Qiyməti hər gün qalxır.. - 20 manata çatır

Qiyməti hər gün qalxır.. - 20 manata çatırSon dövrlər bazarda ətin qiyməti digər məhsullarla müqayisədə kəskin artıb. Koronavirus pandemiyası dövründə hər şeyin qiyməti qalxdı, lakin ət ən bahalı məhsullardan birinə çevrildi. İki-üç il əvvəl şəhər bazarlarında dana ətinin kiloqramı orta hesabla 10-11 manata, quzu əti 12-13 manata təklif olunurdu. İndiki qiymətlər isə müvafiq olaraq 16-17 və 17-18 manatdır. Bir az da keçsə, biz qiymətin əvvəlkindən ikiqat artması haqqında danışa bilərik.

BiG.AZ Cebhe.info-ya istinadən xəbər verir ki, bazarı araşdırdıqda məlum olub ki, son aylar ətin qiymətində 2- 3 manat arası artım müşahidə olunub. Belə ki, mal ətinin 1 kiloqramının qiyməti 12 AZN-dən 14,50 AZN-ə, qoyun əti isə 15-16 AZN-dən 17-18 AZN-ə kimi artıb. Bahalaşma xüsusən də marketlərdə daha çox özünü göstərib.

Bəzi satıcılar bildiriblər ki, ətin qiyməti 20 manata qədər də bahalaşa bilər. Səbəb olaraq isə bildirirlər ki, ətin qiymətinin artmasına səbəb otun, yemin və digər heyvanlara çəkilən xərcləri qiymətinin artmasına səbəb olaraq göstərmək olar.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib ki, ticarətdə mal ətinin üç növünü ayırmaq adətdir:

"Aydındır ki, qiymətlər çeşiddən asılıdır, lakin bizim praktikada bu qayda tətbiq edilmir. Adətən çeşidlər qarışdırılır və hər şey orta qiymətə satılır. Nəticədə alıcı nəinki daha çox pul ödəyir, o, həm də gizli qiymət artımına görə artıqlaması ilə ödəyir".

İqtisadçı-ekspert Xalid Kərimli qiymət artımını ət istehsalçılarının xərclərinin artması ilə izah deyib:

"Mal əti bazarında qiymətləri dövlət yox, bazar tənzimləyir. Tarif Şurası digər qiymətlərlə bağlı qərar verir, bu da ət bazarında özünü göstərir. Bir neçə ət bazarı var. Bura quş əti, qoyun əti, mal əti və balıq əti məhsulları daxildir. Məncə, ətə olan tələbatımızın 85%-ni yerli istehsal təmin edir. Qoyun əti üçün isə bu rəqəm 97%-dir. Çünki qoyun əti istehsalı ətrafımızda ən yaxşı bizdə inkişaf edib.

Hardasa 80% quşçuluq məhsulları və 90% mal əti ilə özümüzü təmin edirik. Bunların hər biri öz istehsalımız olsa da, hər birindən üzrə idxalda yem komponentləri üzrə asılıyıq. Ümumiyyətlə, ət istehsalında da maya dəyərlərinin xərclərinin əhəmiyyətli hissəsinin 70%-ə qədəri yem komponentləri üzrə formalaşır. Yəni ətin istehsal olunmasının maya dəyərinin 70%-i yemdir.

Bu yem komponentlərində də xaricdən asılıyıq. Həm soya, həm dərman məhsulları, həm bu sahədə istifadə olunan buğda və arpanın dəyəri qiymətlərə təsir edir. Bu, bizim nəzarətimizdə deyil. Bu baxımdan ət istehsalında son dönəmlər xərc artıb. Təbii ki, hər ət istehsalı üzrə xərclərin qiymətlərə təsiri olur. Tutaq ki, quşçuluqda 40 günə toyuq yetişdirilirsə, mal- heyvanın yetişdirilməsi illər tutur. Ona görə də xərclərin artımı bu fermerlərə və təsərrüfatlara da tədricən təsir edir".

Ekspertin fikirlərinə görə, Azərbaycanın ucuz bazarları olan Ukrayna və Rusiya indiki dövrdə əlçatmaz olduğundan, bu, yerli təsərrüfatların qiymətləri qaldırmasına yol açır:

"Xaricdən idxalın da əhəmiyyəti var. Ucuz bazarlardan- Ukrayna və Rusyadan mal gətirirdik. İndi bunların da aradan qaldırılması yol verir ki, yerli fermer və təsərrüfatların qiymətləri daha qaldırmasına imkan verir. O təsir amili də aradan qaldırılır. Yerli mal əti təqdim edənlər 2 formada olur. Birincisi, intensiv təsərrüfatlar, ikincisi isə ev təsərrüfatlarıdır.

İntensiv təsərrüfatlarda qiymətlərə yem komponentləri təsir göstərir. Ev təsərrüfatları da yemdən istifadə edir, amma onlar daha çox otun bahalaşmasından şikayətlənirlər. Yəni qısacası, həm xaricdən gələn idxal ət, həm intensiv təsərrüfatlar, həm də ev təsərrüfatlarında xərclər artıb. Tələbat artımında da ilk imkanda onlar qiyməti artıra bilirlər".

Ekspertlər bu bahalaşmanın 2023-cü ilin sonuna qədər davam edəcəyini və ətin qiymətinin bir kiloqram üçün 20 manata kimi qalxacağını proqnozlaşdırırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2715   Tarix: 22 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.