"Artıq kənar oyunçuların vasitəçiliyi ilə məsələnin həll edilməsi gözləntiləri azdır" - AÇIQLAMA
"Brüssel görüşünün baş tutmaması gözlənilən idi. Biz buna Qrana görüşünün fonundan baxmalıyıq. Məlum olduğu kimi görüş Fransanın vasitəçiliyi ilə keçirilmişdir. Fransanın vasitəçiliyi, ermənipərəst mövqeyi bu məsələnin arxa plana keçməsinə səbəb oldu. Qranada da Azərbaycanın iştirakı ilə qəbul edilən bəyanat göstərdi ki, Avropanın mövqeyi faktiki olaraq Ermənistanın maraqlarının müdafiəsidir. Bu həm kommunikasiyanın açılmasında, həm də sərhədlərin delimitasiyası məsələsində Ermənistanın mövqeyini nümayiş etdirir. O cümlədən Qarabağdan çıxıb Ermənistana gedən ermənilər var. Onların qayıtması məsələsi ilə bağlı israr edirlər.Təbii ki, Azərbaycan buna qarşı deyil. Azərbaycanın əsas istəyi odur ki, Azərbaycan vətəndaşlığını qəbul etməklə bölgədə yaşaya bilərlər. Buna şərait yaradırlar".
Bu sözləri BiG.AZ-a açıqlamasında siyasi şərthçi Asif Nərimanlı deyib. Onun sözlərinə, Qranada görüşündə qeyd olunan bəyanatda qeyd olunurdu ki, Qarabağ erməniləri heç bir şərt olunmadan öz evlərinə qayıtmalıdır:
"Bu ifadə o deməkdir ki, Azərbaycan ermənilərə vətəndaşlıq məsələsini şərt kimi irəli sürə bilməz. Onların məntiqindən belə çıxır. Eyni mövqe Brüssel görüşündə də sərgilənə bilərdi. Belə bir gözlənti var. Çünki Avropa İttifaqının əvvəl mövqeyi daha balanslı olsa da, Fransanın Aİ-ə rəhbərliyə başlamasından sonra burada rəsmi Brüsselin siyasətində ermənipərəst mövqe sərgilənir. Bu istiqamətdə dəyişikliklər müşahidə edilir. Fikrimcə baş tutma səbəblərindən biridə budur. Qarşıdakı dövrdə Brüssel formatının bir qədər arxa plana keçəcəyi gözlənilir. Ümumilikdə yanaşdıqda isə artıq rəsmi Bakı bu haqda açıqlama verib. Köhnə vasitəçilər həqiqətən problem yaradır və nəticə əldə edə bilmirlər".
Asif Nərimanlı bildirib ki, bu məsələ daha çox regional ölkələrin iştirakı ilə həll edilməlidir. Azərbaycan tərəfi Gürcüstanda görüşməyi təklif etdi: "Bununla yanaşı, Türkiyə prezidentinin dörd tərəfli formatı təklifi var idi. Yəni region ölkələrinin iştirakı nəticəsində keçirilən müzakirədən söhbət gedir. O cümlədən 3+3 formatında görüşlər keçirilərək problem orada da həll edilə bilər. Yəni artıq format dəyişməyin vaxtı gəlib çatıb. Belə görünür ki, regiondan kənar ölkələrin bu proseslərə qoşulması bölgəyə qeyri-sabitlik gətirir".
Siyasi şərhçi qeyd edib ki, bu gün Fransanın Ermənistana silah aldırması bunun əyani nümunəsidir:
"Qranada görüşü göstədi ki, kənar vasitəçilərin keçirəcəyi görüşlər bitrətəfli mövqe göstərəcək. Bu formatda sülhə nail olmaq mümkün deyil. Azərbaycan tərəfinin rəyi açıqdır. Regionun problemi regionda həll edilməlidir. Bunun üçün bir neçə variant var. Tbilisi görüşü, 4 tərəfli görüşü (Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan), son olaraq 3+3 formatlarında görünür ki, nəticə əldə etmək olacaq. Artıq kənar oyunçuların vasitəçiliyi ilə məsələnin həll edilməsi gözləntiləri azdır".
Sevda Səfərova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 965 Tarix: 25 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVaşinqton görüşləri ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı
Prezident İlham Əliyevin geosiyasi uğurlarından biri də 2025-ci ilin avqustun 8-də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutara
12:16 150 Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə
Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond
12:11 149 Vaşinqton görüşü: Azərbaycanın diplomatik uğurunun yeni mərhələsi
Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə ABŞ-a işgüzar səfəri Azərbaycan diplomatiyasının tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Vaşinqtonda keçirilən görüşlər təkcə Azərbaycan-ABŞ münasibətlərinin inkişafı baxımından deyil, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Cənub
11:50 177 Fidan Qafqaz ölkələri ilə də Məkkə sazişinə oxşar anlaşmanın imzalanması ehtimalını istisna etməyib
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib. "Türkiyəni
09.08.2026 255 Qırğızıstanda dağa qalxan alpinistlər itkin düşdülər
Qırğızıstanda üç nəfərdən ibarət alpinist qrupu Kurumdı zirvəsinə qalxdıqdan sonra itkin düşüb. xəbər verir ki, bu barədə BELTA Belarus Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, qrupun iki üzvü Belarus vətəndaşıdır. Hazırda xilasedicilər itkin alpinistlərin axtarışına başlayıbla
09.08.2026 265 CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb. "Amerikal
09.08.2026 259 Pentaqon hərbi hakerlər arasında intihar hallarını araşdırır
ABŞ Kiber Komandanlığı hərbi hakerlər arasında baş verdiyi bildirilən bir sıra intihar hallarını araşdırır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinədək azı beş hərbçi intihar edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Pentaqon bu ölümlər
12:27 152 Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib. "Report" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb
09.08.2026 238 BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu
BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT
09.08.2026 305