Banklar daxili ipoteka kreditlərini artırdı: Amma risklər var...

Banklar daxili ipoteka kreditlərini artırdı: Amma risklər var...2023-cü ildə banklar öz hesablarına 461,4 milyon manat ipoteka krediti veriblər. 2022-də isə bu rəqəm 422,5 milyon olub. Yəni bir ildə 9,2 faiz artım var. Əslində, bu kreditlərə tələb var, bankların da prosesə maraqlı olması müsbət haldır. Ancaq ABŞ təcrübəsində 2008-ci ildə bir "ipoteka böhranı" da yaşandı. Ölkəmizdə bankların daxili ipoteka kreditlərini artırması gələcəkdə onlar üçün problem yarada bilərmi?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

750 min manata qədər ipoteka krediti

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bankların daxili ipoteka kreditlərini artırmasının bazara təsiri ciddidir: "Bankların daxili ipoteka kreditlərini artırması bütövlükdə daşınmaz əmlak - xüsusilə mənzil bazarını müəyyən qədər fəallaşdırıb. Əvvəllər ümumi mənzil alqı-satqısında dövlət ipotekasının payı təqribən 6-7 faiz civarında idi. Bankların bu prosesə qoşulmasından sonra ipoteka kreditləşməsinin ümumi mənzil alqı-satqısında payı 15 faizə çatdı. Kifayət qədər ciddi rəqəmdir".

R.Osmanlı bildirdi ki, məbləğ limitinin daha yüksək olması özəl ipotekanı daha cəlbedici edir: "Dövlət ipotekasının faiz və müddətlə bağlı şərtləri nisbətən daha əlçatandır, özəl ipotekada isə məbləğlə bağlı təkliflər daha cəlbedicidir. Bu səbəbdən özəl ipotekaya maraq göstərənlər də var. Dövlətin güzəştli ipotekasında maksimum faiz 4, adi ipotekasında isə 8-dir. Bankların daxili ipotekalarında isə bu rəqəm 6 faizdən 12-13 faizə qədər dəyişir. Bundan başqa, adi ipotekada dövlətin ayırdığı maksimum rəqəm 150 min manatdır (güzəştli ipotekada isə bu məbləğ 100 min manat olaraq təsbit edilib). Özəl banklarda ipoteka üçün ayrılan məbləğlər 150-500 min, bəzi hallarda isə 750 min manat məbləğinə qədər də ipoteka kreditlərin verilməsi hallarına rast gəlinir. Vətəndaş rəqəmin böyüdüyünü əsas götürərək qismən yuxarı faizlə bankların daxili ipoteka kreditlərinə daha çox maraq göstərir".

İşsizlik varsa, gəlirlər azalırsa...

Bank məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, bu tipli kreditlərin ödənişində o halda problem yaranır ki, iqtisadiyyatda mənfi tendensiyalar yaşansın: "İpoteka kreditləşməsi ilə bağlı dünyada ən ciddi problem elə 2008-ci ildə qeydə alınıb. İqtisadiyyatlarda ciddi şəkildə resessiya olur. İşsizlik və əhalinin gəlirlərinin azalması fonunda ipoteka ödənişlərində problemlər yaranır. Bu da bankların aktivlərinin, kredit portfelinin pisləşməsinə gətirib çıxarır".

C.İbrahimli bildirdi ki, banklar aktivlərinin yalnız bir hissəsini ipoteka kreditləşməsinə yönəldirlər. Ona görə bu istiqamətdə problem yaranması onların iflasına gətirəcək fakt deyil: "İpoteka krediti dünyada cəlbedici maliyyə alətidir. İnkişaf etmiş ölkələrdə belə ipoteka kreditləri ümumdaxili məhsulun təxmini 10 faizi həcmindədir. Azərbaycanda son dönəmdə belə tendensiya başlayıb. Buna tələb də var. Banklar risklərini ölçürlər. Yaxın gələcəkdə ipoteka kreditləri ilə bağlı ciddi problemlər olacağını təxmin etmirlər".

"Bank ziyana getmir"

İqtisadçı Murad Calalov bildirdi ki, daxili ipoteka kreditləri banklar üçün gəlir mənbələrindən biridir: "Burada həm ilkin ödəniş, həm də faiz gəlirləri yüksəkdir. Müştəri ipoteka kreditini ödəməyəndə belə, bank xüsusi ziyana düşmür. Müştəri ya evi satıb bankın pulunu ödəyir, ya da əmlak bankın hesabına keçir".

M.Calalov qeyd etdi ki, ipoteka kreditləşməsinin indiki kimi çox olması hallarında ödənişlərdə problem yaranması ehtimalları da artır: "10 il öncə belə bir dönəm olmuşdu. Az qala şəxsiyyət vəsiqəsi ilə belə, evləri ipotekaya götürürdülər. Elə vəziyyət yarandı ki, insanların çoxu kreditini ödəyə bilmədi. Sonra qaydalar sərtləşdirildi. İndi də təqribən elə hal yarana bilər. İlkin və aylıq ödəniş azdır. Hər növ gəlir əldə edə bilən insanın marağını cəlb edir. Adam gəlirinə baxır, görür ki, evi götürməyə imkan verir. Evi alandan bir müddət sonra xərclər artır, inflyasiya böyüyür, ödəyə bilmir. Bu risklər də var".

"Bankların risk profili nəzarətdə saxlanılır"

Azərbaycan Mərkəzi Bankından bildirildi ki, qurum "Banklar haqqında" qanuna müvafiq olaraq bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə prudensial normativlər və tələblər müəyyən edir. Mərkəzi Bankın "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"sında daşınmaz əmlak kreditləri (fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit) üzrə məcburi tələblər müəyyən edilib. Bu tələblər kreditin təminata olan nisbətinin (KTN əmsalı) maksimum həddinə və kreditləşmənin valyutasına dair tələblərdir.

KTN əmsalı kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbətini ifadə edir və qaydaya əsasən, bankın bir borcalanının daşınmaz əmlak krediti üzrə kredit riskinin maksimum miqdarı (KTN əmsalı) mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxsə yaşayış sahəsinin alışı üçün verildikdə və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə 85%-dən, digər hallarda 70%-dən çox ola bilməz. Həmçinin, qaydaya əsasən, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir.
Qeyd edildi ki, Mərkəzi Bank tərəfindən bankların risk profili mütəmadi nəzarətdə saxlanılır və risklərin səviyyəsindən asılı olaraq prudensial tənzimləmə çərçivəsinə dəyişikliklər edilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

24.10.2026 303
.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

24.10.2026 317
.

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Batanqasda təlim uçuşu zamanı iki "SF-260" təyyarəsinin qəzaya uğraması nəticəsində Filippin Hərbi Hava Qüvvələrinin 4 pilotu həlak olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" ölkənin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb. Filippin Hərb

24.10.2026 183
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

24.10.2026 176
.

Bu şəxslər maaşları qədər PENSİYA ALACAQ

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. "Yeni Sabah"ın araşdırmasına görə, bu qayd

00:14 133
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

24.10.2026 271
.

ABŞ-də qalmaqal: Kəşfiyyat idarəsinin əməkdaşı məxfi məlumatları sevgilisinə ötürüb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) milli müdafiəyə dair məxfi məlumatları sevgilisinə ötürməkdə şübhəli bilinən 42 yaşlı MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) podratçısı Yan Brinksmanı həbs edib. xəbər verir ki, bu barədə TASS ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. İstintaqın məlumatın

24.10.2026 172
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

24.10.2026 190
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

24.10.2026 189
.