"Nikosayağı" vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, 6 ildən az cəza verilə bilərmi? - AÇIQLAMA
"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Ötən ilin avqustunda N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.
Vəfat edən şəxsin yaxınları təqsirləndirilən şəxsdən şikayətçi olmayanda azadlıqdan məhrum etmə müddəti azaldıla bilirmi?
Mövzu ilə bağlı BiG.AZ-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Nicat Şakirli vəfat edən şəxsin yaxın qohumları ilə barışsa, ona 6 ildən az cəza təyin oluna bilər:
"Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma- ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni Nicat Şakirli vəfat edən şəxsin yaxın qohumları ilə barışsa ona 6 ildən az cəza təyin oluna bilər".
Vəkil qeyd edib ki, cinayətin qəsdən və yaxud ehtiyatsızlıqdan törədilməsi cəzanın ağırlığına əhəmiyyətli təsir edir. Yəni, ehtiyatsızlıqdan törədilən cinayətlərə hər zaman qəsdən törədilən cinayətlərdən daha yüngül cəza təyin olunur:
"Məsələn, avtoqəza nəticəsində şəxsin həyatını itirməsi ehtiyatsızlıqdan törədilən cinayətdir. Buna görə də, vəfat edən şəxsin yaxınları hadisəni törədənlə barışarsa, bu sonuncunun cəzasını yüngülləşdirəcəkdir.
Lakin, qəsdən adam öldürmə cinayətində ölən şəxsin yaxınları cinayət törədən şəxsi bağışlasa da bu gələcəkdə təyin olunacaq cəzaya çox da təsir etməyəcəkdir. Məsələn şəxsə 11 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəkdisə əvəzində 9 il azadlıqdan məhrumetmə cəzası təyin edilir. Ona görə ki, bu əməl cinayətin qəsd növündə törədilmişdir".
Şəbnəm Lətifi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1507 Tarix: 29 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib - İDDİA
Azərbaycanda qadın vətəndaşın 5100 manat pulunu mənimsəyib. Bunu -a müraciət edən Günel Məmmədova.(ad və soyad şərtidir -red) bildirib. Günel Məmmədova qeyd edib ki, Məmmədova Ləman Xaliq qızından 1 ildir ki, pulunu geri ala bilmir:. "İyul ayının 4-ü ona 35.77 qram qızıl vermişəm. Ləman Məmmədov
17:50 220 Əmək müqaviləsinə dəyişiklik: İşçilərin bilməli olduğu hüquqlar
"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa
16:00 260 Bakının bu qəsəbəsində su olmayacaq
Bu gün Bakının Hövsan qəsəbəsinin bəzi ərazilərində su olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, magistral su xəttinin qəzalı hissəsinin təmir-bərpa işləri ilə bağlı Hövsan qəsəbəsinin bəzi ərazilərinə gün ərzind
15:26 243 Klub tarixinin ən gənc oyunçusu "Mançester Yunayted"də debüt etdi: ümumi soyunma otağına buraxılmadı
Cey-Cey Qabrielin "Mançester Yunayted"də debütü mövsümöncəsi "Atletiko"ya qarşı oyunda baş tutub. -ın xarici mediaya istinadla xəbərinə görə, rəsmi oyun olmasa da, gənc hücumçu klub tarixinə düşüb: 15 yaş 299 günlüyündə "Qırmızı şeytanlar"ın əsas komandasında oynayan ə
18:15 177 Qəhvəni sirkə ilə qarışdırın: Mətbəx təmizliyində effektiv üsul
Son vaxtlar sosial şəbəkələrdə mətbəx səthlərini təmizləmək üçün istifadə olunan qeyri-adi üsul sürətlə populyarlaşır. İddialara görə, üyüdülmüş qəhvə ilə sirkənin qarışığı yağ ləkələrini, yanmış qida qalıqlarını və digər çirkləri effektiv şəkildə təmizləməyə kömək edir. Qayarinfo-nun Planeta nəşrin
23:00 1 Füzulidə açıq ərazidə yanğın başlayıb - VİDEO
Füzuli rayonunda açıq ərazidə yanğın başlayıb. -ın məlumatına görə, hadisə zamanı alovun geniş sahəyə yayıldığı bildirilir. Yanğının söndürülməsi üçün əraziyə aidiyyəti qurumların qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının başvermə səbəbi, xəsarət alanları
22:40 0 "Sabah"ın Çempionlar liqasındakı potensial rəqibi bilindi
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu "Sabah"ın potensial rəqibi müəyyənləşib. Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə II təsnifat mərhələsinin qalibləri və məğlublarının mümkü
20:30 143 Arxivlərdə gizlənmiş Veneranın sirri üzə çıxdı
Alimlər 16 il əvvəl arxivə göndərilmiş müşahidə məlumatlarını yenidən təhlil edərək Veneranın atmosferi ilə bağlı mühüm kəşfə imza atıblar. Araşdırma zamanı planetin yuxarı atmosferində nəhəng halqalar - sıxlıq dalğaları aşkar edilib. Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "The Planetar
22:15 48 Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib. bu barədə İHA agentliyinə istinadən xəbər verir. Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib. Hadisə nəticəsində üçü Türkiyə vətəndaş
22:42 0