Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi keçiriləcək
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
BiG.AZ Report-a istinadən xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 522 Tarix: 24 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKosmosda 49 ildir: Voyager 2-nin missiyası daha da uzadıldı
Voyager 2 kosmik gəmisinin missiyası uzadılıb. xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Məlumata görə, "Böyük Partlayış" adlandırılan əməliyyat çərçivəsində enerji sərfiyyatı yüksək olan bəzi cihazların söndürülməsi və onların daha az enerji tələb edən alternativlərlə əvəzlənməsi nəzərd
12:10 161 Paşinyan AİB ölkələrinin Ermənistanla bağlı təklifindən danışdı
Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı referendum keçirilməsi təklifinə hörmətlə yanaşır. xəbər verir ki, bu barədə "Armenpress"in Telegram kanalında yayılan məlumata görə
11:27 171 İrəvan sülh istəyirsə, bunu bəyanatlarla deyil, konkret addımlarla göstərməlidir
"Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində artıq sözlə əməl arasında ciddi fərqin yarandığını müşahidə edirik. Baş nazir Nikol Paşinyan beynəlxalq platformalarda sülh tərəfdarı olduğunu bəyan edir, Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır. Amma sülhün hüquqi və siyas
14:28 136 Pentaqonun məxfi arxivləri yayımlandı - Almaniyada UNO məlumatları artdı
Almaniyada ABŞ-da Pentaqonun məxfi arxivlərinin yayımlanması fonunda naməlum uçan obyektlərlə (UNO) bağlı məlumatların sayında artım qeydə alınıb. xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb. Qeyri-adi Səma Fenomenləri üzrə Mərkəzi Tədqiqat Şəbəkəsinin (CENAP) direktoru Hansjürgen Köhle
12:22 195 İlham Əliyev bu səfirləri də geri çağırdı
Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrədə, eyni zamanda Lixtenşteyndə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. *. Dövlət başçısının digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzad
14:09 164 Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı
15:29 133 Kürdə batan qız Azərbaycan çempionu imiş
Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub. Suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş. Qızın nənəsi Gülnaz Məmmədova APA-nın yerli bürosuna bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: "Gözümüz baxa-bax
10:29 345 Macarıstan Ali Məhkəmənin keçmiş sədri prezident olmağa razılıq verib
Macarıstan Ali Məhkəməsinin keçmiş sədri (2009-2011) Andraş Baka ölkə prezidenti vəzifəsini tutmaq barədə hakim "Tisa" partiyasının təklifini qəbul edib. xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Madyar "Facebook" səhifəsində bildirib. "Biz şəxsən Andraş Bakaya "Tisa"
09.08.2026 267 İpotekanın azalması evlərin qiymətinə necə təsir edəcək? - EKSPERT RƏYİ
"İpoteka kreditlərinin azalması mənzil bazarında həm tələbə, həm də qiymətlərə təsir göstərə bilər. İpoteka imkanları daraldıqca böyük ilkin ödəniş etmək imkanına malik olmayan insanların mənzil almaq imkanları da məhdudlaşır. Bu isə formal olaraq tələbin zəifləməsinə səbəb ola bilər. Lakin Azərbaycand
14:50 133