Gürcüstanda müsəlmanlara qarşı zorakılığı təşkil edən kimlərdir? - ŞƏRH
Martın 8-i Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindəki Adıgeni kəndində xristian dini icmasının bəzi nümayəndələri müsəlmanlara qarşı zorakılıq tətbiq edib, müsəlmanların namaz qılmasına mane olublar. Bu isə həmin ölkənin rəsmi qurumlarını hərəkətə gətirib.Gürcüstan Müsəlmanları İdarəsinin bəyanatından sonra Gürcüstanın Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb. Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatı və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi bəyanat yayaraq bu hadisəni pisləyib.
Mövzu ilə bağlı BiG.AZ-a danışan siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, hadisənin müxtəlif səbəbləri ola bilər. Zorakılığın Gürcüstan hökuməti tərəfindən dəstəklınməsi istisna deyil. Lakin Rusiyanın idarə etdiyi pravoslav kilsəsinin və Cavaxetiyada olan ermənilərin müsəlman-xristiyan qarşıdurması yaratmaq cəhdləri də ola bilər:
"Gürcüstan heç vaxt tolerant ölkə olmayıb. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Gürcüstanda azərbaycanlılara qarşı tutulmuş mövqe qəbuledilməzliyin göstəricisidir. Gürcüstanda son hadisələr bunu təsdiqləyir. Bu, Azərbaycanda islamofobiyaya qarşı tədbirin keçirilməsi ilə eyni günə təsadüf edir. İstər qonşu, istər uzaq ölkələrdə ksenefobiya və islamofobiya halları daim olur. Bu, Avropa İttifaqına üzv olmaq istəyən, Avropa dəyərlərinə üstünlük verdiyini açıqlayan Gürcüstanda dini azlığa münasibətin göstəricisidir. Bir müddət öncə Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana qarşı ərazi iddiası etmişdi. Hətta Keşikçidağ monastır kompleksinin gürcülərə aid olduğunu qeyd etmişdi. Oraya gürcülərin getməsinə cəhd göstərmiş və nəticədə iğtişaşa səbəb olmuşdu. Oxşar hadisə indi başqa bölgədə baş verir. Azərbaycanlılara qarşı bu addımın Gürcüstan hökuməti tərəfindən dəstəklənməsi də istisna olunmur. Digər tərəfdən hadisənin başında kilsə dayandığı iddia olunur. Məlum olduğu kimi bu, pravoslav kilsəsidir və pravaslav kilsəsi Gürcüstanda daha çox Rusiya tərəfindən idarə olunur. O da istisna edilmir ki, bu hadisəni pravoslav kilsəsi xətti ilə Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin pozulmasını istəyən qüvvələr törədib. Onu da nəzərə almaq lazımdır ki, Cavaxetiyada ermənilər üstünlük təşkil edir.Ermənilərin əli olduğu da istisna olunmur. Çünki ermənilər o ərazilərin türklərdən təmizlənməsini və Cavaxetiyanın Ermənistana birləşməsi istiqamətində də fəaliyyət göstərmək istəyirlər. Həmin ərazilərə yaxın bölgələr Ahıska türklərinə aid olub. Gürcüstanın Ahıska bölgəsindən qovulmuş türklərin qayıtması da gündəlikdədir. Bölgədə müsəlman-xristiyan qarşıdurması yaratmaqla ərazini sabit olmayan bölgə kimi təqdim etməklə prosesin qarşısını almaq istəyirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 903 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO
Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald
18.09.2021 1949 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda
18.09.2021 233 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR
Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:
18.09.2021 888 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459