Əhmədin törətdiyi hadisə ilə bağlı AÇIQLAMA

Əhmədin törətdiyi hadisə ilə bağlı AÇIQLAMABakıda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli qətl hadisəsi baş verib. Məlum olub ki, qətli törədən şəxs ailənin üzvlərindən biri olub. 25 yaşlı şəxs bacısını, onun 5 yaşlı qızını öldürdükdən sonra atasını, anasını və 9 yaşlı qardaşını da amansızlıqla öldürüb. Yaxınlarının verdiyi məlumata görə, həmin şəxsin psixoloji problemi olub və müalicə alırmış. Anasının istəyi ilə onun dispanserdə yatmasına icazə verilməyib, hətta ona avtomobil alıblar ki, "taksovatlıq" etsin.

Bir ailənin 5 üzvünün bir gündə dəhşətli şəkildə öldürülməsi əsl faciədir, fəlakətdir. Hələ öldürülənlərin arasında 5 yaşlı körpənin olması başqa bir müsibətdir. İnsan necə vəhşiləşər, necə insanlıqdan çıxar ki, belə bir cinayəti törətmiş olsun.

Bütün bunlar ayrı bir dərddir. Əsl təəccüblü olan budur ki, belə xəstəliyi olan bir insanı müalicə edən həkim onu necə Psixiatriya Xəstəxanasına yatırtmayıb? Yəni həkim bir insanın xəstəliyinin bu qədər ciddi olmasını təyin etməsi üçün kimlərinsə ölməsini gözləməlidirmi? Belə insanları cəmiyyət içərisinə buraxmaq təhlükəli deyilmi?

Hələ valideynlərin belə bir xəstəyə "taksovatlıq" etsin deyə avtomobil alması ağılsızlıq deyilmi? Həkimləri kənara qoyaq, axı valideyn olan şəxs övladının bütün problemlərini bilir. Öz övladının azadlığına qıymayan, onun dispanserdə yatmasına razılıq verməyən ziyalı bir ana yüzlərlə insanın həyatının təhlükə altında olmasına necə qıyıb?

Bu da heç, bəs həmin şəxs sürücülük vəsiqəsini necə alıb? Bütün bunlar onu deməyə əsas verir ki, Əhməd bu qətli təkbaşına törətməyib? Ona bu işdə dəstək verən böyük bir şəbəkə var? Cəmiyyəti təhlükə altında saxlayan şəbəkə.

Bütün bunları fikirləşdikcə belə qənaətə gəlmək olur ki, ölkədə psixi problemi olan insanlara qarşı heç bir tədbir görülmür. Hətta belələrinə avtomobil də alıb verilir ki, get başını qarışdır, camaatı bədbəxt elə...

Baş verən dəhşətli qətllə bağlı Publika.az-a danışan sosioloq Üzeyir Şəfiyev bu hadisədən çox təəssüfləndiyini qeyd etdi.

"Çox təəssüflər olsun ki, baş verən hadisə çox böyük fəsadlar törədib və bir neçə ailə üzvü qətlə yetirilib. Bu hadisəni təhlil edərkən, görürük ki, burada məsuliyyət sahəsi böyükdür, genişdir. Burada həm ailənin məsuliyyət sahəsi var, digər müvafiq qurumların, müvafiq orqanların payı var. Çünki qonşuların və tanışların dediyi kimi, qətli törədən psixoloji cəhətdən sağlam adam olmayıb və bunu sağlam olmamasına baxmayaraq o, məsuliyyətdən yayındırılıb. Və yaxud da ki, onun sağlamlığına adekvat olmayan şəraitlər yaradılıb.

Yəni qeyd etdiyimiz kimi, sürücülük vəsiqəsi verilib, müxtəlif ictimai təhlükəli davranışlarının olmasın baxmayaraq bu təcrid olunmayıb, adekvat ünvanlara istiqamətləndirilməyib, hətta oradan qurtarılıb. Qeyd etdiyimiz kimi, burada həm valideyn məsuliyyət var, həm də müvafiq qurumların məsuliyyəti var. Güman edirəm ki, bu məsələ araşdırıldıqdan sonra bu istiqamətdə məsuliyyət daşıyan şəxslərə qarşı lazımı tədbirlər görüləcək".

