"Ermənistan Fransadan direktiv gözləmədən dərhal əlverişsiz hava şəraitində istiqaməti itirmiş Azərbaycan əsgərini geri qaytarmalıdır"

"Ermənistan Fransadan direktiv gözləmədən dərhal əlverişsiz hava şəraitində istiqaməti itirmiş Azərbaycan əsgərini geri qaytarmalıdır"Xəbər verdiyimiz kimi, Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi Ruslan Pənahov Ermənistan hərbçiləri tərəfindən saxlanılıb. Bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Onun Sünik vilayətinin Tex kəndi ərazisində təqribən 05:15-də saxlanıldığı bildirilib. Hadisə ilə bağlı cinayət işinin başlanıldığı qeyd olunub.

Mövzu ilə bağlı BiG.AZ-a deputat Bəhruz Məhərrəmov açıqlama verib.

O bildirib ki, Ermənistan hərbçiləri Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahovu hansısa xüsusi əməliyyat zamanı yox, xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığı üçün saxlayıb. Regionun relyefinə bələd olanlar yaxşı bilir ki, Laçın-Kəlbəcər istiqamətində dağlarda ilin bu fəslində, xüsusən son günlər müşahidə olunan hidrometeoroloji durumda əlverişsiz hava şəraiti adi haldır.

"Ermənistan bu məsələni siyasiləşdirməməli, əlverişsiz hava şəraitində yolunu azan sıravi əsgərdən diversant obrazı yaratmaqdan, saxta cinayət işi və məhkəmə şouaundan çəkinməli və ən qısa müddətdə hərbçini Azərbaycana təhvil verməlidir.İrəvan unutmamalıdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlamasına müvafiq olaraq Ermənistanın qaytardığı 2 azərbaycanlı hərbçinin müqabilində Azərbaycan humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 32 erməni hərbçini təhvil vermişdi. Biz 32 əsirin qaytarılmasını yekun sülhə yaxınlaşdıran etimad quruculuğu prosesində mühüm addım kimi dəyərləndirmişdik. Bu mənada, indiki həssas situasiyada yeni şou yaradılmasının heç kimə, o cümlədən də Ermənistana heç bir faydası yoxdur. Xüsusən Münxen Təhlükəsizlik Konfransının ardınca yenidən başlanan sülh prosesi çərçivəsində xarici işlər nazirlərinin bu gün Berlindəki təmasları şəraitində bu məsələnin uzanmasına lüzum yoxdur və Ermənistan heç kimdən, o cümlədən Fransadan direktiv gözləmədən dərhal əlverişsiz hava şəraitində istiqaməti itirmiş Azərbaycan əsgəri geri qaytarmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1580   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

TOP MP3