Ruhəngiz Musəvi: "Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?"

Ruhəngiz Musəvi: "Hamilə vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında, nə məcburdur, ac qalmısınız?""Yeni çəkilən yerli filmlərimizin heç birini izləmirəm. Onlardan ləzzət almıram. Adətən Rusiya filmlərini izləyirəm. Melodram, real hadisələrdən qaynaqlanan filmləri. Bir də retro filmlərimizə baxıram. Düzdür, arabir komediya filmlərini də izləyirəm. Əvvəlki filmlərdə tərbiyə var idi, insan hisslər üzərində qurulurdu. İndikilər biabırçılıqdır. Ağızlarına nə gəlir danışırlar, söyüş söyürlər. Mən köhnə illərlə, o xatirələrlə yaşayıram. Nə var idisə o illərdə var idi. Söhbət təkcə filmlərdən getmir. Bu gün ifa olunan bayağı mahnıları da dinləmirəm"

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib:

"O illərdə çimərlik geyimi ilə filmə çəkilmək də aktrisadan cürət tələb edirdi. "Baladadaşın ilk məhəbbəti" filmindəki dəniz səhnəsini yəqin ki, hamı izləyib. Həmin filmə sənət gözü ilə baxırlar. Heç kim ona pis gözlə baxmayıb. Bu rola görə tənqidlərə tuş gəlməmişəm. Əksinə, kim məni yolda görür, deyir ki, sizi bu filmdən sevmişik. Bu filmdir, sənətdir. Saf, təmiz məhəbbətdən doğan rolları canlandırmışıq. Yeniyetmə vaxtlarım idi. İndi efirə də, səhnəyə də az qala çimərlik geyimində çıxırlar. Baxıram əsəbləşirəm. Bunların hamısı sənət adına ləkədir. Heyf sənətdən. Gör səhnəyə kimlər gəlib?! Yaxşıları çıxmaq şərtilə əlbəttə ki... Sənət qalıb kənarda, özlərini səviyyəsiz hərəkətlərlə reklam edirlər. Hər şeyi açıb-tökürlər, yetər ki, gündəmdə qalsınlar. Üzr istəyirəm, o vaxt qadın hamilə olanda çəkinərdi, hətta doğmalarından utanardı. İndi biabırçılıqdır. O vəziyyətdə efirə çıxırlar, ərləri də yanlarında. Bir qalıb ki, uşağın dünyaya gəlmə anını da çəkib göstərsinlər. Nə məcburdur ki, efirə çıxırsınız? Allah onsuz da ruzinizi verib də. Ac qalmısınız?! Bir az səbriniz olsun, gözünüz doysun. Əriniz qazanır, uşağınız qazanır. Sənət olan yerdə bunlar artıq şeylərdir. O vaxt baldızımın toyunda idim. Hələ ana olmamışdım, hamilə idim. Bir az durub oynayan kimi atam deyirdi ki, gəl otur", - deyə sənətkar bildirib.

Ruhəngiz Musəvi bildirib ki, efirdə yalnız eyni simalar qonaq olur.
"Biz gözəl vaxtda yaşamışıq. Sənətin əlçatmaz vaxtlarını görmüşük. O vaxtlar hər müğənni efirə çıxa bilməzdi. İndi toy müğənniləri özlərini efirdə reklam edirlər. Özünə hörmət edən sənətkar çalışar ki, efirdə az görünsün. Tamaşaçını, dinləyicini bezdirmək olmaz. Məni çox dəvət edirlər. Xoşlamıram tez-tez efirə çıxım. Nə vaxt efirə baxırsan, eyni müğənniləri görürsən. Efirə çıxmaqları bir yana, yersiz danışıqları da bir yana. Mən efirdə özümü əsl qadın kimi aparıram. Oturuşumu, yerişimi bilirəm. Artıq şeylər nəyə lazımdır? Nə var açıb-tökürsünüz, özünüzü hörmətdən salırsınız. Efir xəstələridir, camaat bezib. Bir-birlərinə oxşayırlar, elə bil inkubator yumurtasından çıxıblar.

Sənət olmayanda hər şey önə çıxır. Sənət artıq getdi. Çox sevinirəm ki, o illərdə sənətə gəlmişəm. 1972-ci ildən peşəkar səhnədəyəm. Dövlət televiziyasında bütün kollektivlərin solisti olmuşam. Rəşid Behbudov kimi sənətkarla bir səhnəni paylaşmışam. 1973-cü ildə Almaniyada Gənclərin Ümumdünya festivalında iştirak etmişəm. 1976-cı ildə dünya səyahətinə çıxan gəmidə "Azərbaycan gözəli" seçilmişəm. Mən çıxıb bunları heç danışmıram. Ruhəngiz Musəvi tarixdə qalıb və qalacaq.

Sizə bir faktı da danışıb. Böyük bəstəkarımız Oqtay Kazımi məni "Dan ulduzu" ansamblına, Rəşid Behbudovun Mahnı Teatrına gətirib. Çünki o illərdə onun mahnıları konsertlərdə, efirlərdə səslənirdi. Onun "Məhəbbətim" mahnısını mən heç vaxt oxumamışam. Firuzə İbadova, Aybəniz Haşımova o mahnını çox gözəl ifa ediblər. Bütün "Dan ulduzu" ansamblının mahnıları Aybəniz xanımdadır. Bu mahnı da "Dan ulduzu" ansamblı ilə ifa olunub. Sağ olsun, Aybəniz xanım həmin mahnının minusunu mənə verdi. Mən o mahnını yazdırdım, ifa etdim. Aybəniz xanım mənə zəng edib dedi ki, Ruhəngiz xanım, o mahnını eşidib deyirlər ki, bu onun cavanlıq səsidir. Əslində ifamı bəyənmirdim, Aybəniz xanımın sözləri mənə böyük dəstək oldu. Belə mahnıları oxumaq, yaşatmaq lazımdır. Ruhəngiz Musəvinin səsi də qalıb, gözəlliyi də. Bu yaşımda da təbii gözəlliyimlə bir çoxlarından seçilirəm. Əsas da mən sevilirəm. Bundan artıq mənə heç nə lazım deyil. Heç kimin də qabağında əyilmərəm. Nə ada görə, nə də şan-şöhrətə görə. Heç vaxt bunu etmərəm. Sağ olsunlar, "Əməkdar artist" adını veriblər mənə. Məni elə xalqın artisti kimi hamı tanıyır", - deyə müğənni bildirib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3355   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.