Bayram ərəfəsində hansı məhsullar bahalaşacaq?
Azərbaycanlıların milli bayramı hesab olunan Novruz bayramının başlamasına demək olar ki az vaxt qalıb. İnsanlar bayram ab-havası içindədirlər. Hazırkı iqtisadi vəziyyət insanların alıcılıq qabiliyyətinə təsir etməsinə baxmayaraq, azərbaycanlılar bu bayramı əvvəlki illərdə olduğu kimi bol süfrə ilə qarşılamaq istəyirlər.
Bəs bayram ərəfəsində hansı məhsullarda bahalaşma ola bilər?
Mövzu ilə bağlı BiG.AZ-a iqtisadçı-ekspert Asif İbrahimov deyib.
O bildirib ki, iqtisadi qaydalara görə, tələb təklifi formalaşdırır.
"Novruz bayramına qədər xüsusilə vətəndaşların şirniyyatlar üçün istifadə etdiyi qida məhsullarında süni artım olur. Bundan əlavə olaraq orta statistik Azərbaycan vətəndaşlarının süfrəsində çərəz məhsulları, düyü tipli məhsullar önəmli yer tutur. İnsanlar bu məhsullardan çox aldığı zaman isə qiymətlərdə bahalaşma müşahidə olunur. Bu həm təbii, həm də süni faktorlara əsaslanır. Hər il cüzi də olsa bahalaşma qeydə alınır. Buna görə vətəndaşlar çərəz tipli və digər məhsulları bir-iki ay öncədən almağa çalışır. Lakin hər məhsulu da öncədən almaq olmur. Yağ məhsullarında 1.5 dəfə bahalaşma müşahidə olunur, eyni zamanda xidmətlərdə də bahalaşma gözlənilir. Bəzi insanlar bayramı ənənəvi olaraq evdə qeyd etmək istədiyi halda, bəziləri isə hotellərə üz tutur. Bu da qiymətə təsir edir".
Ekspert alıcıların ən çox aldığı məhsul olan ətin qiyməti ilə bağlı suala cavab olaraq bildirib ki, ətin qiymətinin bahalaşması gözlənilmir. Ölkədə yetəri qədər maddi texniki baza mövcuddur, həmçinin xaricdən də ixrac edilir.
Qeyd edək ki, ət məhsulları bir neçə ay öncə bahalaşıb.
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1090 Tarix: 04 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Böyük Britaniya hökuməti vətəndaşları mümkün milli böhranlara hazır olmağa çağırıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, yeni maarifləndirmə kampaniyası çərçivəsində insanlara evdə ən azı üç günlük su və ərzaq ehtiyatı saxlamaq, eləcə də, elektron ödəniş sistemlərinin sıradan çıxmas
00:25 107 İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
İran heç vaxt ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahinin bəyanatında bildirilib. "(ABŞ Prezident
24.10.2026 132 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
24.10.2026 271 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 186 Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
00:30 115 Məktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
00:33 123 Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
00:27 110 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
24.10.2026 179 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
24.10.2026 303