Azərbaycanlı model narkotikə qurşanıb, dilənçilik edir
Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən model Rövşanə Kərimovanın (Şou-biznesdə Təhminə kimi tanınırdı - red.) anası efirə çıxaraq kömək istəyib.
Axşam.az xəbər verir ki, modelin anası qızının hazırda narkotik alidəçisi olduğunu, küçələrdə yaşadığını, dilənçilik etdiyini bildirib:
"Rövşanə Britaniya vətəndaşı, milyarder iş adamı ilə evli olub. O, elə bir zəngin insan idi ki, Bakıda oturub, Londonda villasının işıqlarını yandırıb-söndürürdü. İngilis kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı.
Onun alüdəçiliyi və kim tərəfindən bu hala salınmasını deyə bilmərəm. Qızımı tərbiyəli, işinə-gücünə gedən, dörd dil bilən kimi tanımışam. Onu oxutdurub, ali təhsil vermişəm. Haradan bilərdim ki, o kiməsə qoşulub, pis şeylərin alüdəçisi olacaq. Düzdür, o evə ziyan vurmurdu, amma bu dərəcəyə gəlib çıxmışıq".
Qadın qızının bütün evlərini satdığını açıqlayıb:
"Biz belə deyildik. Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz var idi. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsinda yaşıl darvazalı villamız - hamısını satdı.
Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirtdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. İngilis ərindən əvvəl isə qızım türk iş adamı ilə evli olub. Çox yaxşı bir insan idi. Onunla Bakıda tanış olub rəsmi şəkildə evlənmişdi.
Biz uzun illər Türkiyədə yaşadıq. O şəxs bizi bütün Türkiyəni gəzdirmişdi. Amma onların uşağı olmadı. Qızım hər zaman brend paltarlar geyinib. İndi evdə qalıb, heç üzünə də baxmır. Qızım hazırda küçələrdə dilənir. Bizim o qədər pulumuz var idi, bilmirdik hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın alüdəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır".
Qadın əlavə edib ki, qızını xəstəxanaya qoyub, 7 ay müalicə alıb, amma sağalmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1858 Tarix: 18 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞıxov çimərliyində iki qadın dənizdə boğuldu
Bakıda dənizdə iki nəfər boğulub. Qaynarinfo xəbər verir ki, hadisə Şıxov çimərliyində baş verib. Dənizdə batan iki qadının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb
16:10 320 Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə
Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond
12:11 205 Təhsilin "beyni" ilə bağlı ciddi suallar - Dərsliklər və elmi yanaşma
"Sistemin daxilindəki problemlərin və elmi yanaşmadakı çatışmazlıqların ən çox müzakirə olunan nümunələrindən biri təhsilin elmi-metodiki bazasının formalaşdırılmasında mühüm rol oynayan Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəaliyyəti ilə bağlı tənqidlərdir". Bunu BİG.AZ-a açıqlamasınd
15:32 205 Pentaqon hərbi hakerlər arasında intihar hallarını araşdırır
ABŞ Kiber Komandanlığı hərbi hakerlər arasında baş verdiyi bildirilən bir sıra intihar hallarını araşdırır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinədək azı beş hərbçi intihar edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Pentaqon bu ölümlər
12:27 223 Xanımının ad gününü Lazur sahillərində qeyd etdi - FOTOLAR
Xalq artisti Emin Ağalarov həyat yoldaşı Alyona Qavrilovanın doğum gününü ailəsi ilə birlikdə qeyd edib. Axşam.az xəbər verir ki, sənətçi bu münasibətlə ailə fotolarını sosial şəbəkə hesabında paylaşıb. Emin həyat yoldaşı və övladları ilə birlikdə Fransanın məşhur kurort şəhəri Sen-Tropezə yollanıb
12:02 396 Azərbaycanda zəlzələ olub
Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, 16:00-da qeydə alınan yeraltı təkanın maqnitudası 3, dərinliyi isə 31 km olub. Zəlzələ hiss edilməyib
16:52 191 Ankara, Ər-Riyad və İslamabad birləşdi - "Məkkə sazişi" nə vəd edir?
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə mümkün təcavüz aktlarına qarşı kollektiv çəkindirmənin gücləndirilməsini nəzərdə tutan "Birgə müdafiə haqqında Məkkə sazişi"ni imzalayıblar. Pakistanın xarici işlər naziri sazişin konkret olaraq hər hansı dövlətə qarşı yönəlmədiyini və "tamamil
15:11 219 Ermənistanda yeni konstitusiya və AİB-Aİ üzvlüyü müzakirəsi - Paşinyana SƏRT İTTİHAM
Ermənistanda yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi, eləcə də ölkənin Avropa İttifaqına (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələr Baş nazir Nikol Paşinyanın müstəqil qərar qəbul etmək imkanlarının məhdud olduğunu göstərir. xəbər verir ki, bunu Ermənistan Respublik
11:47 239 Vaşinqton görüşləri ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı
Prezident İlham Əliyevin geosiyasi uğurlarından biri də 2025-ci ilin avqustun 8-də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutara
12:16 213