Bank hesabları və kartlarını necə qoruyaq?
Son vaxtlar bank hesablarından və kartlarından oğurluq halları artıb. Bu məsələ təkcə ölkəmizdə yox, bütün dünyada ciddi problemə çevrilib.
Bank hesablarından və kartlarından oğurluq edilməməsi üçün istifadəçilər və banklar hansı təhlükəsizlik tədbirləri görməlidir?
İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev BiG.AZ-A bildirib ki, bu məsələ ilə bağlı görülə biləcək müəyyən təhlükəsizlik tədbirləri mövcuddur: "Bu tədbirlərin bir qismi bankların üzərinə düşsə də, əsas hissəsi istifadəçilərin üzərinə düşür. Çünkü banklar kifayət qədər tədbir görür, yüksək standarta malik təhlükəsizlik alətlərindən istifadə edir. Təhlükəsizlik məsələlərində əsas zəif halqa kart istifadəçiləridir.
Müşahidə etmək mümkündür ki, kartını bankomatdan başqa, heç bir yerə daxil etməyən pensiyaçının kartından pul oğurlanmır. Təbii ki, əgər bankomantda hər hansı xüsusi hilə yoxdusa... Bankomatlarda da kifayət qədər təhlükəsizlik tədbirləri görülüb və bu proses davam edir. Fikrimcə, banklar çox qısa müddətdə qaynar xətt vasitəsi ilə edilən müştəri zənglərinə operativ cavab verməlidir. Bir qədər məlumatsız və texnologiyadan istifadədə əziyyət çəkən bank müştərilərinin təcili dəstəyə daha çox ehtiyacı var".
Ekspert əlavə edib ki, əsas narahatedici məqam istifadəçilərin kompüter və mobil avadanlıqlara daxil etdikləri bank kartı ilə olan davranışlardır.
Təhlükəsizliklə bağlı bank istifadəçilərinə bəzi tövsiyələrimiz var:
"Mobil avadanlıq istehsalçısının tövsiyyə etdiyi antivirus proqramından istifadə edilə bilər.
Tanımadığımız mesaj və e-mailləri açmamalı, təsadüfən açsaq belə, içərisində olan linkləri və əlavə faylları açmamalı, yükləməməliyik.
Gələn e-mail ünvanının sonluğuna, linklərin domen adlarına xüsusi diqqət yetirilməlidir.
Cəzbedici heç bir yarış və qaliblik ilə bağlı məlumatlara, mesajlara daxil olmamalıyıq. Atalar məsəlində deyildiyi kimi: unutmayaq ki, pulsuz pendir siçan tilovunda olar.
Bundan başqa, "Google Play" və "App Store" da olmayan 3-cü tərəf proqramları əsla yükləməməliyik. "Google Play" və "App Store"dan yükləmək istədiyimiz tətbiqin yüklənmə sayı 3000-dən aşağıdırsa, əsla yüklənməməlidir. Tətbiqi yükləyərkən, tətbiqin istədiyi icazələrə diqqət yetirməli, icazələri minimallaşdırmalı və istədiyi icazələr məntiqli deyilsə, yükləməkdən imtina etməliyik.
Mümkün qədər pulsuz amma, qlobal olaraq, tanınmamış xidmətlərdən və oyunlardan istifadə etməməliyik. Bilməliyik ki, xidmət pulsuzdursa, satılan bizim məlumatlarımızdır.
Daha bir edilməməli hərəkət SMS təsdiq kodunu və ya bank kartının 16 rəqəmi xaricindəki rəqəmləri heç kəsə deməməkdir. Kartın şəklini çəkib göndərərkən, digər məlumatları bağlamalıyıq. Qarşıdakı insana güvənə bilərik, amma onun telefonu yoluxarsa, bizə də ciddi zərər dəyə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 997 Tarix: 11 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGəncədə avtomobil qəzası: Bir nəfər ölüb
Gəncədə "Niva" avtomobilinin vurduğu piyada xəstəxanada ölüb. -ın məlumatına görə, oktyabrın 16-da Gəncə şəhər, Nəriman Nərimanov prospektində avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Əhliman Hüseynov müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəs
24.10.2026 182 Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
Azərbaycanda vətəndaşların fərdi hesablarında qeydə alınan pensiya kapitalının birdəfəlik əldə edilməsi məsələsi uzun müddətdir müzakirə olunsa da, bu istiqamətdə konkret mexanizm hələ tətbiq edilməyib. Bunun əsas səbəbi mövcud pensiya sisteminin maliyyələşmə prinsipi ilə bağlıdır. BİG.AZ -a istinadə
00:22 0 "Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Xəzər regionundan Avropaya bərpa olunan enerjinin tədarükü üzrə "Yaşıl enerji dəhlizi" (Caspian-Black Sea-Europe Green Energy Corridor) layihəsinə ümumi investisiyalar təxminən 22,1 milyard avro məbləğində qiymətləndirilir ki, bunun da 14,3 milyard avrosu ötürücü infrastrukturun yaradılmas
24.10.2026 185 Bu şəxslərin pensiyasına əlavələr olacaq - GÜNÜN ŞAD XƏBƏRİ
"Əmək pensiyaları" haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. xəbər verir ki, bu barədə deputa
00:10 0 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
24.10.2026 174 "General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ
Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib
24.10.2026 157 Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır
00:27 0 Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
00:16 0 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
24.10.2026 277