Deputatdan sənədsiz evlərlə bağlı şad xəbər: "Qərar qısa müddətdə verilə bilər"
"Qısa müddətdə sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı qərar verilə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov sənədsiz evlərin iventarlaşdırılması təklifindən danışarkən deyib.
Deputat bildirib ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi uzun müddətdir müzakirə edilən məsələlərdəndir. Vüqar Bayramov mütəmadi olaraq bu istiqamətdə addımların atılması ilə bağlı təklif verdiyini də vurğulayıb:
"Eyni zamanda, həmin evlərin sənədləşdirilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və hazırda bu istiqamətdə fəaliyyət davam etdirilir. Prezidentin göstərişinə uyğun olaraq qeydiyyatsız evlərlə bağlı komissiya tərəfindən fəaliyyətlərin daha da intensivləşməsi müşahidə olunur. Ona görə bu məsələ gündəmdədir".
Vüqar Bayramov əlavə edib ki, burada söhbət 500 minə yaxın sənədsiz evin qeydiyyata alınmasından gedir:
"Bu həm vətəndaşlarımız üçün evlərin daha qısa müddətə qeydiyyata alınması, onların mülkiyyət hüquqlarının tanınmasına, eyni zamanda həmin əmlakın iqtisadi baxımdan daha aktiv olaraq istifadə olunmasına imkan yarada bilər. Çünki bir tərəfdən həmin sakinlərin mülkiyyət hüququnun tanınması və mənzillərə çıxarışın verilməsi vacibdir. Digər tərəfdən isə həmin mülkiyyət sahibləri əmlakdan istifadə edərək kreditlər cəlb edə bilmirlər, həmin əmlak iqtisadi baxımdan fəal sferaya daxil ola bilmir. Ona görə də burda mühüm məqamlardan biri də sənədsiz evlərin qeydiyyata alınmasının həm də iqtisadi aktivliyə müsbət təsir göstərəcəyi ilə bağlıdır. Bu eyni zamanda həmin əmlak vasitəsi ilə kreditlərin cəlb edilməsi, real sektora yönəldilən kreditlərin cəlb edilməsinə imkan yaradacaq".
Qeyd edək ki, sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1651 Tarix: 29 fevral 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. BİG.AZ yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirm
00:24 105 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 115 Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
00:19 126 Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd
00:14 133 Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
00:15 125 Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
00:26 101 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 186 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
24.10.2026 271 Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
00:10 130