"Arıqlama çayları biznes maraqları çərçivəsində hazırlanan məhsullardır"-EKSPERT

"Arıqlama çayları biznes maraqları çərçivəsində hazırlanan məhsullardır"-EKSPERTSon zamanlar sosial şəbəkələrdə bir çox insanın arıqlama çayını reklam etdiyini görürük. Məlum məsələdir ki, onlar bunu müəyyən pul qarşılığında edirlər.

Bəs bu arıqlama çaylarının insan orqanizminə ziyanı nələrdir?

Mövzu ilə bağlı BiG.AZ-A qida məsələləri üzrə Qida təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova açıqlama verib.

O bildirib ki, arıqlama çayları biznes maraqları çərçivəsində hazırlanan məhsullardır. Bu çayların yaxşı satılması üçün istifadə olunan sirli cümlə isə onların bitki tərkibli olmasıdır.

"Bir məhsulun bitki mənşəli olması demək o demək deyil ki, o məhsul zərərsizdir, yaxud orqanizm üçün faydalıdır, çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, müəyyən yan təsirləri də var.Əgər bitki mənşəli hər hansı çay insanları arıqladırsa, bu onun orqanizminin təbii prosesinə müdaxilə yolu ilə pozulması deməkdir. Bu çaylar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır ki, bu da mineralların, vitaminlərin orqanizmdən yuyulub getməsi deməkdir, eyni zamanda bu, bağırsaq mikroflorasının da pozulması ilə nəticələnir. Belə olan halda, insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur. Təyinatsız bu cür vasitələrdən istifadə olunursa, sonrada bu, daha ciddi fəsadlara yol açır.Sonradan həmin insanlarda vitamin çatışmazlığı, ciddi anoreksiya, saç tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə ağrılar, orqanizmin funksiyasının pozulması kimi ciddi problemlər yarana bilir. Mütləq şəkildə bu kimi məhsullardan uzaq durmaq lazımdır. Belə vasitələrdən xüsusilə gənc və ana olmamış xanımların istifadə etməsi çox təhlükəlidir. Bəzən gənc xanımlar bu vasitələrdən istifadə edir, bu isə daha təhlükəlidir. Ana olmadan öncə bu kimi çay və həblərdən istifadə olunursa, bu orqanizmin zədələnməsinə, gələcək uşaqların xəstəlikli doğulmasına səbəb olur. Digər bir məqam isə bu tip məhsulların reklam vasitəsilə daha çox satılmasıdır. Onların harda istehsal olunduğu, mənşəyi bilinmir. İstehsalçı şirkətin məlumatları göstərilmir. Bu məhsullardan istifadədən sonra xoşagəlməz hallarla qarşılaşan insanlar hara və kimə müraciət edəcəklərini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə artıq gec olur".

"Məhsulların satılması üçün daha çox blogerlərdən, müğənnilərdən, məşhur simalardan istifadə olunur. Bəzən əməliyyatla arıqlayan, yaxud estetik əməliyyat olunmuş tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar, bunun çay nəticəsində olduğunu iddia edirlər. Əgər bədən çəkimizi normada saxlamaq istəyiriksə, sağlam qidalanmamaıza, gündəlik həyat tərzimizə, yuxu rejimimizə və fiziki aktivliyimizə diqqət etməliyik. Yalnız bu yolla sağlam çəkini saxlamaq olar, digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə edir və mütləq şəkildə sonda fəsadlara səbəb olur. Bəzən insanlar tənbəllikdən bu kimi reklamlara aldanırlar. 1 ay ərzində birdən-birə 10-12 kiloqram arıqlamaq orqanizmdə əzələ itkisinə, eyni zamanda dəri sallanmasına səbəb olur ki, sonradan bunun qarşısını almaq olmur. Bitki tərkibli hər məhsula faydalı, orqanik məhsul kimi yanaşmaq lazım deyil. Bundan başqa həmin məhsulun həqiqətən bitki tərkibli olmasına dair nəzarət və keyfiyyət sertifikatları olmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 690   Tarix: 05 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.