Şamaxıda püskürən vulkanın zəlzələ ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilib

Şamaxıda püskürən vulkanın zəlzələ ilə əlaqəli olub-olmamasına aydınlıq gətirilib"Martın 8-də Şamaxının Məlikçobanlı kəndində vulkan püskürməsi olub. Son zamanlar baş vermiş zəlzələlər kiçik maqnitudalı olsalar da, palçıq vulkanlarının aktivləşməsinə təsir edən amillərdəndir".

Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, baş verən zəlzələlər kiçik maqnitudalıdır, bunlardan bir neçəsi Xəzər dənizində qeydə alınıb:

"Bu zəlzələlər ciddi fəsadlara səbəb olacaq gücə malik deyil. Zəlzələdən öncə və sonra vulkan püskürmələri gözləniləndir. Çünki yer daxilində gedən sıxılmalar, hərəkətlilik, gərginliyin toplanması palçıq vulkanlarının aktivləşməsinə səbəb ola bilir".

Azərbaycanda bir ildə 4-5 min zəlzələnin olduğunu, bunların içərisində hiss edilənləri olduğu kimi, hiss edilməyən, kiçik maqnitudalı zəlzələlərin baş verdiyini diqqətə çatdıran Qurban Yetirmişli vurğulayıb ki, Məlikçobanlı kəndindəki palçıq vulkanı aktiv sayılsa da, zəifdir:

"Yəni Məlikçobanlı vulkanı Lökbatan, Şıxzərli, Quşçu və digər palçıq vulkanları ilə müqayisədə çox da güclü püskürmür. Bir neçə gün öncə Şamaxıda yüngül yeraltı təkanlar hiss edilmişdi. Vulkanın aktivləşməsi bunun nəticəsində ola bilər".

Baş direktor xatırladıb ki, Məlikçobanlı kəndindəki vulkan Ağsuda zəlzələdən sonra 2019-cu ildə də püskürüb, lakin onun fəsad törədəcək, sürüşmələrə səbəb olacaq qədər püskürməsi gözlənilmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 12 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb. "Report"u xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün "Telegram" kanalında məlumat paylaşıb. O qeyd edib ki, kommunal xidmət və enerji işçilər

25.01.2026 360
.

Peyvəndi olmayan ölümcül virus yayılır: Nə məlumdur?

Hindistanda səhiyyə orqanları yeni Nipah virusunun yayılması ilə mübarizə aparır. Bu sağalmaz xəstəliyin beş halı artıq Qərbi Benqal ştatının şərqində, əhalinin sıx məskunlaşdığı Kalkutta şəhərinin yaxınlığında aşkar edilib. Virus səhiyyə işçilərinə təsir göstərməyə başladıqca vəziyyət daha da pisləşir

25.01.2026 548
.

Bu ərazilərdə işıq yoxdur

Buzovnanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqəda

10:44 248
.

Zelenski: Ukraynanın energetika sektoru Rusiya hücumlarının əsas hədəfinə çevrilib

Ukraynada energetika, kritik infrastruktur və yaşayış evləri Rusiya hücumlarının əsas hədəflərinə çevrilib. "Report"un məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında yazıb. "Yalnız bu həftə ərzində Rusiya Ukrayna ərazisinə 1700-dən çox dro

25.01.2026 347
.

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək

İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış edənlər cərimələnəcək. Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Belə ki, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəlikl

16:38 77
.

Qeyri-sabit hava şəraiti Pakistanın şimalında beş nəfərin ölümünə səbəb olub

Pakistanın iki şimal vilayətində qar və leysan yağışları nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə yerli "Dawn" nəşri polisə istinadən məlumat yayıb. "Gilgit-Baltistanda güclü qar yağışından sonra Diamerdəki qüllə evin üzərinə çökərək dörd nəfərin ölümün

25.01.2026 326
.

Ermənistanda qumbara partlayışı iki nəfərin həyatına son qoydu

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan Ermənistanın Sünik vilayətinin Qoris şəhərində qumbara partlaması nəticəsində iki nəfərin həlak olduğunu açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Məlumata görə, cinayət polis

11:00 225
.

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıblar

Tikilməkdə olan evlərin naqillərini oğurlayan şəxslər saxlanılıblar. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən yarımtikililərin birindən 110 metr naqil və təmir-tikinti alətləri oğurlanıb. Polis əməkdaşlarının həyat

25.01.2026 354
.

Hansı sahədə çalışanların pensiyası arta bilər? - "100 mindən çox vətəndaşı əhatə edəcək"

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda işləyən pensiyaçı vətəndaşların pensiya kapitalından istifadəsinin dörd ildən bir olmaqla üç dəfə hesablanmasını təklif edib. O bildirib ki, işləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaq, bu dəyişiklik xeyli sayda vətəndaşın pensiyasınd

25.01.2026 402
.

TOP MP3