AQTA dönər hazırlanan müəssisələrdə aparılan yoxlamaların nəticəsini açıqlayıb

AQTA dönər hazırlanan müəssisələrdə aparılan yoxlamaların nəticəsini açıqlayıbBu ilin doqquz ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsan aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentlik ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Tədbirlər çərçivəsində ilin 9 ayı ərzində respublika ərazisində 8-i planlı, 4-ü plandankənar olmaqla, 12 çiy dönər istehsalı, həmçinin 54-ü planlı, 36-sı plandankənar olmaqla, 90 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb. Yoxlamalar zamanı 11 çiy dönər istehsalı və 82 dönər hazırlanan ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb. Çiy dönər istehsalı müəssisələrindən 3-ü ilə bağlı istehsalın və məhsul satışının qadağan edilməsi, 3-ü ilə əlaqədar satışın dayandırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 11 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Bir müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib. Dönər hazırlanan ictimai iaşə müəssisəsindən isə 3-ü ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsinin dayandırılması, 27-si ilə əlaqədar məhsul satışının dayandırılması və qadağan olunması, 26-sı ilə bağlı iş personalının işdən kənarlaşdırılması barədə məhdudlaşdırıcı qərar verilib. Həmçinin həmin müəssisələrin 82 vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb. Səkkiz müəssisədə uyğunsuzluq aşkar olunmadığı üçün yoxlamanın nəticəsi qənaətbəxş hesab edilib.
Yoxlamalar zamanı qida obyektlərinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, çiy dönər ətinin müşayiətedici sənədlərinin (ekspertiza aktı, baytarlıq şəhadətnaməsi, çıxarış) olmaması, çiy dönər hazırlanan müəssisələrdə texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi, dönərin hazırlanmasında istifadə olunan xammalın temperatur rejiminə əməl edilmədən saxlanılması, bişmiş dönərin realizə olunarkən temperatur rejiminə əməl edilməməsi, mənşəyi məlum olmayan xammaldan istifadə edilməsi, müəssisənin sanitar-texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, işçilərin gigiyena tələblərinə riayət etməsi üçün şəraitin təmin olunmaması və onların ilkin və dövri tibbi müayinədən keçməməsi, müəssisələrdə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması kimi uyğunsuzluqlar aşkarlanıb.

Qeyd edək ki, "Multimonitorinq Planı"nın icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dönərxanalarda hazırlanan dönər məhsullarından 193 nümunə götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, 181 məhsul normativ sənədlərin tələblərinə cavab verib, 12 məhsulda uyğunsuzluq aşkarlanıb. Uyğunsuzluq aşkarlanan məhsul istehsal edən müəssisələr barədə qanunvericlik çərçivəsində zəruri tədbirlər həyata keçirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 656   Tarix: 26 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Beynəlxalq mövqelərimizin güclənməsində Prezident İlham Əliyevin diplomatik fəaliyyəti mühüm rol oynayır" - David Seliverstov

Azərbaycanın xarici siyasəti son illərdə milli maraqların qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində həyata keçirilir. Bu siyasətdə Prezident İlham Əliyevin diplomatik fəaliyyəti və siyasi iradəsi mühüm rol oynayır. Azərbaycanın xaric

10:14 161
.

Cənubi Qafqazda uzunmüddətli sülhün mümkünlüyünü göstərən mühüm siyasi hadisə

Son illər Cənubi Qafqaz bölgəsində baş verən proseslər göstərir ki, regionun gələcək təhlükəsizliyinin artıq hərbi qarşıdurma deyil, siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri müəyyənləşdirir. Bununla əlaqədər bir il əvvəl, avqustun 8-də Vaşinqtond

12:11 122
.

BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu

BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT

09.08.2026 287
.

Paşinyanın Aİ siyasətində ziddiyyət - Ermənistan müxalifətindən AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı referendum barədə açıqlamaları onun Avropa İttifaqına qoşulmaq niyyəti ilə bağlı əvvəlki ritorikasına ziddir. xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının idarə heyətinin üzvü, Milli Assambleyada (parlament

11:41 137
.

DİQQƏT! Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti avqustun 10-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edib. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıva

09.08.2026 386
.

ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ

ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb. bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyi

09.08.2026 245
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd yoxlamalarına başlayır

İspaniya hökuməti İtaliyadan gələn səyahətçilər üçün liman və hava limanlarında daxili sərhəd nəzarətini müvəqqəti olaraq tətbiq etmək qərarına gəlib. bu barədə "El País" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, nəzarət tədbirləri avqustun 8-dən qüvvəyə minəcək və səyahətçiləri

09.08.2026 254
.

Nazirlik Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən səlahiyyətləri çərçivəsində özəl tibb fəaliyyəti ilə bağl

12:51 144
.

Arvadını öldürmək üçün kobra aldı - Ömürlük CƏZA

Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərini

09.08.2026 373
.

TOP MP3