Azərbaycanda Ramazan ayı başlayıb

Azərbaycanda Ramazan ayı başlayıbAzərbaycanda Ramazan ayı başlayıb.

Ramazan ayının ilk günü miladi təqvimlə 2024-cü il martın 11-dir.

Belə ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.

Bildirilib ki, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Fətvada vurğulanıb ki, on bir ayın sultanı olan Ramazanın gəlişi Azərbaycan xalqı üçün bu il də çox əlamətdardır: "Çünki bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində qalib Xalq - qalib Lider seçiminin qələbə sevinci bu Ramazanda xeyir-dualarla yad ediləcək".

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Fətvada din xadimlərinə iftardan öncə məclislərdə ehsan verilməsinin qəti qadağan olduğu xatırladılıb: "Çünki Allahın hökmü, peyğəmbərin əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir".

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Azərbaycanda Ramazan ayı başlayıb


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 11 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadının qisası ağır oldu: rəfiqəsinin 5 yaşlı oğlunu qaçırıb öldürdü

Cənubi Afrika Respublikasında 40 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu oğurlayaraq öldürüb. xarici mediaya istinadla bildirir ki, təqsirləndirilən Sibonqile Nqvadlanın sözlərinə görə, rəfiqəsi onu qumar oyunlarına cəlb edib, borca düşdükdən sonra isə köməksiz vəziyyətdə qoyub. 2025-ci ilin avqustund

02.08.2026 359
.

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş. Belə ki, "KamAZ" markalı yük maşının

10:16 229
.

Çində leysan həyatı iflic etdi: 65 min nəfər təxliyə edildi

Çin hakimiyyəti ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışları və daşqın təhlükəsi ilə əlaqədar təxminən 65 min nəfəri təxliyə edib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, avqustun 1-də leysan yağışları əyalətin inzibati mərkəzi olan Çend

02.08.2026 334
.

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətin

02.08.2026 317
.

Rəsmi Bakı Pakistana başsağlığı verib

Azərbaycan Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insan itkisi ilə nəticələnən kömür mədənindəki qəza ilə əlaqədar başsağlığı verib. xəbər verir ki, bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. "Pakistanın Bəlucistan əyalətind

13:03 129
.

Mehriban Zəkidən Fəxrəddin Manafovla bağlı paylaşım

Xalq artisti Mehriban Zəki həmkarı, Xalq artisti Fəxrəddin Manafovun ad gününü təbrik edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədə birlikdə çəkildikləri fotonu paylaşaraq aktyora xoş arzularını ünvanlayıb. "Tərəf müqabilim, müəllimim, dostum. 100 yaşa. Sağlam yaşa. Doğum günün mübarək"

11:02 180
.

Ermənistanda yeni hökumətin formalaşması prosesi başladı

Ermənistan hökuməti yeni parlamentin ilk iclası günü istefa verib. xəbər verir ki, baş nazir Nikol Paşinyan bunu Armenpress tərəfindən yayımlanan hökumətin iclasında açıqlayıb. Onun sözlərinə görə, bu, Konstitusiyada nəzərdə tutulub. Paşinyan qeyd edib ki, parlamentin ilk iclası günü Nazirlər Kabinet

12:19 144
.

Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır

Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır. "Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimind

02.08.2026 233
.

Sloveniya Prezidenti yol qəzasına düşüb

31 iyul tarixində Sloveniya Prezidenti Nataşa Pirts-Musar avtomobil qəzasına düşüb. "Report" xəbər verir ki, bu barədə "Delo" qəzeti məlumat yayıb. Qeyd olunub ki, Sloveniya lideri yalnız yüngül xəsarətlər alıb. Qəzetin məlumatına görə, 31 iyulda məzuniyyətdən qayıdan Prezidenti

02.08.2026 321
.

TOP MP3