Əhmədin qonşuları danışdı - "Dava salıb ki, yaxşıdırsa, dəlixanaya özünüz gedin"

Əhmədin qonşuları danışdı - "Dava salıb ki, yaxşıdırsa, dəlixanaya özünüz gedin"Dünən gündüzdən bu məhəllənin insanlarının üstünə buzlu su tökülüb sanki. Hamı bir-birinə şübhə ilə baxır. Bütün ölkəni şoka salan o qanlı cinayət bu həyətdə baş verib. Dünənəcən diqqət etmədikləri hər adam indi onlara şübhəli görünür. Haqsız deyillər. Dünənə qədər aralarında bir potensial qatil gəzib, sakit-sakit, səssiz-səmirsiz.

BiG.AZ xəbər verir ki, Lent.az hadisənin baş verdiyi ərazidə olub:

"Şokdayam. Vallah hamıdan ürkürəm. Uşaqları həyətə buraxmağa qorxacağıq daha. Nə bilək manyak kimdi, ağıllı kimdi?". Bunu titrəyə-titrəyə Şıxlinski küçəsi 29 ünvanında yaşayan məhəllənin sakinlərindən gənc bir xanım deyir mənə.

Bina ilə üzbəüz mağazaya yük boşaldan sürücü təəssüf, qəzəb qarışıq səslə hündürdən söhbətə müdaxilə edir. Əslində günümüzün vacib bir problemini səsləndirir:

"İndi bu dəlidir deyə neçə adamı istəsə öldürəcək, sonra da müalicə olundu deyib buraxacaqlar aramıza? Allah bilir bir də necə beyni çönəcək, kimi harada vuracaq. İki dənə azyaşlı uşağa qıyıbsa, bu manyakdır da. Adam düşmənin uşağına qıymaz, bu 5 yaşında bacısı oğlunu, 9 yaşında qardaşını doğrayıb".

Məhəllədən özünü Seymur kimi təqdim edən bir kişi gözləri dolmuş halda siqaretini tüstülədir:

– Adam Məhəmmədə necə qıya bilərdi, mələk kimi uşaq idi e. Mehriban, istiqanlı.

– Bəs Əhmədi tanıyırdınız?

– Niyə tanımırdım. Elə hadisədən 2 gün öncə məhəllədə gördüm burda. Dedim Axmedik nə edirsən? Dedi heç nə

– İşləyirdi o hardasa?

– Yox e, nə işləmək. İşləyəcək halı var idi onun? Anası-atası həftəlik pulunu verirdilər. Yaşayırdı özü üçün. "Novostroyka"dan ev almışdılar, qəşəng təmir eləmişdilər, maşın alıb qoymuşdular altına, burdan uzaqlaşdırmaq üçün. Yola getmirdi də. Başları sakit olsun deyə. Amma tez-tez gəlirdi. Atası ilə yola getmirdi, tez-tez dava edirdi kişi ilə.

– Doğma atası idi?

– Yazırlar ögey imiş. Elə deyil, doğma atası idi. Abırlı kişi idi rəhmətlik. Tez-tez bura meyvə almağa gəlirdi dükana, söhbətləşirdik.

– Bəs taksi işlətməsi necə düzdü?

– Ola bilər hərdən kefinə düşüb öz maşınını işlədib. Amma o daima işləyən adam deyildi. Heç kimə qaynayıb qarışmazdı, sevgilisi zadı da yox idi heç deyəsən. Dostu olmayanın sevgilisi olacaq?

– Narkotik maddə istifadəçisi ola bilərdi?

– Əminəm ki yox. İçki də içmirdi, siqaret də çəkmirdi.

DƏLİXANAYA QOYMAĞA ANASI RAZI OLMURDU

Mehman Əhmədovun əmisi Simnar Əhmədovun mediaya dediklərindən:

"Əhməd Əhmədov ailədən ayrı yaşayırdı, amma tez-tez pul verirdilər hər şərait yaratmışdılar ona. Psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası razı olmurdu, heç özü də istəmirdi. Güclü uçaq idi, kimin gücü çatardı ki, ona".

Mərhum Bikə müəllimənin qohumu Qənirə Əhmədovanın mediaya dediklərindən:

"Bu yaxınlarda toyumuza gəlmişdi. Sakit idi, oğlum dedi, dərmanlarını içib deyə sakitdi. Əslində həmişə sakit görünürdü, davası evdəkilərlə olurdu. Çöldə-bayırda heç nə hiss eləməzdin".

