Sizi yaşadığınız evdən çıxara bilərlər - Mənzil sahibləri vergidən necə yayınır?
Mənzillər kirayə verilərkən bəzən tərəflər müqavilə bağlamadan şifahi razılığa gəlirlər. Bu, həm kirayəyə verən, həm də kirayəçi üçün gələcəkdə yarana biləcək problemlərin hüquqi yolla həllində çətinlik yaradır.
Ümumiyyətlə, mənzil kirayə verərkən nələrə diqqət etmək lazımdır?
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov TNS-ə deyib ki, ölkədə hər bir vətəndaş əldə etdiyi gəlirdən vergi ödəməlidir.
"Daşınmaz əmlak sahəsində mənbədən tutulan vergi 14 faiz təşkil edir. Hər bir vətəndaş daşınmaz əmlakdan qazandığı məbləğin 14 faizini vergi şəklində ödəməlidir. Amma ölkə iqtisadiyyatında önəmli rola sahib olan daşınmaz əmlak bazarında vergi sahəsində problemlər var. Vətəndaşlar vergi qanunvericiliyinə əməl etmir. Mənzilini kirayə verən vergidən yayınır. Gələcəkdə tərəflər arasında hansısa problem ortaya çıxdıqda isə çətinlik yaranır. Məsələn, kirayənişin mənzili qarət edə, orada istənilən sayda şəxslər yerləşdirə, kirayə pulunu gecikdirə, hətta heç bir ödəniş etmədən gizli evdən çıxa bilər. Onun mənzili yararsız hala salması ehtimalı da var. Kirayə verən şəxslər üçün belə risklər mövcuddur", - deyə o bildirib.
Ekspert icarəyə götürən şəxslər üçün də müəyyən risklərin olduğunu deyib: "Məsələn, gözlənilməz halda ev sahibi onu mənzildən çıxara, qiyməti artıra bilər. Bundan başqa, vətəndaşın yaşadığı ünvan dəyişəndə mütləq qeydiyyat ünvanı da dəyişilməlidir. Mənzil sahibinin razılığı olmadan isə kirayə qaldığı ünvana qeydiyyata düşməsi mümkün deyil. Qeydiyyat yaşayış üçün önəmlidir, əgər vətəndaşın qeydiyyatı yoxdursa, səsvermədə iştirak etməkdə, övladını məktəbə yerləşdirməkdə və s. problemlərlə üzləşə bilər".
Elnur Azadov xatırladıb ki, icarə müqaviləsi müddətli olur. İcarə müqaviləsində müddət, qiymət, yaşayacaq şəxslərin siyahısı, evdəki əşyalar göstərilir: "Həmçinin qiymətlərin hansı müddətədək dəyişilməyəcəyi qeyd olunur. Kirayə verən şəxs mütləq evdəki əşyaların siyahısın tutmalıdır. Mənzil təhvil verilərkən sayğacların göstəriciləri müqavilədə əks olunmalıdır. Həmin tarixə olan ödənişlər sahibkar tərəfindən sıfırlanmalı, yəni tamamilə ödənilməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 05 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is
18.09.2021 789 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568