İftara hazırlaya bilərsiniz

İftara hazırlaya bilərsinizİftar süfrəsi üçün asan və dadlı menyu təqdim edirik:

Südlü göbələk şorbası

Ərzaqlar:

2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı zeytun yağı
7 ədəd göbələk (100 q)
2 çay qaşığı un
1 diş sarımsaq
3 stəkan süd
1 çimdik duz
1 çimdik qara istiot
1 çimdik rəndələnmiş muskat qozu
1 az doğranmış şüyüd

Hazırlanması:

Kərə yağı və zeytun yağını orta ölçülü qazanda vam odda qızdırın. Göbələkləri incə doğrayın və bütün su çəkilənə qədər yağda qızardın.
Qovrulmuş göbələklərə un və əzilmiş sarımsağı əlavə edin, unun qoxusu yox olana qədər qovurmağa davam edin. Qarışığa az-az süd əlavə edin və heç bir topaq əmələ gətirmədən vam odda davamlı qarışdıraraq bişirin. İstəsəniz, su yerinə soyuq bulyonu əlavə edin. Şorba qatılaşdıqdan sonra ədviyyat və şüyüd əlavə edib isti halda süfrəyə verin.

Hünkarbəyəndi

Ərzaqlar:

Ət üçün:
2 xörək qaşığı kərə yağı
4 xörək qaşığı zeytun yağı
500 qram quzu qolu, kubok formasında doğranmış
2 orta ölçülü soğan
3 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
1 stəkan rəndələnmiş pomidor
1 stəkan isti su
2 çay qaşığı duz

Əzmə üçün:
1 kiloqram badımcan
2.5 stəkan süd
2 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot

Hazırlanması:

Tavaya yağ və əti töküb qovurun. Ət bütün suyunu çəkənə qədər bişirin. Soğanları çox kiçik kublara, sarımsağı isə nazik dilimlərə doğrayın və qovurulmağa davam edən ətə əlavə edin. Soğanlar tam şəffaflaşana və qazanda su qalmayana qədər bişirin. Qazana tomat pastası və sürtgəcdən keçirilmiş pomidoru əlavə edib, qarışdırın. Sonra qaynar su əlavə edib qarışdırın, qazanın qapağını bağlayın və ocağı ən aşağı rejimə qoyun. Ət yumşaq olana qədər bişirin.

Zövqünüzə görə badımcanları ocaqda qovurun. Qovrulmuş badımcanların üzərini örtüb 2 dəqiqə dincəldikdən sonra hələ isti halda qabıqlarını soyun. Badımcanları kəsmə taxtasında böyük bıçaqla bacardığınız qədər doğrayın, az qala püre halına salın və bütün suyu ilə süzgəcə qoyun. Qovrulmuş badımcanları süzgəcdən keçirin ki, püre halına gəlsin. Kərə yağı və unu orta ölçülü qazanda orta-az odda iyi gələnə qədər qovurun, sonra badımcan püresi əlavə edin və bişirin. Qazana südü az-az əlavə edib, topaqlar əmələ gətirmədən qarışdırın. Duz və istiot əlavə edib ocaqdan götürün. Bişən ətə duz və istiotu əlavə edib, ocaqdan götürün.

Süfrəyə verərkən əvvəlcə boşqablarda badımcanlı qarışığı, üzərinə isə ətli qovurmanı tökün.

"Qar damlası" şirniyyatı

Ərzaqlar:

4 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 paket vanil
1 paket qabartma tozu
2 stəkan un

Biskiviti islatmaq üçün:
3.5 stəkan süd
1 qutu qaymaq
3/4 çay fincanı şəkər tozu

Deserti üçün:
50 qram fındıq (və ya fıstıq)

Pudinqi üçün:
1 litr süd
3 xörək qaşığı qarğıdalı nişastası
3 xörək qaşığı un
1 ədəd yumurta sarısı
1.5 çay fincanı şəkər
80 qram ağ şokolad
1 paket krem şanti
1/2 çay fincanı süd

Üzəri üçün:
1 çay fincanı kokos
50 qram fındıq (və ya fıstıq)

Hazırlanması:

Əvvəlcə pudinq üçün qazana süd, nişasta, un, şəkər, yumurta sarısı qoyun və qarışdırın, qatılaşana qədər bişirin. Bişmiş pudinqi ocaqdan götürüb, vanil və ağ şokolad əlavə edin, şokolad əriyənə qədər qarışdırın və soyumağa qoyun. Soyudulmuş pudinqə 1 paket krem şanti və yarım çay fincanı süd əlavə edib mikserlə 4-5 dəqiqə çalın. Biskivitləri islatmaq üçün bir qabda süd, qaymaq və şəkəri qarışdırıb kənarda saxlayaq.

Kənarda yumurta və şəkər tozunu mikserlə qarışdırın. Südü əlavə edib, qarışdırmağa davam edin. Unu, qabartma tozunu və vanili ələkdən keçirib tökün və qarışdırın. Sobaya qoyacağınız qaba yağlı kağız sərib, üzərinə xəmiri tökün. Əvvəlcədən 170 dərəcə isidilmiş sobada təxminən 25 dəqiqə bişirin. Soyuduqdan sonra biskiviti ikiyə bölün. Birini qaba qoyub, südlü qarışığı üzərinə tökün. Sonra üzərinə pudinqin yarısını tökün, fındıq və püstə səpin. Üzərini digər yarı biskivitlə örtün. Südlü qaymaq qarışığını, qalan pudinqi tamamilə tortun üzərinə tökün və səliqəyə salın. Üztünü hind qozu ilə bəzəyin. Soyuducuda bir gecə və ya 7-8 saat saxlayın.

Axşam.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 987   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?

Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır

11:03 235
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

19:30 157
.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

20:18 214
.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

12:29 243
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

21:00 134
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

19:10 159
.

Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək

15:40 175
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

19:20 179
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 535
.