Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsindən 3 il ötür
Bu gün Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsinin işğaldan azad olunmasının üçüncü ildönümüdür.
"Report" xəbər verir ki, 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi işğaldan azad olunub.
Bununla da, otuz ilə yaxın işğal altında olan Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb.
Müjdəli xəbəri Azərbaycan xalqına Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev çatdırıb. Dövlət başçısı Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətlə hər iki ölkənin xalqını təbrik edib.
Ağbənd qəsəbəsini və Ağbənd sərhəd zastavasını işğaldan azad edən Azərbaycan hərbçiləri bu barədə Ali Baş Komandan İlham Əliyevə raport verib.
Həmin gün Ağbənd qəsəbəsilə yanaşı, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərinin, eləcə də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli və Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri də düşməndən təmizlənib.
Ölkə rəhbərinin tapşırığı ilə Dövlət Sərhəd Xidməti tərəfindən qısa müddət ərzində İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi işğaldan azad olunan hissəsində də bütün zəruri mühafizə infrastrukturu yaradılıb. Burada sərhəd zastavalarının fəaliyyəti bərpa edilib.
Beləliklə, işğaldan azad olunandan sonra ərazinin minalardan təmizlənmə əməliyyatı ilə yanaşı, paralel olaraq qəsəbədə infrastrukturun bərpası işləri də aparılır.
Hazırda Azərbaycan üçün böyük əhəmiyyətə malik olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun inşası davam etdirilir. Bu avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. Ümumi uzunluğu 123,8 km olan yolun təməli 2021-ci ilin aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı qoyulub.
Bununla yanaşı, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşası da davam etdirilir. 2021-ci ilin fevral ayında ölkə prezidentinin təməlini qoyduğu Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. I mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 km, III mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.
Qeyd edək ki, Ağbənd qəsəbəsi Zəngilanın Vejnəli kənd inzibati ərazi dairəsinə aiddir və 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qəsəbə Araz çayının sahilində, Ağbənd dağının ətəyində yerləşir. Yaşayış məntəqəsinin adı ətəyində salındığı dağın adından götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 542 Tarix: 22 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak edə bilməyəcək. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, oktyabrın 30-
29.10.2026 312 Robotlar sinif otaqlarında: Təhsildə inqilab, yoxsa yeni çağırışlar?
Müasir dövrdə texnoloji inqilab təhsilin fundamentini də sarsıdır. Özəl məktəblərdə robotların müəllim kimi çıxış etməsi və dərslərin süni intellekt vasitəsilə fərdiləşdirilməsi artıq uzaq bir fantastika deyil, yaxın gələcəyin real strategiyasıdır. Lakin bu texnoloji sıçrayışın təhsilin mahiyyəti, sosia
29.10.2026 270 "AzerGold" QSC 20-ci Beynəlxalq "MiningMetals" sərgisində iştirak edib
"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 20-ci Beynəlxalq "MiningMetals" yubiley sərgisində iştirak edib. 27-29 oktyabr tarixlərində baş tutan beynəlxalq sərgi dağ-mədən sənayesi, metallurgiya və metal emalı sahələrini əhatə edib. Sərgidə ölkəmizlə yanaşı, 18 ölkən
29.10.2026 214 Məktəbdə jurnalistlərə qarşı zorakılıqla bağlı - Açıqlama
"Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub". Axşam.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının ötən gün Yasamaldak
29.10.2026 301 "VİP Motors" MMC-də qalmaqal: Zeynal Usubov şirkətinin direktorunu məhkəməyə verdi
"VİP Motors" MMC-nin təsisçisi Usubov Zeynal Mütəllim oğlu şirkət direktorunun fəaliyyətindən narazıdır. Qaynarinfo xəbər verir ki, məhkəmədə müəssisənin gəlirlərinin mənimsənildiyini, dividend almadığını və şirkətin icarə borcunu öz vəsaiti hesabına ödəməli olduğunu iddia edir. Məhkəmə Zeyna
29.10.2026 335 "Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
İran ABŞ blokadası və Qərbin sanksiyalarından yayınan hərbi agentliklər şəbəkəsi yaradıb, 2025-ci ilin yanvarından bəri İrana 2 milyard dollar dəyərində hərbi avadanlıq idxal edilib. "Reuters"in araşdırmasına görə, MOD hərfləri ilə başlayan adların arxasında nəhəng maliyyə və hərbi maşın təşki
29.10.2026 206 8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir
8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub. 8 Noyabr zəfərini təmin edən milli birli
29.10.2026 239 Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - Foto
Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real TV"nin çəkiliş qrupuna hücum olub. "Trend"ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri - H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasını
29.10.2026 414 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video
Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı daha bir təfərrüat məlumat olub. Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın anası Ayşən İsmayılova övladının dayənin nəzarətsizliyi səbəbindən bir neçə dəfə yıxıldığını iddia edir. "Mən uşağımı canlı verdim, ölü aldım. Uşağım yıxılıb
29.10.2026 205