Bakıda XI Qlobal Bakı Forumu keçirilir, İlham Əliyev iştirak edir
Bu dəqiqələrdə Bakıda, Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirilir.
Bununla bağlı President.az məlumat yayıb.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.
Bu dəfə "Parçalanmış dünyanın bərpası" ("Fixing The Fractured World") mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
Martın 16-dək davam edəcək Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 594 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?
Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır
11:03 235 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 157 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
20:18 214 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 243 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
21:00 134 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 159 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 175 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
19:20 179 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 535