İş otağında əxlaqsızlıq edən məmur bəraət aldı
Bu günlərdə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayonlardan birindəki şöbəsinin rəisi vəzifəsində çalışmış məmur barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 69 yaşlı rəis Murad Ağayev (şərti) Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcburetmə) maddəsi ilə ittiham edilib.
İttihamda qeyd edilib ki, M.Ağayev ona müraciət etmiş və xəsarətləri ilə bağlı ekspertiza rəyinin verilməsini istəmiş gənc qadına verəcəyi sənədin müqabilində ona əxlaqsız təklif edib. O, həmin qadını bir neçə dəfə işlədiyi xəstəxanadakı kabinetdə məcburi şəkildə intim münasibətə vadar edib. Qadının şöbə rəisi ilə kabinetdə çəkdiyi görüntülər yayıldıqdan sonra isə məsələ böyüyüb. Həmin qadın M.Ağayev barəsində şikayət edib və cinayət işi başlanılıb. Eyni zamanda, məhkəmənin qərarı ilə M.Ağayev vəzifəsindən kənarlaşdırılıb.
Məhkəmədə M.Ağayev onun yanına gələn qadının əvvəlcədən müəyyən şəxslər tərəfindən öyrədildiyini, görüntülərinin qəsdən yayıldığını iddia edib. O əlavə edib ki, tanımadığı şəxs görüntüləri ona yollayaraq 15 min manat tələb edib, həmçinin digər qanunazid əməllərlə üzləşib. Təqsirləndirilən şəxs etiraf edib ki, rəhbərlik etdiyi şöbənin arxiv otağında zərərçəkmiş şəxslə ümumilikdə 4 dəfə cinsi əlaqədə olub və hər hansı məcburetmə olmayıb.
Sonrakı proseslərdə isə zərərçəkmiş şəxs qismində tanınan qadın isə artıq M.Ağayevdən şikayətçi olmadığını və onunla könüllü olaraq birlikdə olduğunu deyib.
Rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Ağayevə bəraət verilib və onun üzərində olan polisin nəzarəti altında olma qətimkan tədbiri götürülüb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1292 Tarix: 13 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 166 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
20:48 218 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
17:40 182 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində
20:53 244 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur
14:47 307 Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23.10.2026 395 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 165 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə
15:30 177 Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
20:15 166