağlı müraciətin
10:26 0 Diplomatiyada qarşılıqlı hörmət: Şuşadan Bakıya, Bakıdan Ankaraya uzanan mesaj
BİG.AZ-ın müxbiri Nuray Nəzərova yazır. Diplomatiyada bəzən bir görüşün keçirildiyi şəhər, bəzən nümayəndə heyətinin tərkibi, bəzən də verilən mesajın özü siyasi bəyanatlardan daha çox məna daşıyır. Şuşa, Bakı və Ankara arasında qurulan diplomatik təmaslara bu prizmadan yanaşdıqda, ayrı-ayrı görüşləri
29.10.2026 270 "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna
29.10.2026 403 Limonu uzun müddət təzə saxlamağın sirri
Limonların daha uzun müddət təzə qalması və vaxtından əvvəl xarab olmaması üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. xarici mediaya istinadən xəbər verir ki, limonlar bəzən çay, şirniyyat və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə edilməzdən əvvəl xarab olur. Hətta soyuducuda saxlanıldıqd
29.10.2026 358 Mehriban Əliyeva qızı və gəlini ilə tamaşada - Fotolar
Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Akademik "Malıy" Dram Teatrı - Avropa Teatrı oktyabrın 29-da Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində Anton Pavloviç Çexovun "Qağayı" pyesi əsasında hazırlanan eyniadlı tamaşasını Azərbaycan Dövlət Akademi
10:09 54 Pezeşkianın ana dili sevgisi: İranda Azərbaycan məktəbləri üçün yeni ümid
Ana dili hər bir xalqın milli kimliyinin, tarixi yaddaşının və mənəvi varlığının ən mühüm dayaqlarından biridir. İnsan öz ana dilində düşünür, duyğularını ifadə edir, xalqının tarixini, mədəniyyətini və ədəbiyyatını gələcək nəsillərə ötürür. Bu baxımdan İranda yaşayan milyonlarla azərbaycanlının öz an
29.10.2026 326 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi yaddaşında əbədi yaşayacaq qələbə salnaməsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, milli iradəsini, mübarizə əzmini və gələcəyə baxışını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Milli Qurtuluş Günü deyil, məhz 15 May - Şuşa Şəhəri Günü Azərbaycanı
10:11 48