"Baş verən hadisədə məsuliyyəti Ermənistan daşıyır" - AÇIQLAMA

"Baş verən hadisədə məsuliyyəti Ermənistan daşıyır" - AÇIQLAMAXəbər verdiyimiz kimi 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib. Qeyd edək ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Mövzu ilə bağlı BiG.AZ politoloq Zaur Məmmədov danışıb.

O bildirib ki, proseslərin təhlili onu göstərir ki, Ermənistan sülh prosesinə hazır deyil.
"Ermənistan yenidən müharibəyə hazırlaşır. Bölgədə vəziyyətin gərginləşməsinin səbəblərindən biri budur. Dəfərlərlə Azərbaycanın cəhlərinə baxmayaraq Ermənistan sülh müqaviləsini imzalamaq üçün real heç bir addım atmadı və belə görünür ki, atmaq niyyətində deyil. Hazırda bölgədə vəziyyət gərginləşir. Nəticədə Zəngilanda bir hərbiçimiz yaralandı. Hesab edirəm ki, eyni zamanda məsuliyyəti Ermənistan tərəfi daşıyır. Onlar revanşizm əhval-ruhiyyəsinin qızışdırılmasına çalışırlar. Ermənistan yeni təxribatlara törədərək, cinayətlər edir. Bunun digər səbəbi isə Qərbin Ermənistanı dəstəkləməsidir. Bunun nəticəsində bu gün belə hadisələr yaşanıb, belə hallarla üzləşirik. Ermənistan tərəfindən son dövrlər verilən açıqlamalar onu göstərir ki, İrəvan sülhə hazır deyil. Sülh terminini daha çox işlətsələr də, faktiki olaraq irəli sürülən fikirlər, işlədilən ifadələr Ermənistanın terminoloji məsələlərini önə çəkmələri, qəbuledilməz şərtlərlə prosesi əngəllməyə, uzatmağa çalışdığını göstərir. Bunun müəyyən səbəbləri var. Fransa və digər ölkələrin təhriki ilə Ermənistan faktiki olaraq növbəti savaşa hazırlanır. Bu siyasət artıq müşahidə edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 13 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Xəzər dənizindəki adalar materikə birləşdi: Dağıstanın ərazisi genişləndi

Xəzər dənizinin səviyyəsinin azalması nəticəsində Dağıstan Respublikasının faktiki quru sahəsi 2-3 min kvadratkilometr artıb. xəbər verir ki, bu barədə "RİA Novosti"yə coğrafiya elmləri namizədi, geoloq İdris İdrisov məlumat verib. O, bu prosesi suyun geri çəkilməsi və bir sıra adaların materikl

25.10.2026 124
.

Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"

ABŞ Prezidenti Donald Tramp İran məsələsindən dərhal sonra Kuba ilə məşğul olacaqlarını bildirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı administrasiyasının ABŞ Silahlı Qüvvələrinə tarixdə ən böyük məbləğdə - bir trilyo

25.10.2026 184
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

25.10.2026 229
.

Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb

Fransa Prezidenti Emmanuel Makron Parisin cənub-qərbindəki Trapp şəhərində baş verən atışmanı ölkə tarixində irqi və dini nifrət zəminində əvvəlcədən planlaşdırılmış ilk terror aktı adlandırıb. "Report"un "Agence France-Presse" (AFP) agentliyinə istinadən məlumatına görə, Fransa lider

25.10.2026 197
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

25.10.2026 203
.

Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini

25.10.2026 294
.

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. "Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə o, "Channel 10" iqtisadi telekanalın

25.10.2026 210
.

İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı

Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis

25.10.2026 224
.

İranın təhdidləri ABŞ-ni qorxutdu: Diplomatlar təcili təxliyə olunurlar

ABŞ hökuməti İran tərəfindən gözlənilən hücum xəbərdarlıqları fonunda Yaxın Şərqdə yerləşən bəzi nümayəndəliklərindən diplomatları və onların ailə üzvlərini təcili şəkildə təxliyə etməyə başlayıb. xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən CNN telekanalı yayıb. "Təxliyə prosesi məyusedic

25.10.2026 212
.