Hadisəni şərh edən millət vəkili Ceyhun Məmmədov bu faciəyə səbəb olan hər kəsin cinayətkar olduğunu dedi:

"Hesab edirəm ki, bu məsələdə məsuliyyət daşıyan hər kəs qanun qarşısında cavab verməlidir. Söhbət böyük bir ailənin bədbəxtçiliyindən, bütöv bir ailənin bütün üzvlərinin qətlindən gedir. Ona görə burada məsuliyyət daşıyan hər kəs mütləq qanun qarşısında cavab verməlidir. İlk növbədə həkim cavab verməlidir, ciddi tədbir görülməlidir ki, necə belə bir xəstə insan xəstəxanaya yatırılmayıb. Müalicə almadan cəmiyyət içərisinə buraxılıb və bu formada sərbəst gəzməsinə şərait yaradılıb. Eyni zamanda həmin bu şəxsə sürücülük vəsiqəsi verən şəxs də ciddi məsuliyyət daşıyır. Onlar da qanun qarşısında cavab verməlidirlər və məsuliyyət daşımalıdırlar.

Çünki söhbət bir adamdan yox, bir ailənin qətlindən gedir. Ümumiyyətlə düşünürəm ki, bu kimi hadisələrə biz ciddi, dərindən, ölçülmüş-biçilmiş, təhlil edilmiş bir formada yanaşmalıyıq ki, belə hadisələr tez-tez yaşanmasın və baş verməsin. Bu hadisələrin kökü ciddi araşdırılsın.

Təsəvvür edin ki, bu insan hadisəni yalnız ailəsinə qarşı deyil, başqalarına qarşı da törədə bilər. Avtomobilində apardığı sərnişinlərə qarşı və digər insanlara qarşı da edə bilər. O mənada hesab edirəm ki, bu kimi məsələlərdə çox diqqətli və ehtiyatlı olmağa ciddi ehtiyac var. Belə hadisələrdən qaçmaq üçün biz ciddi şəkildə təhlil aparmalıyıq. Hesab edirəm ki, çox ciddi də cəza tədbirləri olmalıdır. Mən düşünürəm ki, bu kimi məsələlərin kökündə duran ciddi səbəblərdən biri də cəzanın olmamasıdır, cəzasızlıqdır. Bu insanlar cəzasız qaldıqları üçün eyni cinayətlərin yaranmasına şərait yaranacaq. Yenə də deyirəm, bu sadə bir proses deyil. Bütöv bir ailənin qətlindən, bədbəxtliyindən bəhs edir. Buna görə də, bu hadisə ciddi araşdırılmalı ki, gələcəkdə belə hallarda yaşanmasın".

Baş verən dəhşətli qətllə bağlı sosioloq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrəndik.

Sosioloq da bu məsələdə tək bir insanın günahkar olmadığını söylədi:

"Belə hadisələrin baş verməsi sadəcə bir insanın özünün şəxsi xarakterindən asılı deyil. Bunun arxasında çox sayda səbəblər var. Öncə ona iki-üç yaşından başlayaraq verilən tərbiyə, məktəbə gedəndə müəllimlərinin ona göstərdiyi münasibət, ta sona qədər xəstə-xəstə ona avtomobil alan valideyn. Hələ 15 yaşında kimisə bıçaqlamasına göz yumanlar. Bunların hamısını bilə-bilə etinasızlıq edən adamların hamısı günahkardır. Bütün bunların arxasında isə ayrı-ayrı adamları tapıb, onları tənqid eləmək, günahlandırmaqla iş bitməz. Deməli, müstəqil ölkəmizdə biz hər sahədə görülən işləri nümunəvi şəkildə, yüksək səviyyədə qurmalıyıq. Dünyanın ən aparıcı ölkələrində olduğu bir səviyyədə.

