Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər"

Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər"2014-cü ildə Azərbaycan Tibb Universitetinin "Müalicə işi və profilaktika" fakültəsindən məzun olan Neyrocərrah Uzm.Dr. Fəzail Kərimov həmin ildən Mərkəzi Neftçilər Xəstəxanasında həkim-rezident olaraq fəaliyyətə başlayıb. Daha sonra o, 2018-ci ildə Türkiyə Cumhuriyyətinin "Tibbdə Uzmanlığa qəbul" imtahanını uğurla verərək, "İstanbul Eğitim və Araştırma Xəstəxanasının Beyin və Sinir Cərrahiyyəsi şöbəsində uzmanlıq təhsilinə başlayıb.
 

2023-cü ildə uzmanlıq təhsilini bitirmə imtahanını uğurla verərək Beyin və Sinir Cərrahiyyəsi uzmanı adını alıb. Vətənə döndükdən sonra Caspian International Hospitalda fəaliyyətə başlayıb.

BiG.AZ Fəzail Kərimovla müsahibəni təqdim edir:

-    Fəzail həkim ilk olaraq vətənə xoş gəlmisiniz. Ölkəmizdə  xaricə gedən həkimlər müzakirə mövzusu olurdu. Hazırda isə əksinə olaraq xaricdə işləmək imkanı olduğu halda, vətənə dönməyi üstün tutan həkimlərimiz müzakirə edilir.  Türkiyədə qalıb işləmək imkanınız olduğu halda, nəyə görə ölkəyə dönmək istədiniz, bu qərarını vermək çətin olmadı ki?

-   Doğrudur, hal-hazırda Türkiyədə uzmanlıq təhsili alıb orada işləmək maddi cəhətdən daha sərfəlidir. Daha çox pasiyent kütləsinə sahib ola bilərsən. Qısa zaman ərzində istər cəmiyyətdə tanınma, istər maddi baxımdan daha üst səviyyələrə çıxmaq mümkündür. Mənim xaricə təhsil üçün gedişimi planladığım zamanlardan bəri, məqsədim uzmanlıq təhsilimi tamamlayıb, uzman həkim kimi vətənimə dönmək, xalqımıza xidmət etmək idi. Burada insana yol göstərən əsas faktor qarşındakı məqsəddir. Hazırda səhiyyəmiz çox irəliləyib. Bir çox xəstəxanamızda dünyanın inkişaf etmiş ölkələrində istifadə olunan tibbi cihazlar var. Dünya səviyyəsində icra olunan çox əməliyyatlar Azərbaycanda da icra olunur. Təbii ki, bunlara çox sevinirik. Xalqımıza faydalı olmaq məqsədilə gəldim və bunu bacaracağıma inanıram.
 

-    Seçdiyiniz sahənin çətinliyindən xəbər verməklə yanaşı, pasiyentlərlə bağlı da bəzi ön problemlər yarada bilir.  Bir çox insan düşünürdü ki, neyrocərraha getdimsə, mütləq əməliyyat olunmalıyam, odur ki, gəlməkdən çəkinir. Bəs əslində necədir? Konkret desək, bir neyrocərrah kimi, neyrocərrahi patalogiyalarda  müalicə yolları varmı? Yoxsa, elə bütün xəstələr əməliyyat olunmalıdır?

-   Çox təəsüf hissi ilə demək istəyirəm ki, cəmiyyətdə bu fikir formalaşıb, cərraha getdimsə mütləq əməliyyat tövsiyyə edəcək. Bunun da əsl səbəbi biz cərrahlarla bağlıdır. Əməliyyata göstəriş olmadan nəyinsə xatirinə əməliyyat olunan xəstələr, təbii ki, fayda görmədikcə inamsızlıq yaranır. Müasir zamanda demək olar ki, neyrocərrahi patalogiyaların çox böyük hissəsi müalicə olunandır. Hal-hazırda müalicə olunmayan problem yox deyiləcək qədər azdır. Elm və texnologiyanın bu qədər irəlilədiyi 21-ci əsrdə, yaxın zamanda müalicə olunmayan bir xəstəlik qalmayacağını düşünürəm.

-   Neyrocərrahi patalogiyaların yaranması üçün müəyyən bir yaş senzi varmı? Həmin bu şişlər, bu ağrılar müəyyən yaşdan sonra olur?

