"Space"dən çıxan aparıcı həyətdəki işıqları da apardı - "Bəlkə özünüz almışdız?"

"Space"dən çıxan aparıcı həyətdəki işıqları da apardı - "Bəlkə özünüz almışdız?""Space" kanalının rəhbəri Vado Korovin məni qəbul edəndə dedi ki, Aytən xanım verilişi bağlayıram, mənə maqazin verilişi lazım deyil! Bəs nə oldu? Verilişi bağlayırdınız?! Yeni mövsümdən verilişin adını dəyişib Raksana İmirə həvalə etdiniz! "Space maqazin" adını "Space star"-a dəyişdilər! Həm də deyirdilər ki, veriliş reytinq vermir! Uşağım kimi böyüdüb, hamıya sevdirdiyim verilişimi əlimdən aldınız. Bağlansaydı deyərdim ki, normal haldır. Hazıra-nazir gəldiniz! Ədalətli Allah bunu belə qoyacaq? Əlbəttə ki, yox. Sadəcə zamanı var. Heç birinizə haqqımı halal etmirəm".

Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aparıcı Aytən Leylaqızı deyib. O daha sonra əlavə edib.

"Mən "Space maqazin" verilişinə başlayanda bir bilsəniz veriliş nə gündə idi! Çəkiliş, məkan, aparıcı geyimləri bərbad vəziyyətdə idi. Zövqsüz, baxımsız bir haldaydı! Mən məkanı da, geyimləri də özüm tapdım. Redaktorum belə yox idi. Layihə rəhbərliyini edirdim, stendaplarımı özüm yazıb deyirdim, verilişin montajında belə otururdum. Bütün bunları səhmana salandan sonra veriliş gözəl reytinq verdi. Sonuncu efirə gedən verilişimə 5 reytinq gəlmişdi. Verilişdə bütün ulduzlarımızın müsahibələrini yayımlayırdıq. Xalq artisti Aygün Kazımova bəlkə də "Space" tv-yə sonuncu dəfə nə vaxt müsahibə verdiyini yadından çıxarmışdı. O tez-tez sevənləri ilə efirdən bizim verilişimiz vasitəsilə görüşürdü. Müxbirim Elman da güclü idi" deyə aparıcı xanım bildirib.

Aytən Leylaqızı "Space"-in həyətinə çəkdiyi xərcdən də danışıb.

"Hamı bilir ki, "Space" tv-nin həyətini işıqlandırıb, güllər əkdirmişdim. İşdən çıxanda işıqları özümlə apardım. İndi də söz-söhbət gəzir ki, yaxşı hərəkət etməyib apardı! Ayıb deyil? Nə etməli idim?! Bəlkə öz büdcənizlə almışdınız, bilməmişəm?! "Space"-in həyətində bir işıq yox idi, oranı mən işıqlandırmışdım. Həyətə 6 min manatdan çox vəsait qoydurmuşdum" deyə aparıcı qeyd edib.

Aytən Leylaqızı bildirib ki, hal-hazırda işsizdir.

"Hazırda heç yerdə işləmirəm. Mənə də təsir edən odur ki, heç nədən niyə məni işimdən edirsən?! İndi mən işsiz qalmışam. Yalnız tədbirlərdə və toylarda aparıcılıq edirəm" deyə Aytən Leylaqızı bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1850   Tarix: 23 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.