"10 yaşlı uşağı görəndə ehtiras hissi yarandı" - Sumqayıtdakı təcavüzün TƏFƏRRÜATI

"10 yaşlı uşağı görəndə ehtiras hissi yarandı" - Sumqayıtdakı təcavüzün TƏFƏRRÜATI"10 yaşlı uşağı görəndə özümə hakim ola bilməməyimin səbəbi əvvəllər həbsxanada kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağımdır".

Lent.az-ın xəbərinə görə, bu sözləri məhkəmə qarşısında 14 yaşına çatmayan şəxsə qarşı seksual və əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən İ.Q (ad şərtidir) deyib.

Məlum hadisə 2022-ci ilin mayın 2-də Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü S.Ə tanımadığı kişi cinsli şəxs tərəfindən aldadılaraq orada yerləşən birmərtəbəli tikilinin sanitar qovşağına salınıb. Daha sonra, həmin kişi azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. S.Ə müqavimət göstərməyə çalışsa da, əhəmiyyətsiz olub.

Hadisədən xəbər tutan valideynlər Sumqayıt şəhər polis idarəsinə müraciət ediblər, şikayətçi olublar. Aparılan araşdırmalar nəticəsində 1968-ci il təvəllüdlü İ.Q hadisəni törətməkdə şübhəli bilinib. Məlum olub ki, həmin şəxs əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə həbs edilib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İ.Q-ya ifadə vermək üçün şərait yaradılıb. Lakin o, törətdiyi əməldə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edib. Eyni zamanda, istintaqda verdiyi ifadəsini təsdiq edib. Onun istintaqdakı ifadəsi məhkəmə zalında elan olunub.

Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, Sumqayıt şəhərində yataqxananın həyətində gəzərkən bir neçə oğlan uşağının oynadığını görüb:

"Onlardan aralıda təxminən 10-12 yaşlı bir oğlan uşağı vardı. Adının sonradan S.Ə olduğunu bildim. Həmin vaxt baxanda ehtiras hissi yarandı. Ona görə də, ona yaxınlaşıb guya ətrafda yaşayan qonşunu çağırmağını xahiş etdim. Uşaq da mənə inandı. Daha sonra onu aldatmaq üçün "gəl bura, sənə bir şey göstərəcəyəm" dedim. Kafenin yanında tualet vardı. Məcbur onu ora saldım. Qapını da bağladım.

İstəmədiyi üçün qarşı çıxdı, müqavimət göstərməyə başladı. Ona görə də, onun qarın nahiyəsindən bir necə dəfə yumruqla vurdum. Müqavimətini qırdıqdan sonra cinsi ehtirasıma qarşı gələ bilmədim. Seksual xarakterli hərəkətlər etdim. Onu da eynisini etməyə məcbur etdim".
O, ifadəsində törətdiyi əməldən peşman olduğunu, hərəkətinin düzgün olmadığını anladığını bildirib. Qanunla cəzasını tam çəkməyə hazır olduğunu vurğulayıb.

Təqsirləndirilən şəxs bu əməli törətməyinin səbəbini də açıqlayıb. Onun sözlərinə görə, bu istəyin onda yaranma səbəbi əvvəllər cəzaçəkmə müəssisələrində olduğu zaman kişi məhbuslarla tez-tez cinsi əlaqədə olmağı imiş. Həmin vaxtda o, S.-nı görəndə qəfildən ehtiraslanıb və özü ilə bacara bilməyib.

Daha sonra, məhkəmədə ifadə verən uşağın atası bildirib ki, törətdiyi hadisəni oğlum heç kimə deməsin deyə ona qəpiklər verib:

"İşdə idim. Həyat yoldaşım zəng edib uşağın üzündə xəsarət izləri olduğunu bildirdi. Bu izlər zərbə izlərinə bənzəyirdi.

Oğlumdan bu barədə soruşanda orta yaşlı bir kişinin ona ünvan göstərərək, həmin ünvanda yaşayan bir şəxsi çağırmağını istədiyini, lakin aldatdığını dedi. Sonra oğlumu yarımtikiliyə salaraq ona qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra uşağa bir neçə qəpik verərək, qarşılığında baş verənləri heç kimə deməməyini istəyib. Oğlum qəpikləri götürməkdən imtina edib. Buna görə də, uşağa yenə zərbələr endirib".

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə İ.Q 13 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1449   Tarix: 29 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm

00:24 105
.

Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR

Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə

00:22 115
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

00:19 126
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...

2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın

00:26 101
.

Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb

Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs

24.10.2026 186
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ

"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa

00:10 130
.