Aparıcı meyxanaçıya verdiyi suallara görə tənqid olundu
Meyxanaçı Rüfət Nasosnu "Rəngarəng səhər" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini bildirib:
"Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir. Deyərəm pis çıxar. O qədər adama yardım edirəm ki, elə övladlıq kimidir. Ola bilər ki, sən ona ürəyini verəsən, hərtərəfli yaxşı olasan, amma nəticədə o qane olmasın. Əlbəttə, qorxuram. Elə nüanslar var ki... 15-20 ildən sonra deyər ki, bioloji atamı axtarıram. Bundan qorxuram".
Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan "Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın?" deyə, soruşub.
Rüfət sualı cavablandırmağa çalışıb:
"Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb".
Zaur onun sözlərini "Kimsəsiz məzarlıqlar var" fikrini səsləndirərək kəsib.
Meyxanaçı isə nitqinə belə davam edib:
"Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir.
46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm. Bacarmadığımı da edirəm, təki anam rahat yaşasın, üzü gülsün. Verilişlərdə fasilələrdə də ona zəng edirəm ki, görüm necədir. Məktəb oxumayıb. O vaxt qardaşları qoymayıb, qısqanclıq ediblər. Lənkəranda olublar, 7-8 qardaşı var idi. İndi onun bu telefonlardan başı çıxmır. Köhnə telefon almışam, "Yes" düyməsinə də öz nömrəmi qoymuşam".
Aparıcı daha sonra Rüfətdən "Qorxursan ananı itirməkdən" deyə soruşub.
Meyxanaçı sualı "Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər" deyə, cavablayıb.
Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik qiymətləndiriblər.
Qeyd edək ki, daha əvvəl "7 tamam" proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17.10.2026 538 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb
Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn
18.10.2026 432 "Ancelina Coli geni" və xərçəng riski: Hər 200 qadından birində müşahidə edilir
Məşhur aktrisada aşkar olunduqdan sonra qeyri-rəsmi olaraq "Ancelina Coli geni" adını almış BRCA1 geninin mutasiyası hər 200 qadından birində müşahidə edilir. xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə müsahibəsində biologiya elmləri doktoru, genetik və "100 00+Mən" Mill
24.10.2026 214 "Atam və anamdan çox o, mənə dəstək oldu"
Müğənni İradə İbrahimova qızı üçün nümunə olmağa çalışdığını deyib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb. "İfaçı kimi efirdə gözəl görünməyə diqqət etmişəm. İndi evdə qızıma örnək oluram, ona nümunə olmağa çalışıram. İstəyirəm ki, yeməyinin, içməyinin
17.10.2026 414 Mərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17.10.2026 416 Şəbnəm Tovuzlu geyimi və rəqsi ilə DİQQƏT ÇƏKDİ - VİDEO
Müğənni Şəbnəm Tovuzlunun səhnə görüntüləri sosial şəbəkələrdə maraq doğurub. Məkanlardan birində səhnə alan ifaçı bu dəfə qısa saç düzümü, geyim tərzi və rəqsi ilə diqqət mərkəzinə düşüb. Sənətçinin fərqli görünüşü və səhnə performansı izləyicilər arasında müzakirələrə yol açıb. Onun görüntüləri sosia
17.10.2026 675 "Ən kəskin baltalar sapı özümüzdən olanlardır"
Aparıcı Vüsalə Əlizadə ikiüzlü insanlardan gileylənib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib:. "Üzümüzə gülüb, can deyənlər. Üzdə mələk, içi fəsad olanlar. Ən kəskin baltalar sapı özümüzdən olanlardır"
17.10.2026 438 "Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
10:00 170 Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR
Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:
11.10.2026 804