Xaricdən idxal olunan meyvələr bu xəstəliklərə yol açır - Yerli və təbii məhsullar niyə tapılmır?
Elə bir dövrə gəlib çatmışıq ki, ilin hər fəslində bazarlarda, marketlərdə istənilən yerli və xarici meyvə-tərəvəzi tapmaq çox rahatdır. Doğrudur, mövsümi olmayan, idxal edilən məhsullar digərləri ilə müqayisədə çox bahadır. Amma almağa imkanı olanlar çox rahatlıqla qışın oğlan çağında alça, çiyələk, yayın qızmarında nar, heyva tapa bilər.
Mövsümi olmayan, xaricdən idxal edilən meyvə-tərəvəz hansı şəraitdə yetişdirilir və saxlanılır? Onların insan orqanizminə hansı zərərləri var?
Qida eksperti Ağa Salmanov TNS-ə açıqlamasında bildirib ki, bütün meyvə-tərəvəzlər təbiət tərəfindən mövsümə uyğun kodlaşdırılıb: "Məsələn, heyva qış meyvəsidir. Yəqin ki, yayda heç kim heyva yemək istəməz. Meyvələri fəslində yeməyimiz genetik kodlarla üst-üstə düşür".
Ekspertin sözlərinə görə, təbii olmayan şəraitdə yetişdirilən meyvə-tərəvəzlər insana zərər verməsə belə, faydası yoxdur: "İstixanalarda yetişdirilən məhsullar da buraya daxildir. Həmin istixanalarda məhsulların yetişdirilməsi üçün müəyyən preparatlardan istifadə olunur. Bəzən kimyəvi dərmanlardan zəhərlənmə halları baş verir. Yayda yeyilən xiyarla istixanada yetişən xiyar arasında böyük fərq var. Hər bir meyvəni, tərəvəzi mövsümdə yeməyin insan orqanizminə faydası böyükdür. Digərləri isə dərmanlı məhsullardır. Onlar yuyulmadan yeyildiyi təqdirdə daha ağır fəsadlara yol açır. Bunlar mədə xorası, allergik xəstəliklərə gətirib çıxarır".
Ağa Salamov qeyd edib ki, xaricdən idxal olunan bəzi meyvələr adətən pestisidlərlə yetişdirilir: "Bu preparatdan məhsulların gəmiricilərdən qorunması, yarpaqları solmaması, meyvə-tərəvəzin üstündə ləkələrin əmələ gəlməməsi üçün istifadə olunur. Ölkəyə idxal olunan hibrid meyvə və tərəvəzlərin heç bir faydası yoxdur. Dərmanlar sayəsində qidaların dadı da tamam itir. Mövsümi olmayan meyvələrin qiyməti də kifayət qədər yüksəkdir".
Kənd məhsullarının bazarda geniş yayılması üçün hansı addımların atılmasının lazım olduğuna gəlincə, ekspert qeyd edib ki, ən yaxşı çıxış yolu kənd təsərrüfatı sahəsini gücləndirmək, kəndlilərə maliyyə baxımından yardım etməkdir: "Onlara yardım şəklində pul verilə bilər ki, onlar sırf torpaqla məşğul olsunlar. Kəndlilərdə işlərinə qarşı maraq oyatmaq lazımdır. Məhsulu əkib-becərəndə harda, necə satacaqlarını bilməlidirlər. Marketlərdə yerli kənd məhsullarının yerini üstü kağızlı xarici məhsullar alıb. Şərait yaratmaq lazımdır ki, kənd adamları məhsullarını rahat Bakıya gətirib sata bilsinlər. Belə olduğu halda, rəqabət də artacaq. Sağlam rəqabət mühitində isə qiymətlər fantastik olmayacaq. Stimul olmasa, yerli məhsullar qıtlaşacaq. Yerli məhsullar azaldıqca yerinə dərmanlı məhsullar keçəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1254 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568