"Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media prespektivində" mövzusunda ilk təlim keçilib
13 mart 2024-cü il tarixində Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində "Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində" mövzusunda ilk təlim keçilib.
Təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirmiş, medianın ilk növbədə ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji savada yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd etmişdir. İcraçı direktor həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumetlərlə cavab verməlidir.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə effektiv çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq bu tip təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaqdır.
Azərbaycan Respublikası Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nüməyəndələrinin böyük rolunun olduğunu söyləmişdir.
İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç "İqlim dəyişikliyinin elmi əsasları", "Bərpa olunan enerji: texnologiya və inkişaf" adlı sessiyalarda çıxış etmişdir.
ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə "Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?", "İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri" sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb.
Sonda təlimçilər iqlim dəyişikliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırılıblar.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 556 Tarix: 13 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?
Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır
11:03 235 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 157 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
20:18 214 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 243 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
21:00 134 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 159 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 175 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
19:20 179 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 535