Paşinyan və ATƏT-in fəaliyyətdə olan sədri Münhendə görüşüb

Paşinyan və ATƏT-in fəaliyyətdə olan sədri Münhendə görüşübErmənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici və Avropa işləri və ticarət naziri Yan Borqla görüşüb.

BiG.AZ xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Nikol Paşinyan və Yan Borq Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində erməni tərəfinin prinsiplərinə istinad edib.

Eyni zamanda, regional sabitliyə və təhlükəsizliyə töhfə vermək üçün ATƏT-in mandatına uyğun olaraq qurumun vasitələrindən səmərəli istifadə edilməsi vurğulanıb.

Çoxsahəli əməkdaşlıq və Ermənistan və Malta arasında əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 445   Tarix: 17 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Unudulmuş qəhrəman: Öz həyatını riskə ataraq dünyanı taundan xilas edən adam

XIX əsrin sonu - sənaye inqilabı, qitələr arasındakı sərhədləri silərək qlobal iqtisadiyyat yaradan dəmir yolları və gəmiçiliyin inkişafı dövrü idi. Lakin nəticədə həmin nəqliyyat arteriyaları bəşəriyyətin qədim düşmənləri olan infeksion xəstəliklərin yayılma yollarına çevrildi. Bu kontekstdə bütöv populyasiyaları

27.01.2026 142
.

Pullarına dəyər qatmaq üçün buna yatırım edirlər

Qızılın unsiyasının qiyməti ilk dəfə 500 dolları keçib. xəbər verir ki, 2025-ci ildən bəri 60%-dən çox bahalaşan qızıl qiyməti tarixi dəyər artımını davam etdirib. Məlumata görə, bahalaşma, ABŞ və NATO arasında Qrenlandiya ilə bağlı gərginlik, eləcə də maliyyə və geosiyasi qeyri-müəyyənliklərlə bağl

27.01.2026 182
.

Dəhşətli hadisə: qadın cəsədi zibil qutusunda tapıldı

İstanbulda polis Özbəkistan vətəndaşına məxsus başsız qadın cəsədini zibil qutusunda aşkar edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Şişli rayonunda qeydə alınıb. Məlumata görə, kağız toplayan bir kişi zibil qutusunda çarşafa bükülmüş qadın cəsədi tapıb. Aparılan barmaq izi yoxlaması nəticəsind

27.01.2026 280
.

FİFA-nın keçmiş prezidenti dünya çempionatını boykot etməyə ÇAĞIRDI

FİFA-nın keçmiş prezidenti Zepp Blatter bu il ABŞ-da keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını boykot edən azarkeşləri dəstəklədiyini bildirib. "The Guardian"a istinadla bildirir ki, Zepp Blatter FİFA-da prezident olduğu dövrdə mümkün islahatlar üzərində qurumla birgə çalışan

27.01.2026 231
.

Cinayət və inzibati həbs: hansı hallarda müddət uzadıla bilər?

"İnzibati xəta törətmiş şəxslərin tutulma müddəti əsasən 3 saatdan çox ola bilməz, lakin bəzi hallarda müddət uzadıla bilər". Bunu BİG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib. O, qeyd edib ki, müddətin uzadılmasına əsaslar bunlardır: sərhəd və dövlət qaydalarının pozulması, fövqəlad

27.01.2026 244
.

Prezident Sumqayıtda açılışlarda - Fotolar - Yenilənib

Prezident İlham Əliyev bu gün Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənay

27.01.2026 367
.

Vatsapa sərt qaydalar tətbiq edəcəklər

Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi vatsapı daha sərt tələblərin tətbiq olunduğu "Çox böyük onlayn platforma" kateqoriyasına daxil edib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, vatsapı

27.01.2026 154
.

Niyaməddin Musayevin qızının işdən çıxarılmasına Təranə Qumraldan REAKSİYA

Xəbər verdiyimiz kimi, Xalq artisti Niyaməddin Musayevin FHN-də işləyən qızı Röya Musayeva işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı bir müddət əvvəl fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. Əmrə əsasən, FHN-nin Sənədlərlə və vətəndaşların müraciətlər

27.01.2026 447
.

İranda etirazlarda ölənlərin sayı 113 mini keçib

İranda 2025-ci ilin dekabrından etibarən başlayan genişmiqyaslı etirazlar hələ də davam edir və ölkə daxilində vəziyyət gərgin olaraq qalmaqdadır. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, etirazlar iqtisadi çətinliklər və sosial narazılıqlar fonunda başlanıb, lakin son həftələrdə hökumətin sərt müdaxiləs

27.01.2026 250
.

TOP MP3