Keçmiş döyüşçü: "Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq"

Keçmiş döyüşçü: "Qara qaya yaxınlığında dəhşətli mənzərənin şahidi olduq"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Üç istiqamətdən hücuma məruz qalan Xocalıda olan təqribən 2500 nəfər sakin şəhəri tərk edərək Ağdam rayonu istiqamətində qaçmağa məcbur qalıb. Lakin əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilərək xüsusi qəddarlıqla məhv edilib, əsrin faciəsi törədilib.

Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub.

Keçmiş döyüşçü - Mehman Kərimov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 32 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.
"Xocalı mühasirədə idi. Biz Ağdamdakı könüllülər Xocalını mühasirədən çıxarmaq, xocalılılara kömək etmək üçün hazır idik. Hücum əmri gözləyirdik. Amma hücum olmadı. Bir də eşitdik ki, artıq Xocalı işğal olunub, ermənilər camaatı qırıblar. Xocalılıların xilas edilməsi üçün Şelli kəndi istiqamətində sonuncu postumuz olan yerə getdik. Biz Qara qayaya çatanda gördük ki, "Qarabağ Şahinləri" batalyonunun könüllüləri buradakı erməni postunu götürüblər. Qara qayanın yaxınlığında dəhşətli mənzərənin şahidi olduq. Ermənilər Xocalıdan qaçan sakinlərin qarşısını kəsərək qətliam törətmişdilər. Hər tərəf meyit və yaralı ilə dolu idi. O zaman bütün Ağdam – həm könüllü döyüşçülər, həm də mülki sakinlər xocalılıların çıxarılmasında, yaralıların xəstəxanaya, meyitlərin Cümə məscidinə aparılmasında səfərbər olmuşdu. Çox çətin, dəhşətli günlər idi. Dinc insanları işgəncə ilə öldürmüşdülər. Bir cəsədin əli məftillə bağlanmışdı. Uşağın dərisini soymuşdular. Bir nəfəri baltalamışdılar. Qoca qadının ayağını bağlayıb sürütləmişdilər... Belə faciə, belə dəhşət dünyada görünməyib", - deyən Mehman Kərimov Xocalı faciəsi zamanı törədilən vəhşilikləri unuda bilmədiyini söyləyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 600   Tarix: 25 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

00:30 361
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 222
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 326
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki

24.10.2026 220
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 311
.

"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"

Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas

00:25 315
.

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur. Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranı

13:20 0
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 368
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24.10.2026 211
.