Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEO

Əhməd Əhmədovun törətdiyi qətllə bağlı ƏN YENİ XƏBƏR: "Bacısının əri Moskvadan gəlmir, çünki..." - VİDEOAilə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovla bağlı yenilik var.

BAKU.WS xəbər verir ki, TV Müsavatın hüquq-mühafizə orqanlarındakı mənbədən aldığı məlumata görə, Ə.Əhmədov hələ ki, 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Onun ruhi dispanserə köçürülməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Əhməd Əhmədovun həkim heyətinin qarşısına çıxarılması və ondan sonra barəsində ekspert rəyi verilməsi gözləniləndir.

Bundan başqa, təcridxanada olan Ə.Əhmədov xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları da məcburi qaydada qəbul edir.

Xatırladaq ki, Əhməd Əhmədov törətdiyi qətl hadisəsinə qədər bu dərmanları qəbul etməyərək, müalicədən tam şəkildə imtina etmişdi. Son 3 ayda Ə.Əhmədov həkimin təyin etdiyi bütün müalicəni yerinə yetirməyib və düşdüyü psixoloji vəziyyətin səbəbi də məhz budur.

Bu arada, istintaq üçün açar fiqur sayılan şəxs isə Ə.Əhmədovun bacısının Moskvada yaşayan əridir. Hələ ki, sözügedən şəxs istintaqa gəlməyib və ifadə verməyib. Əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədovun rəhmətə gedən bacısı və əri boşanıblar. Bacısının Moskvadan qızı ilə birlikdə Bakıya köçməsinin səbəbi də bu boşanma olub. Əslində isə Ə.Əhmədovu tətikləyən hadisə ailəyə məxsus evlərdən birinin boşanan bacısına verilməsi olub. Əhməd Əhmədov valideynlərinə daha öncə dəfələrlə bildirib ki, ailəyə, dolayısı ilə ona məxsus olan mənzili bacısına vermələri doğru deyil. Son aylar Əhmədlə valideynləri arasında yaşanan mübahisənin kökündə məhz o mənzil dayanıb. Ailəsini itirən yeznə isə nə Bakıya gəlib, nə də istintaqa ifadə verib.

TV Müsavat eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbəyə ailəyə məxsus mülklərlə bağlı sual da verib.

Ə.Əhmədovun varisinin kim olması, eyni zamanda ortadakı çoxsaylı mülklər, evlər, maşınlar, obyektlər, nəğd və bank hesablarındakı pulların kimə çatacağı da müzakirə mövzusudur. Qaynağın deməsinə görə, bu məsələ mübahisəlidir. Hazırda qohumlar arasında müəyyən çəkişmə və mübahisə getməkdədir. Əhmədovların birinci dərəcədən varisi müəyyənləşəndən sonra bu barədə müvafiq qərarlar veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2572   Tarix: 28 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.