"Fazil Mustafanı dindarları təhqir etdiyi üçün öldürmək istədik" - MƏHKƏMƏ

"Fazil Mustafanı dindarları təhqir etdiyi üçün öldürmək istədik" - MƏHKƏMƏMillət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BiG.AZ APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə verib.

Təqsirləndirilən Səbuhi Şirinov ifadəsi zamanı Fazil Mustafanı dindarları təhqir etdiyi üçün bu işi gördüyünü deyib:

"Fazil Mustafa çıxışlarında şiələri "aşura günü ağlayanlar ulaşır", "Xətai və Füzulini cahil adlandırması" və "kişilər də ağlayar?" deməsi məni hiddətləndirdi. Peyğəmbər belə ağlayıb. Ağlamaq insana məxsus hissdir. Mən Azərlə bu məsələ barədə danışdım. Elşaddan xaiş etdim ki, məni əraziyə aparsın. İstədim bıçağı soxam böyrəyinə ki, dilini dinc saxla. Sonra avtomatla getdim əraziyə. 25-30 metrdən atəş açdım. Sonra Azərə zəng etdim. Maşınla harasa gedirdik Azər hara getdiyimizi demədi. Sədərək yolunda bizi saxladılar, apardılar şöbəyə. Əsgərlikdə xüsusi təyinatlı olmuşam".

Daha sonra dövlət ittihamçısı təqsirləndirilən S. Şirinova suallar ünvanlayıb. Dövlət ittihamçısı silahı kimdən aldığını və evin ünvanını kimdən öyrəndiyini soruşub.

"Evin yerini Elşad mənə demişdi. Silahı isə Azərdən almışdım. Nə vaxt aldığım yadımda deyil. Hadisıdən sonra da Azərə təhvil verdim. Daraq tam dolu idi. 3-4 dəfə evinin yanına getmişdim. Onun tək olmağın müşahidə edirdim. Hadisədən sonra soyuqqanlı şəkildə çıxıb getdim.

Daha sonra hakim təqsirləndirilən S. Şirinovun Azər Səricanovdan pul alıb-almadığını soruşub.

"Azər dedi sənə şirinlik verəcəm. Pulu alanda saymadım".

Səbuhi Şirinovdan sonra digər təqsirləndirilən Elşad Əsgərov ifadə verib. O ifadəsi zamanı bıçaq sümüyə dirəndiyi üçün etdiyini deyib:

"Ömür boyu davakar olmamışam. Həmişə sülh tərəfdarı olmuşam. Heç kimə fikirlərinə görə qarşı olmamışam. Bu insanın təhqiləri bir deyil, iki deyildi. Mən bilirdim ki, həmin şəxs deputatdır. Bizi təhrik etməsə etməzdik. 2010-cu ildən namaz qılıram. Bizə qara güruh deyirlər. İttihamda İranda 8 dəfə olmağım qeyd edilib. Onda da səhər gedib axşam qayıtmışam. Ona qalsa Rusiyaya da 5 dəfə getmişəm. Ancaq Rusiyaya getməyimi soruşan olmadı. Bu işə görə mənə nə vəd verilmişdi, nə də pul verilmişdi".

Daha sonra hakim Elnur Nuriyev təqsirləndirilən E. Əsgərovun istintaqa verdiyi ifadəni elan edib.

"Səbuhi ilə məclislərin birində tanış oldum. Məclisdən çıxanda məndən xaiş etdi ki, onu evə aparım. Mənə Fazil Mustafanı vurmaq istədiyini dedi. Mən də dedim ki, onun evini tanıyıram. Evə gələndən sonra düşündüm ki, həqiqətən bunu etməkdə ciddidir ya yox. Bir dəfə Səbuhi mənə zəng etdi. Dedi ki, onlara gedim. Onlara gedəndə evdə heçkim yox idi. Evin qonaq otağında mənə silahı göstərdi. Bir neçə dəfə Səbuhini əraziyə aparmışam. Bir gün Səbuhi mənə zəng etdi ki, iftardan sonra Fazil Mustafanın evin yanına gedəcəyini dedi. İftardan sonra Səbuhi ilə əraziyə getdik. Mən onu düşürüb daha sonra başqa ərazidə gözləməyə getdim. Onu gözləyəcəyim yerdə maşının arxa oturacağında uzanıb gözləyirdim. Birdən Səbuhi maşına mindi. Dedi sür gedək. Yolda olanda dedi ki, Fazil Mustafanı vurdum. Mən həyəcanlandım. Səbuhi Fazil Mustafaya 9 dəfə atəş açdığını dedi. Qorxdum. Səbuhi dedi ki, zikr elə sakitləş. Hadisədən 3 gün sonra yenə Səbuhi məni onlara çağırdı. Onu təbrik etdim. Hər ikimiz hadisədən sevinirdik".

Daha sonra iş üzrə sonuncu təqsirləndirilən şəxs Emin Əliyarov ifadə verib. O hadisədən xəbərsiz olduğunu sadəcə Azər Səricanovun ona silah verdiyi üçün tutulduğunu deyib:

"Azəri 20 ildir tanıyıram. Hadisədən 2 gün sonra Azər bizə gəlmişdi. Mənə tilov çantası gətirmişdi. Əlimə alanda gördüm ağırdı. Gətirdiyi şeyin nə olduğunu demədi. O gedəndən sonra açdım baxdım ki, silahdı. Əgər idman çantasında gətirsəydi heç açıb baxmazdım. Polis də gələndə deyərdim heçnə yoxdur. Özümü qismən təqsirli bilirəm. İttihamda deyilir ki, qabaqcadan əlbir olmuşam. Mənim hadisədən ümumiyyətlə xəbərim olmayıb. Silahın da o işdə istifadə edildiyindən də xəbərim olmayıb".

Prokuror E. Əliyarova hadisədən necə xəbər tutduğunu soruşub.

"Azəri dediyim kimi 20 ildir tanıyıram. Silahı gətirəndə Azər dedi Fazilin işini biz eləmişik. İnanmadım. Dedim bu belə iş tutmaz. Fazilə qarşı mənim də etirazım vardı. Ancaq onu vurmaq və ya qorxutmaq barədə düşünməmişəm".

Növbəti məhkəmə iclası martın 15-nə təyin edilib.

Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1131   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb

Paris yaxınlığında baş verən terror aktından sonra əsas şübhəlinin əhatəsindən üç nəfər, o cümlədən anası saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Fransa mediası xəbər verir. Məlumata görə, dünən avtomobildən yoldan keçənlərə atəş açaraq bir nəfərin ölümünə və beş nəfərin yaralanmasın

24.10.2026 186
.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

24.10.2026 317
.

"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib

24.10.2026 170
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 249
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 176
.

Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA

İctimai nəqliyyatdan istifadə zamanı gedişhaqqı ilə yanaşı, müəyyən kateqoriyadan olan şəxslər üçün güzəştlər və ödənişsiz istifadə imkanları da müzakirə mövzusudur. Xüsusilə sosial həssas qrupların, şəhid ailələrinin və digər kateqoriyalara aid vətəndaşların avtobuslardan hansı şərtlərlə istifadə etməs

00:20 126
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 125
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki

24.10.2026 198
.

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl

24.10.2026 200
.