-    Hər hansısa xəstəliyin bu yaşda yaranacağı ilə bağlı dəqiq məlumat verə bilməsək də, hər xəstəliyə aid daha çox rastlanan yaş aralıqları söyləmək olar. Məsələn "meningiom" adlandırdığımız xoşxassəli beyin şişləri bütün yaş qruplarında görülə bildiyi kimi, 50-70 yaş arası insanlarda daha çox görülür. Bel yırtığı daha çox gənc yaşdakı insanlarda görülərkən, bel kanal (onurğa) daralmasına daha çox yaşlı insanlarda rast gəlinir. Təbii ki, bu misalları bir çox xəstəliklər üçün çəkmək mümkündür.
 

-  Xəstəliklər üçün adətən "erkən diaqnoz can qurtarır" deyilir. Ağrı və narahatlıq verməyən neyroloji patologiyalarda erkən diaqnoz necə qoyulur? Beyin şişlərini insan hansı əlamətlərlə anlaya bilərlər?

-    Erkən diaqnozla bağlı deyilənlərə birmənalı olaraq qatılıram. Bu, artıq aksiomdur. Erkən diaqnoz xəstəliyin irəliləyib daha pis nəticələrə və ya ağırlaşmalara gətirənə qədər müalicə olunmasına səbəb olur. Çox təəsüf edirəm ki, "check up"  dediyimiz müəyyən yaşdan sonra edilən müayinələr ölkəmizdə geniş yayılmayıb. Bəzən şikayət verməyən meningiom (xoşxassəli beyin şişi) xəstələrinə də rast gəlirik. Mənim "uzmanlıq tezisim" olan "Meningiomlu hastalarda klinik, radyolojik, patolojik takip və tedavi sonuçları" mövzulu araşdırmamda 107 xəstədən ikisində heç bir şikayət olmamış, avtomobil qəzası ilə əlaqədar çəkilən beyin tamoqrafiyasında şiş olduğu aşkarlanmışdı. Əgər xəstəyə şikayət vermirsə, bunun aşkarlanması başqa bir səbəblə çəkilən, MRT, KT zamanı ortaya çıxa və ya "Check up"  müayinə zamanı aşkarlana bilər.

-   Ölkəmizdə ən çox yayqın olan bel-onurğa ağrılarıdır. Bu ağrıların "türkəçarə üsulları" ilə müalicə yolları olduğu deyilib. "Belə qır qoyulması", "yaxma yaxılması", "hansısa qurğuya bağlayaraq dartma", "çarmıxdan asma" və s. Kimi yollarla adamları sağaltdığını iddia edən "həkimlər" hələ də var. Bu yolla sağaldığını iddia edənlər də az deyil. Bu mövzuya sizin münasibətiniz necədir?

-   Təəssüf hissi ilə söyləmək lazımdır ki, bu prosedurları görən "həkimlər" vardır. Əslində bunlar fizioterapiya prosedurlarıdır və həkim-fizioterapevt tərəfindən məsləhət görülüb, tətbiq edilməlidir. Bu prosedur heç bir tibbi təhsili olmayan şəxslər tərəfindən edilərsə, daha da pis nəticələrə gətirib çıxara bilər (boyun fəqərələri, bel fəqərələrinin sınması kimi). Mən hər zaman tibb elminin təsdiq etmədiyi, özülündə elm durmayan bu prosedurlara və tibbi təhsili olmadan həkimlik iddiasında olanlara qarşı olmuşam. Xəstəliyin çarəsi yalnız və yalnız elm yolu ilə mümkündür.
 

-  Əməliyyat olunduqdan sonra beyin şişləri yenidən yarana bilərmi? Əgər bu mümkündürsə, bundan qorunma yolları kimi nələri məsləhət görərdiniz?

-  Beyin şişlərinin təkrar yaranma ehtimalı az da olsa var. Amma bu hal bir çox faktordan asılıdır. Burada şiş toxumasının patohistoloji nəticəsi, şişin tamamilə xaric edilməsi, əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə əməl edilməsi kimi amillər rol alır. Xoşxassəli şişlər tam olaraq çıxarılarsa, bir qayda olaraq yenidən yaranmır. Bədxassəli şişlərdə, təəsüf ki, bunu demək çətindir. Əməliyyatdan sonrakı zamanda həkimin tövsiyələrinə birəbir əməl olunması, kontrol müayinələr üçün bildirilən vaxtda müraciət edilməsi şişin təkrarlanma ehtimalını azaltdığı kimi, əgər təkrar yaranma varsa erkən zamanda aşkarlanması baxımından çox vacibdir.

-  Saatlarla sürən əməliyyatlar üçün peşəkar anestezioloq, yaxşı komanda, baş verə biləcək komplikasiyaya qarşı dərhal müdaxilə edilməsi və əməliyyat sonrası çox ciddi reanimasiya şərtlərinin də lazım olduğu sirr deyil. Klinikanızda ağır neyrocərrahiyyə əməliyyatlarını etmək üçün  bu şərtlər sizi yetərincə qane edirmi?