Qonşu: "Hə, bayırda sakit aparırdı özünü, çoxbilmişdi də. Sakit-sakit gör nə planlar qurub…"

Əhmədin ailəsi bu binaya 5-6 il öncə, bina tikilib təhvil verilərkən köçüb. Çox ünsiyyət qurmadığına görə çoxları xatırlamır onu. Həm deyildiyi kimi, evdə tez-tez söz-söhbət saldığına görə ayrıca ev alıb veriblərmiş oğlana. Amma tez-tez gəlirmiş atasının evinə. Uşaqlıqda 14 yaşında olanda boksa gedib və başından ağır zərbə alıb. Ondan sonra psixi sağlamlığı pozulub. Ailə dərmanlarla sağalacağına ümid edib, bir çox azərbaycanlı ailələr kimi uşağın dəli adı almaması üçün psixoloji dispanserə yatırmayıb. Heç bir yerə qeydiyyata saldırmayıblar. Eləcə özəl xəstəxanalarda həkimlərin yazdıqları dərmanları içərək sakitləşirmiş. 15 yaşı olanda Nizami parkının ərazisində bir gəncə 11 bıçaq zərbəsi yetirib. Həmin şəxs ağır yaralansa da, ölməyib. Ailəsi (atası dəmir yolları idarəsində rəis işləyir və ev alqı-satqısı ilə də məşğul olurmuş ) öz maddi imkanlarına güvənərək Əhmədin həbsə düşməsinin qarşısını alıb. Deyilənə görə 100 000 manatdan çox xərc çəkib. Başqa sözlə öz pulları ilə öz gələcək cəzalarını satın alıblar.

Qonşuların dediklərindən: Bir neçə gün əvvəl Əhməd evə gəlib, atası ilə dalaşıb. Dərmanlarını içmirmiş. Atasının bizə dediyinə görə, oğluna deyib ki, gəl səni Mərdəkanda özəl reabilitasiya mərkəzində müalicəyə aparaq. Bu da dava salıb ki, yaxşıdırsa, dəlixanaya özünüz gedin, mən getmirəm. Hardansa ağlına dolub ki, evini əlindən alacaqlar. Ev davası olub aralarında. Bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış. Bu yaxınlarda Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir.

Bəlkə də elə mülklər əlindən çıxmasın deyə, bütün ailəni qırmaqla problemini kökündən həll etməyə çalışıb.

Saat bir radələrində alt qonşu onların evində süpürüşmə kimi səslər eşidib, kimsə kimisə itələyib yıxıb. Həmin an Əhməd atasını öldürübmüş. Atasını öldürdükdən sonra gedib bacısını və onun qızını qətlə yetirib.

Həmin anları qonşu öz qapısının gözlüyündən telefonla kameraya çəkib. Bacısı "məni öldürmə" deyə yalvarsa da Əhməd soyuqqanlı şəkildə onu qətlə yetirib. Bacısının övladını da qətlə yetirdikdən sonra, yenidən atasının evinə gəlib. Zəng vurub anasını evə çağırıb. Deyib pis hadisə olub gəl. Pikə müəllimə oğlunun halını xasiyyətini bildiyinə görə, dəfələrlə qızına ona qapı açmamağı tapşırıbmış. Əhməddən zəng gələndə 9 yaşlı oğlu Məhəmmədi də dərsdən çıxararaq, rəhbərlik etdiyi 59 saylı məktəbdən evlərinə gəlib. Evləri 18 mərtəbəli binanın 12 mərtəbəsində yerləşir. Qaça-qaça yuxarı çıxıblar. Əhməd onları qapıda qarşılayıb. Elə dəhlizdəcə öldürərək, qapını bağlayıb həyətə düşüb. Düşüb və əlindəki qanlı balta dayanıb məhəlləyə gətirən yoldakı ağacların altında. Heç kim ona fikir verməyib. Amma həmin gün səhər məhəllə uşaqları Əhmədin əlində bıçaqla görüblərmiş. Səhər-səhər həyətdə əlindəki bıçağı oynada-oynada var-gəl edirmiş. Görünür beynində bu dəhşətli qətlin planlarını cızırmış.

Polislər yaxınlaşanda Əhməd soruşub ki, niyə gəlmisiz mən nə eləmişəm? Ata-anasının öldürüldüyünü biləndə heyrətlənib, hadisədən xəbərsizmiş kimi çığır-bağır salıb, "onu öldürənləri tapsam öldürəcəm, buraxın məni" deyib söyüş söyüb. Guya heç nə xatırlamırmış. Ya da özünü elə göstərib.

"Pikə müəlliməni şəxsən tanıyırdım. Mehriban, səmimi bir insan idi" – şagirdləri də, rəhbərliyi altında çalışan müəllim yoldaşları da onu sevgi və hörmətlə xatırlayırlar.

Qohumların dediyinə görə, o doğulanda atası 3 qurban kəsib paylayıbmış. "Oğlum gəlib, nəslimin davamçısı" gəlib deyibmiş. 25 il sonra Əhməd adı verdiyi ciyərparasının bir ailənin kökünü kəsəcəyini, ata-anasının, bacı-qardaşının əzraili olacağını haradan bilə bilərdi? 3 qurbanla gələn oğul, 5 doğmasını sözün həqiqi mənasında qurban elədi.

Sonu necə olacaq? Axı anlaqlı vəziyyətdə olmayan qatillərin yeri həbsxana yox, ruhi dispanserdir. O, azadlığa buraxılmır, amma uzun müddətlik təsrid olunur.
Əhmədin qonşuları danışdı - "Dava salıb ki, yaxşıdırsa, dəlixanaya özünüz gedin"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1796   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

TOP MP3