Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları LƏĞV EDİLDİ

Naxçıvan Nazirlər Kabinetinin bir sıra qərarları LƏĞV EDİLDİNaxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.

"Report"un məlumatına görə, Nazirlər Kabineti tərəfindən fevralın 2-də Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcə layihəsinin, muxtar respublikanın iqtisadi və sosial proqnoz göstəricilərinin hazırlanması haqqında sərəncam imzalanıb.

Sərəncamda qeyd edilib ki, "Büdcə sistemi haqqında" qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2024-cü il iyun ayının 20-dək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə təqdim etsinlər.

Nazirlər Kabinetinin 2 fevral 2024-cü il tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyesterinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlarında dəyişiklik edilib, "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında", "Taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə qərarları ləğv edilib.

Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nda dəyişiklik edilmişdir. Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

Bundan başqa, "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxsin ləğv edilməsi barədə" Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin fevralın 6-dakı Qərarı ilə "Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması"nın təsdiq edilməsi haqqında" və "Jurnalist vəsiqəsinin forması"nın təsdiq edilməsi haqqında" qərarları ləğv edilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı"nda dəyişiklik edilib.

Nazirlər Kabinetinin fevralın 15-də "Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" Qərarında edilmiş dəyişikliyə əsasən "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" sözləri çıxarılıb, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sözləri "Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə "Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Qərarında dəyişiklik edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1112   Tarix: 16 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İrana qarşı zərbələr ABŞ-də siyasi böhrana səbəb oldu: Heqset hədəfdə

Pentaqon rəhbəri Pit Heqset ABŞ-də keçiriləcək aralıq seçkidə Demokratlar Partiyası qələbə qazanacağı təqdirdə diqqət mərkəzində olacaq şəxslərdən biri ola bilər. xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvü Mayk Levinə istinadə

14:10 177
.

İran ABŞ ilə razılaşma üçün şərt irəli sürdü

İran ABŞ-nin İslam Respublikasının limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırması müqabilində Hörmüz boğazında gəmiçiliyi bərpa etməyi təklif edib. xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. Telekanalın mənbələrinin bildirdiyinə görə, Tehran bu təklifi Pakista

20:15 0
.

Atasının dəfnində məzara yıxılıb öldü

Braziliyada 48 yaşlı kişi atasının dəfn mərasimi zamanı faciəvi şəkildə ölüb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Espiritu-Santu ştatının Linhares şəhərində yerləşən San-Joze bələdiyyə qəbiristanlığında qeydə alınıb. Məlumata görə, 48 yaşlı Adilson Marsaro atasının dəfn mərasimində iştira

15:50 166
.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Qazaxıstan Respublikasının milli bayramı - Respublika Günü münasibətil

11:26 192
.

Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək. "Report" "KTIV" telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Ayova ştatında keçirilən mitinqdə bildirib. Trampın sözlərin

16:20 142
.

Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı

İrəvandakı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Qərar saatlarla davam edən məhkəmə iclasından sonra elan olunub. Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hakimi Vardges Stepanyan prokuror Tsovak Mnatsakanyanı

17:00 120
.

Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Paşinyan sülh naminə konstitusiya dəyişikliyi edir: Ermənistan növbədənkənar seçkilərə gedir?. Zavod çörəyinin tərkibi və istehsalı: Azərbaycandan başqa bütün ölkələr imtina edib?. Balıq ovu mövsümü açıldı, satış artdı: balı

18:00 53
.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində içərisində iki balıqçının olduğu qayıq aşıb. Onlardan birinin cəsədi dərhal tapılmışdı, ikinci şəxsin axtarışları isə dörd gün sonra, bu gün yekunlaşıb. xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "İkinci itki

13:00 206
.

Rusiyada ana müharibədə ölən ərinin sığorta puluna görə doğma qızını qaçırtdı

Başqırdıstanda (Rusiya) 18 yaşlı doğma qızını qaçırmaqda təqsirləndirilən 43 yaşlı qadın və onun əlbir olduğu 32 yaşlı şəxs həbs ediliblər. xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsindən məlumat verilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə oktyabrın 15-i axşam saatlarında Sterlitamakd

19:00 0
.