-  Cərrahiyyə bir komanda işidir. Bu komandada həkim-cərrahdan ən kiçik tibb işçisinə qədər hər kəs, bir zəncir şəklində fəaliyyət göstərməlidir. Bu zəncirdə hər hansı bir həlqənin qırılması tamlığın pozulmasına səbəb olacaq. Özəlliklə də neyrocərrahiyyə sahəsində bu məsələ daha ciddidir. Çünki saatlarla davam edən cərrahi əməliyyatdan sonra xəstələrimiz reanimasiyaya köçürülür. Əməliyyat sonrası dönəmdə reanimasiyada, onun sonrasında stasionarda təqib də əməliyyat qədər önəmlidir. Sevinərək qeyd etmək istəyirəm ki, hazırda "Caspian International Hospital"da neyrocərrahi əməliyyatların icrası və əməliyyat sonrası müddətdə təqibi üçün zəruri olan hər cür şərait mövcuddur.
Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər"Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər"Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər"Neyrocərrah Fəzail Kərimov AÇIQLADI: "Bu prosedurlar boyun və bel fəqərələrini sındıra bilər" 

 


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2673   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda işsizlərə müavinət verilirmi? Qanunvericilik nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda işsiz qalan vətəndaşlara dövlət tərəfindən müavinət verilməsi mümkündürmü? Mövcud qanunvericilik bu sahədə hansı imkanları yaradır və işsiz statusu alan şəxslər hansı hallarda maliyyə dəstəyi ilə təmin olunur? Bu suallar fonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs

30.04.2026 300
.

Dünyanın ən bahalı şəhəri seçildi

Qlobal daşınmaz əmlak bazarında qiymətlər rekord həddə çatmağa davam edir. "Qafqazinfo" xəbər verir ki, yeni hesabatlara görə, dünyanın ən bahalı şəhəri kimi Monako yenidən ön sıralarda yer alıb. Burada daşınmaz əmlak o qədər bahalaşıb ki, böyük məbləğlərə belə yalnız çox kiçik sahələr alma

30.04.2026 249
.

İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfini ələ keçirib

İsrail Müdafiə Qüvvələri bildirib ki, bir müddət əvvəl İsrail qoşunlarının Livanın cənubunda əməliyyat keçirdiyi ərazidə şübhəli hava hədəfinə qarşı bir tutucu raket buraxılıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, həmin raket İsrail ordusu tərəfindən zərərsizləşdirilib. Müəllif: İlki

30.04.2026 177
.

Ancelina Coli Epşteyn haqqında filmə çəkiləcək

Corc Kluni və Ancelina Coli, Ceffri Epşteynin ətrafındakı pedofiliya şəbəkəsi haqqında çəkiləcək yeni mini-serialda baş rolları ifa edəcəklər. xarici mediaya istinadla xəbər verir ki, Corc Kluni Ceffri Epşteyn obrazını, Ancelina Coli isə onun cinayət ortağını canlandıracaq. Serialın yaradıcısı "Son

30.04.2026 241
.

Mayın ilk günü hava necə olacaq?

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağ

30.04.2026 233
.

Sabahdan bu avtomobillər İçərişəhərə buraxılmayacaq

Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqəda

30.04.2026 302
.

CNN: "İran müharibəsinin xərcləri Pentaqonun təqdim etdiyindən təxminən iki dəfə çoxdur"

CNN çərşənbə axşamı məsələ ilə tanış olan üç mənbəyə istinadən bildirib ki, Pentaqonun İran müharibəsinin 25 milyard dollarlıq təxmini dəyəri Yaxın Şərqdəki zədələnmiş ABŞ bazalarının təmir xərclərini əhatə etməyən "aşağı" bir rəqəmdir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki

30.04.2026 202
.

Prezident: "Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq"

"Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq". BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə deyib. Dövlətimizin başçısı bildirib: "Şada

30.04.2026 174
.

Süni intellekt sizin sirlərinizdən öyrənir - yeni sxem necə işləyir?

Texnologiya bazarında yeni və mübahisəli bir tendensiya formalaşıb. Müflis olmuş startapların qurucuları keçmiş əməkdaşların iş yazışmalarını süni intellekt hazırlayan şirkətlərə sataraq gəlir əldə edirlər. xarici mediaya istinadla xəbər verir ki, artıq bu sahədə vasitəçi şirkətlərdən ibarət ayrıca ekosiste

30.04.2026 223
.

TOP MP3