"Ermənilər nə uğrunda döyüşüb ki, bizdən şəhidlik tələb edirlər" - EKSPERT

"Ermənilər nə uğrunda döyüşüb ki, bizdən şəhidlik tələb edirlər" - EKSPERTVaxtilə 44 günlük müharibədən sonra Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmək üçün bir sıra şərtlər irəli sürdü. Azərbaycan Respublikası vətəndaşlarının suveren hüquqlarının özlərinə aid edilməsi ilə yanaşı, övladlarına şəhid statusunun baxılmasını tələb ediblər. Antiterror əməliyyatlarından sonra Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən erməni sakinləri yenidən belə bir iddia irəli sürərsə, Bakının cavabı necə olacaq?

Mövzu ilə bağlı BiG.AZ-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, ermənilərin bu tələbi əsassız olaraq qalacaq: "Şəhidliyin verilməsi Azərbaycan qanunvericiliyində göstərilib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidliyi olanlara şamil olunur. Ermənilər nə uğrunda döyüşmüşdülər ki bizdən şəhidlik tələb etsinlər. Bir çox məsələlərdə əlbəttə ki, cığallıq edəcəklər. Xüsusən əmlaklarının, təzminatın, reperasiyanın, şəhidliyin, ağlımıza gələn və gəlməyən hər bir şeyin bizimlə manipulyasiya edəcəklər".

Ekspertin sözlərinə görə, dəyişən məsələ bu ola bilər ki, onların üzərindən ermənilər kim istəyirsə yenidən qayıdıb Azərbaycanın vətəndaşlığını qəbul edəndən sonrakı mərhələdə Azərbaycan vətəndaşlarının hüquqları və təminatları ermənilərə aid oluna bilər:

"Bu zaman ola bilər ki, sonrakı mərhələdə onlar vətəndaşlığı qəbul edib qayıtmaq istəyirlər. İndi seçim özlərinindir. Digər məsələlər onların düşündüyü kimi deyil. Kimsə erməniləri məcburi olaraq qovmayıb ki, onlar Azərbaycandan nə isə tələb etsinlər. Əgər onlar həqiqətən istədikləri kimi Azərbaycan tərəfindən maliyyə baxımından faydalanmaq istəyirlərsə, Azərbaycan antiterror tədbirlərindən öncə bu təklifləri irəli sürüb".

Elxan Şıxəliyev vurğulayıb ki, Qarabağın erməni sakinlərinə təklif olundu- gəlin və keçin. Azərbaycanın vətəndaşlığını və yurisdikasını qəbul edin: "Əmlaklarınızı qeydiyyatdan keçirin və ya yaşamaq istəmirsizsə əmlaklarınızı satın gedin. Yəni sivil dünyada insan yer dəyişəndə necə edirlərsə Azərbaycan onlara təklif etdi. O zaman məsələdən istifadə edə bilərdilər, amma etmədilər. Bu mövzular onlara dəmir yumruqdan sonra ağılları başlarına gəldi? Nə edirlər və nə istəyirlər məsələsi deyil. Azərbaycan nə istəyir əsas önəmli məsələ ondan ibarət olacaq".

Sevda Səfərova


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1676   Tarix: 24 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.