Dəfələrlə tənqid etdiyimiz, doğrudan da çox mənfi tərəfləri saymaqla bitməyən sovet cəmiyyətində belə məsələlər ola bilməzdi. Orada sosial siyasət, humanitar siyasət, güc strukturları ilə qarşılıqlı əlaqə, təhsil sistemi, gənclər təşkilatlarının fəaliyyətləri qarşılıqlı olaraq elə qurulmuşdu ki, cəmiyyətdə bu cür insanların yetişməsi az ehtimal idi. Çünki hər bir insanın davranışının formalaşmasında dörd mühüm amil rol oynayırdı. Öz fərdi xüsusiyyətləri, mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər. Dörd amilin qarşılıqlı əlaqəsi insanı formalaşdırır.

Tutaq ki, bu adam psixi xəstədir, mühit elə ola bilər ki, həmin xəstənin təhlükəli tərəflərini bloklaya bilər, bunları inkişaf etməyə qoymaz. Və yaxud cəmiyyət elə ola bilər ki, həmin xəstədə o xüsusiyyət daha da inkişaf edər. Deməli, indiki vaxtda bizim mühitimizdə elə bir şərait var ki, insanları mənfi cəhətə doğru yetişdirir. Təkcə bu hadisə deyil ki. Eşidirik ki, biri atasını öldürüb, biri qonşusunu öldürüb və s. Bu mühitin özündən gələn bir mənfilikdir. Ona görə də, uşağın aldığı informasiyalar barədə maraqlanmaq lazımdır. Bu insana fərd kimi nəzarət eləmək lazımdır ki, nə informasiyalar alıb. Bunun anası məktəb direktoru olub. Görünür ki, o, öz uşağının təlim-tərbiyəsində, formalaşmasında heç bir iş görməyib. İnsan daha çox əhatəsindən informasiya alır.

Sovet rejimində gənclər təşkilatları hər vaxt məktəblərdə, məktəbdənkənar işləyirdi. Təhsil sistemində bu istiqamətdə işlər görülürdü.

Bu gün bu cür insanlardan on nəfərini təhlil edə bilsək, görərik ki, bunlar həyatda hansı dəyərlərə üstünlük verirlər.

Necə olub ki, valideyn bilə-bilə ki, uşağı xəstədir, ona taksi xidməti göstərməyə şərait yaradıb? Bu sürücülük vəsiqəsini necə alıb? İndi hər kəs bilir ki, sürücülük vəsiqəsinin almağın yolları hansılardır. Yəni bir çox adam gecə-gündüz nə qədər çalışır, gedib öz biliyi ilə sürücülük vəsiqəsi ala bilmir. Biri böyürdən çıxıb deyir ki, bu vəsiqənin qiyməti bu qədərdir. İndi görün xəstə adamın vəsiqəsinin qiyməti nə qədər olub. Burada günahın bir çoxu valideynlərin üzərinə düşür. Çünki həmin valideynlər öz uşaqlarının cəmiyyətdə adekvat bir mövqe tutmaq üçün heç bir iş görməyib, əksinə təhlükəli fəaliyyətinə şərait yaradıblar. Yenə də bunların hamısı gəlib dayanır ölkədəki humanitar, sosial siyasətin düzgün qurulmamasına. Bu istiqamətdə biz çox ciddi işlər görməliyik. Elimi əsaslarla cəmiyyətin indiki xüsusiyyətlərini nəzərə alaraq fəaliyyət proqramları hazırlanmalıdır. Bu fəaliyyət proqramlarında aydın olacaq ki, valideynin öhdəsinə hansı işlər düşür, məktəblə valideyn arasında hansı işlərə ehtiyac var, valideynin uşağı xəstədirsə, onun qarşısında hansı vəzifələr dayanır, hüquq-mühafizə orqanlarının qarşısında hansı vəzifələr dayanır, qanunvericilik orqanlarının vəzifəsi nədə ibarətdir? Araşdırmaq lazımdır. Ona sürücülük vəsiqəsi verəni cəzalandırmaq lazımdır. Necə olur ki, belə adam sürücülük vəsiqəsi alıb? Gedib yoxlasaq, görəcəyik ki, o adam normal sürücülük məktəbini də qurtarmayıb. Gedib pulunu verib kağız alıb ki, guya bu sürücülük məktəbini qurtarıb. Bu məsələlərin necə ki, üstündən keçirik, dərindən təhlil eləyib səbəbləri üzə çıxardıb, bunları ləğv eləmirik cəmiyyətdə belə hallar daha çox olacaq. Çünki cəmiyyət dediyim kimi, mürəkkəbləşdikcə, həssaslaşdıqca bizim də həssas məsələlərə, sosial problemlərə, sosial-psixoloji problemlərə daha çox diqqət yetirməyimizə zərurət var. Çox təəssüf ki, ölkədə bu məsələlərə lazımi səviyyədə diqqət verilmir".

