Evin təmir-tikinti alətlərinə, velosipedə, akkumulyatorlara tamah salanlar ələ keçdilər

Evin təmir-tikinti alətlərinə, velosipedə, akkumulyatorlara tamah salanlar ələ keçdilərŞirvanda oğurluq edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Kamal Göyüşov və Zaur Pənahov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq faktını etiraf ediblər.

Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı Z.Pənahovun törətdiyi digər oğurluq faktlarının üstü də açılıb. Belə ki, araşdırmalar zamanı məlum olub ki, həmin şəxs ötən ilin dekabr və cari ilin fevral ayı ərzində müxtəlif vaxtlarda şəhər ərazisində yerləşən beş fərdi yaşayış evindən müxtəlif növ təmir-tikinti alətləri və materialları, velosiped, akkumulyator və səs gücləndirici oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 3480 manat maddi ziyan vurub.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 24 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Alibaba Game Lounge" restoranı reklama görə cəzalandı

Bakı şəhərində fəaliyyət göstərən "Alibaba Game Lounge" restoranı cərimələnib. Qaynarinfo-nun məlumatına görə, obyektin sahibi Mübariz Şərifov barəsində reklam qanunvericiliyinin pozulmasına görə inzibati xəta protokolu tərtib edilib. Bildirilib ki, açıq məkanda reklam yerləşdirilməsi üçü

12:53 227
.

HƏMAS üçün sursat almaqda şübhəli bilinən şəxs saxlanıldı

Fələstin İslamçı HƏMAS qruplaşması üçün sursat almaqda şübhəli bilinən Livan vətəndaşı Almaniyada saxlanılıb. xarici mediaya istinadən xəbər verir ki, RİA Novosti bu barədə Almaniya Prokurorluğuna istinadla məlumat yayıb. Saxlanılan şəxs Məhəmməd S.-dir. O, yanvarın 23-ü axşam saatlarında Almaniya Federa

11:53 199
.

İranın müharibəyə hazırlığı və ABŞ-İsrail fikir ayrılığı

"İran ehtimal müharibəyə və ya xarici müdaxiləyə hazırlaşır. Lakin ABŞ-ın İranla total və genişmiqyaslı müharibəyə girməsi ehtimalı aşağıdır. Bu cür münaqişələr böyük maliyyə və insan itkisi tələb etdiyi üçün Tramp administrasiyasının buna getmək istəməyəcəyi düşünülür". Bunu BİG.AZ-a açıqlamasınd

15:16 192
.

Prezident Sumqayıtda açılışlarda - Fotolar - Yenilənib

Prezident İlham Əliyev bu gün Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına əvvəlcə ölkəmizdə yaradılan sənaye zonaları və Sumqayıt Sənay

12:21 301
.

Safura Aygün Kazımova ilə fotosunu paylaşdı

"Avroviziya" təmsilçimiz Safura Əlizadə Xalq artisti Aygün Kazımova ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı Pop diva ilə illər əvvəl lentə alınan fotosunu yayımlayaraq onu ad günü münasibəti ilə təbrik edib. Qeyd edək ki, Xalq artisti 2016-ci ildə verilişlərdən birində mərhu

11:54 374
.

ABŞ-dan Ukraynaya şərtli təhlükəsizlik zəmanəti

ABŞ Ukraynanın ərazi iddialarından imtina etməsi halında Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazırdır. xarici mediaya istinadən xəbər verir ki, Tramp administrasiyası Ukraynaya bildirib: Vaşinqtonun təhlükəsizlik zəmanətləri yalnız Kiyev sülh sazişinə razılaşacağı təqdirdə mümkündür. Mənbələrin məlumatın

11:25 197
.

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

İnnovasiya lideri Bakcell-in hədiyyələrlə bol lotereyası uğurla yekunlaşıb. Geniş marağa səbəb olan lotereyanın ən böyük mükafatı - "Porsche Cayenne" avtomobilinin qalibi Urfan Buksayev olub. "Bakcell olaraq abunəçilərimizin gündəlik həyatını daha da zənginləşdirən, onlara əlavə dəyə

17:05 152
.

"Met-Ak" gömrük qaydalarını pozub - Cərimə olundu

"Met-Ak" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəmə göndərilib. Məhkəmənin qərar

14:22 162
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında yanvarın 28-də bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq. Atmosfe

12:51 253
.

TOP MP3