Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ
Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.
Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər.
Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətlərini təqdim edirik:
Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadratmetr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. Kürdəxanı qəsəbəsində satışa çıxarılan üçotaqlı mənzillərin qiyməti 56 min manatla 59 min manat arasında dəyişir. Ramana qəsəbəsində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.
Satış prosesinin 2023-cü il iyulun birinədək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin olduğu görünür. Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır.
Portala daxil olduqda ümumilikdə 1 621 mənzilin satışa çıxarıldığı qeyd edilib. Nazirlik isə ötən il 1 662 mənzilin satılacağını açıqlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindın bizim.media-ya bildirilib ki, 1 621 mənzildən 300 mənzil satılıb:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı "ms.sosial.gov.az" portalında həyata keçirilir.
Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1 621 mənzili əhatə edir. Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib.
Sözügedən komplekslərdən üçü - Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir. Alıcılar tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notarial qaydada alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur. Yeni binalarda yerləşən həmin mənzillərin hər biri çıxarışlı və tam təmirlidir. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrindəki şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək".
Qeyd edək ki, bir il ərzində sözügedən mənzillərin təxminən 18-19 faizi satılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 6388 Tarix: 27 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd
24.10.2026 267 Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
2030-cu ilədək Bakı metrosuna 10 yeni stansiyanın əlavə edilməsi, xətlərin təxminən 20 kilometr uzadılması nəzərdə tutulur. Yeni stansiyaların istifadəyə verilməsi paytaxtda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, sərnişin sıxlığının və yollardakı tıxacların azaldılmasına da təsir göstər
24.10.2026 250 Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
24.10.2026 207 "Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas
00:25 286 Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24.10.2026 225 Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın
24.10.2026 202 "Axios": İran ABŞ-nin xaricdəki diplomatlarına sui-qəsdlər hazırlayır
Amerika kəşfiyyatı İranın xaricdə işləyən ABŞ diplomatlarına və vəzifəli şəxslərinə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair məlumatlara malikdir. "Report"un "Axios"a istinadən məlumatına görə, bu barədə oktyabrın 23-də ABŞ Dövlət katibi Marko Rubiyoya göndərilmiş xidməti qeydd
24.10.2026 238 Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
00:18 284 Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
00:16 343