Gündəmi zəbt edən bu dəhşətli faciəyə deputat Fazil Mustafa da biganə qalmadı.

Millət vəkili saytımıza açıqlamasında baş verən hadisənin əsas günahkarının valideynlər olduğunu söylədi:

"Çox ağır bir hadisədir. Azərbaycanda həqiqətən də bu cür insanların müəyyən dərəcədə valideyn himayəsi ilə gizlədilməsi, müəyyən dərəcədə uğursuz övladların qorunması istiqamətində atılan addımlarda düşünülməyən bir cəhət var. Sən özün üçün əziz olanı başqaları üçün təhlükə olaraq qoruyursan, yaşadırsan və sonra başqasının faciəsi baş verəndə dizinə döyürsən ki, bu niyə baş verdi. İndi bu qətli törədən şəxs hələ uşaq vaxtı birini öldürüb və buna da müəyyən dərəcədə ruhi xəstə olduğu ilə bağlı sənəd düzəldib veriblər. İndi maraqlıdır ki, bunu düzəldən ata, ana bu gün öz həmin faciənin qurbanıdır. Başqasının qurban getməsinə səbəb olan ata, ana və körpə uşaqlar, qardaş, bacı bunun qurbanıdır.

Demək, bir başqasının faciəsi üçün yetişdirdiyiniz övlad indi özünüz üçün faciəni törədib. Bu olduqca təhlükəli bir məqamlardır və bunun üzərində düşünmək lazımdır. Yəni bu cür xarakterli insan hər bir ailədə ola bilər. Səhhəti, psixi problemi. Bu valideyn üçün doğrudan da həm əziyyətdir, həm əzabdır, həm də ağrıdır. Amma insanın düşündüyü bir şey var. Dövlət niyə bir çox insanları ya həbsə atır, ya da xəstəxanaya salır? Çünki başqasına ziyan vurmasın deyə. Bir adam bir cinayət törədirsə, başqasına zərər vurmasın deyə onu təcrid edir cəmiyyətdən. Bu baxımdan da sənin duyğun, istəyin, övlad sevgin hər halda başqalarına vurulan ziyan üzərində müzakirə olunmalıdır. Sən sevgini qorumalısan, başqa insana zərər yetirmə anlayışına soyuqqanlı yanaşmalısan. Bu gözlənilən bir qətldir. Ona görə də, qarşılıqlı bütöv bir problem olaraq baxılmalıdır məsələyə və bu cür faciələrin qarşısını almaq üçün insanlar bir az daha tələbkar olmalıdır. Qonşular, yaxınlar buna sadə bir proses kimi baxmamalıdır. Gizlətməli, ört-basdır edilməli, saxta sənədlə gizlədilməli məslə kimi baxmamalıdırlar. İndi bunun belə bir xarakterə sahib olduğunu bütün çevrə bilir. Bu çevrədən hansısa bir hərəkətlənmə yoxdur. Əgər müraciət ediblərsə, hansısa buna laqeyd yanaşılıbsa, müvafiq qurumlar tərəfindən onların da məsuliyyəti məsələsinə baxılmalıdır, çünki söhbət həm də zərər törətmə potensialı olan şəxsin zərərsizləşməsindən gedir. Bunun üzərində də düşünmək lazımdır. Artıq bu cür problemlərə daha ciddi yanaşılmalıdır və bu şəxslər cəmiyyətdən bu və ya digər formada təcrid olunmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1964   Tarix: 15 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

TOP MP3