Slovakiya Prezidenti Baş naziri tənqid edib
Slovakiya Prezidenti Zuzana Çaputova Baş nazir Robert Fiçonun demokratiyanı güc üçün sınaqdan keçirməkdə ittiham edib.
"Report" xəbər verir ki, Prezident bu barədə Böyük Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Fiço Konstitusiya Məhkəməsinin müstəqilliyini şübhə altına alır, bu, "tamamilə qəbuledilməz və məsuliyyətsizdir".
"Güman edirəm ki, demokratiyanın sərhədləri sınaqdan keçirilir", - Çaputova deyib.
O, əlavə edib ki, Aİ-nin hər hansı bir dövlətində olduğu kimi, Slovakiyada da qanunun aliliyi ciddi şəkildə pozulduğu halda, Avropa İttifaqından maliyyə almaq üçün şərtlərin yerinə yetirilməsi məsələsi ortaya çıxmalıdır.
Avropa Komissiyası Avropa Birliyinin fundamental dəyərlərinə hörmət etməyən birlik ölkələrinə Aİ büdcəsindən vəsaitin ayrılmasını dayandırmaq hüququna malikdir, onlardan biri də qanunun aliliyini qorumaqdır.
Prezident və Fiçonun digər əleyhdarları onun kabinetinin bir sıra iqtisadi cinayətlərə görə cəzaları yüngülləşdirəcək təklif etdiyi cinayət qanunu islahatını tənqid edirlər. Bundan əlavə, Baş nazir ən səs-küylü, əksər hallarda böyük siyasətlə bağlı cinayət işlərini araşdıran Xüsusi Prokurorluq İdarəsinin ləğvini təklif edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 585 Tarix: 10 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİspaniyaya miqrant axınının səbəbləri - Açıqlandı
Son günlər Mərakeşdən İspaniyanın Seuta və Melilya anklavlarına qeyri-qanuni miqrasiyanın kəskin artmasının səbəbləri açıqlanıb. "Qafqazinfo" "Hespress" nəşrinə istinadən xəbər verir ki, Mərakeş Daxili İşlər Nazirliyi hazırda dünyanın gündəmində olan bu məsələ ilə bağlı bəyanat yayıb
10:11 173 WP: İsrailin müdafiəsi üçün qüvvə çatışmazlığı barədə Pentaqona məlumat verilib
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkeviç İranın ballistik raketlərdən istifadə etməklə endirdiyi zərbələrdən İsraili müdafiə etmək üçün qüvvə çatışmazlığı barədə Pentaqonu məlumatlandırıb. "Report" xəbər verir ki, bu barədə "Th
02.08.2026 203 "Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. "Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlı
02.08.2026 201 Xoşqədəmlə Doğuş niyə birlikdə yaşamır?
Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş TikTok-da açdıqları canlı yayım zamanı izləyicilərin suallarını cavablandırıblar. Axşam.az xəbər verir ki, cütlüyə izləyicilərdən biri "Niyə birlikdə yaşamırsınız" sualını ünvanlayıb. Suala cavab verən Doğuş iş qrafikinin buna səbə
12:33 238 Saakaşvili özünü Odisseylə müqayisə etdi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həbsxanada Kristofer Nolanın yeni filmi olan "Odisseya"nı izlədiyini bildirib. xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazaraq özünü Odisseylə müqayisə edib. Onun sözlərinə görə, Odisseyin taleyi onun taleyinə bənzəyir v
12:32 150 Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
Nigerin cənub-şərqində, Çad gölü rayonunda silahlıların hücumu nəticəsində azı 14 hərbçi həlak olub. "Report" xəbər verir ki, bu barədə "ActuNiger" portalı məlumat yayıb. Məlumata görə, bir qrup silahlı Diffa bölgəsindəki ordu mövqelərinə hücum edib, lakin hücum dəf edilib. Geri çəkilə
02.08.2026 205 Paşinyanın yeni müddəti başladı - fərman imzalandı
Ermənistan prezidenti Vaaqn Xaçaturyan hazırkı Baş nazir Nikol Paşinyanın yenidən təyin edilməsi barədə fərman imzalayıb. xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb. Bəyanatda deyilir: "Ermənistan prezidenti Nikol Paşinyanın ölkənin Baş naziri təyin edilməsi haqqında fərman imzalayıb"
12:25 150 Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış
14:25 23 Ceki Çan Bakıda
Dünya şöhrətli aktyor Ceki Çan beynəlxalq "Tanrının Zirehi 4" ("Armor of God 4") filminin çəkilişlərinə başlamaq üçün Bakıya gəlib. Axşam.az xəbər verir ki, əfsanəvi aktyor paytaxtda təxminən 10 gün qalacaq. Filmin çəkilişləri Bakının ən məşhur və tarixi məkanlarında aparılacaq. Ekra
11:54 192