AFFA rəsmisi: "Qarabağ"ın Almaniyadakı matçda da qol imkanları olacaq"
"Qarabağ"ın Almaniyadakı matçda da qol imkanları olacaq. Leverkuzen təmsilçisi nə qədər güclü olsa da, komandamız əks-hücumlarda kifayət qədər təhlükəlidir".
Bunu "Report"a açıqlamasında AFFA-nın əməkdaşı, məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən "Qarabağ" - "Bayer 04" matçını dəyərləndirərkən deyib.
"Qarabağ"ın sabiq kapitanı Ağdam təmsilçisinin ilk matçdakı performansını yüksək qiymətləndirib:
"Qrup mərhələsindən sonra keçirilən matçları dəyərləndirərkən "Qarabağ" haqqında yalnız pozitiv danışmaq mümkündür. Burada tənqid etməyin heç bir əsası yoxdur. Bu səviyyədə komandaya qarşı belə bir mübarizə aparmaq artıq çox şeydən xəbər verir. "Qarabağ" böyük məktəb keçib. Son görüşün ilk hissəsində düzgün seçilmiş strategiya var idi. Almaniyadakı oyundan fərqli olaraq Ağdam təmsilçisi rəqibə bu dəfə başqa cür yanaşdı. Ön xətdə inamlı oynadılar. İrəliyə çox getmirdilər, əks-hücumdan oyunu qururdular. Bu da öz bəhrəsini verdi, ilk hissəni iki top fərqi ilə başa vurduq. İkinci hissədə də oyunumuzda dəyişiklik olmadı".
A.Kərimov "Qarabağ"ın üstünlüyü əldən verməsinin səbəblərini açıqlayıb:
"Buraxdığımız iki qol oyunçularımızın gücünün tükənməsinə görə baş vermədi. "Bayer 04"ün "onurğa sütunları" meydana daxil olaraq matçı tamamilə dəyişə bildilər. 2-3 futbolçu ilə Leverkuzen təmsilçisi bu qədər güclü ola bilir. Oyunçunun keyfiyyəti burada həlledici rol oynayır. Düzdür, "Bayer 04" hər iki hissədə Xabi Alonsonun komandası idi. Oyun strategiyasını ortaya qoya bilən futbolçular ikinci hissədə meydana daxil oldular. Leverkuzen klubu ikinci hissədə davamlı şəkildə hücumlar edirdi. Bu hücumları təşkil edən Virtz, Caka, Frimponq kimi oyunçular idi. "Qarabağ" topu özündə saxlamağa çalışarkən bu oyunçular pressinq edərək hücumun təşkilinin qarşısını alırdılar. Bu da oyunun sonunda yorğunluğa gətirib çıxardı. Juninyonun şansı olsa da, fərqlənə bilmədi. Ona böyük ehtimalla zədəsi mane oldu. İkinci hissə tamamilə "Bayer 04"ün üstünlüyü ilə keçdi".
51 yaşlı mütəxəssis komandamızın Almaniyadakı matçda da inamlı çıxış edəcəyini vurğulayıb:
"Cavab matçında "Bayer 04" ikinci hissədəki kimi oynayacaq. Almaniya klubu topun ətrafında say çoxluğu yaradaraq hücuma çıxır. Bəzən 4-5 metrlik məsafədən oyunçular bir-birinə ötürmə verirlər. Dünən belə oyun üslubunda olan səhvlərdən "Qarabağ" qol imkanları yarada bildi. Almaniyada müdafiəni toxunulmaz saxlamalıyıq. "Bayer 04" hazırda üstünlüyə malikdir. Amma səfərdə bizim də şanslarımız olacaq".
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə (2:2) edib. Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 917 Tarix: 08 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443