Bakıdakı dəhşətli qətli lentə alan qonşunun hüquqi məsuliyyəti varmı? - FOTO
Ötən gün bir ailənin üzvlərinin qətlə yetirilmə anları lentə alınıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, fevralın 13-də baş vermiş ağır cinayəti qonşu qapının gözlüyündən lentə alıb.
Cinayətkarın əməlini törədən zaman heç bir kömək etməyə çalışmayan, sadəcə, qətl anını lentə alan qonşunun hərəkəti müzakirələrə səbəb olub.
Vətəndaşların bir qismi videonu çəkən şəxs barədə müxtəlif fikirlər səsləndirib.
Bəs qanun nə deyir?
Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, əgər qonşu cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyibsə, məsuliyyət daşıyır:
"Mövcud Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddədə qeyd olunan cinayətin obyektiv cəhəti ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsi barədə xəbər verməmədə ifadə olunur. Xəbər verməmə dedikdə ağır və ya xüsusilə ağır cinayətin hazırlanması və ya törədilməsini bilən şəxsin bu barədə məlumatı hakimiyyət orqanlarına, ya onların vəzifəli şəxslərinə bildirməməsi, ifadə olunan hərəkətsizliyi başa düşülür".
Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2992 Tarix: 14 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 106 milyon 057 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur. Hesabat dövründə Azərbaycandan həmçini
15:30 147 Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin
16:20 142 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı
İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı
17:00 120 İtkin düşən iki uşaq anasının meyiti evindəki soyuducuda tapıldı
Argentinada 24 yaşlı iki uşaq anasının meyiti yaşadığı evdə soyuducudan tapılıb. Qadının qətlində şübhəli bilinən 37 yaşlı sevgilisi saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Kamila Belen İqlesias oktyabrın 2-də itkin düşüb. Bir neçə gün ondan xəbər ala bilməyən ailə üzvləri polis
14:50 184 Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
Konqoda Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 9 816-ya yüksəlib. "Report"un məlumatına görə, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyinin məlumatında deyilir. "Cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Artıq 9 816 təsdiqlənmi
14:30 167 Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı
Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd
19:00 0 Kartdan-karta pul köçürənlərə VACİB XƏBƏR
Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqqı tarifləri təsdiqlənib. Tariflərə əsasən, bəzi hesablaşma sistemləri üzrə xidmət haqlarının yuxarı həddi azaldılıb, Ani Ödənişlər Sistemi üzrə isə daha aşağı tariflər müəyyən edilib. Bankın Ödəniş xidmətləri və ödəniş sistemlərini
17:59 64 Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı iş üzrə təqsirləndirilən digər şəxs - deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı material Bakı Apellyasiya Məhkəməsinə göndərilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, buna səbə
19:24 201 Latviya ərazisində PUA qalıqları aşkarlanıb
Latviyanın Aluksne diyarının Liepna volostunda pilotsuz uçuş aparatının (PUA) qalıqları aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. "Oktyabrın 18-də Latviyanın hava məkanına daxil olduğu ehtimal edilən xaric
12:30 194