"Qarabağda olan ermənilərin 2 yolu var"- Emin Həsənli

"Qarabağda olan ermənilərin 2 yolu var"- Emin HəsənliMəlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə gündən-günə abadlıq və quruculuq işləri davam edir. Bu ərazilərin bəzilərində artıq yaşayış belə var. Viran qalmış bölgələrdə artıq toylar olur, bayramlar keçirilir. Öz millətimizin yenidən ata-baba yurdlarına qayıtması çox sevindirici bir haldır. Cənab Prezidentin dediyi kimi, ermənilər Azerbaycan vətəndaşlığını qəbul edib orda qala bilərlər. Amma onlar həmin əraziləri könüllü şəkildə tərk etdilər. Prezidenti həmçinin Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrə də mesaj verdi və bildirdi ki, Qarabağ bizim tarixi torpağımızdır və bu ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Əgər kimsə bununla razılaşmırsa, yol açıqdır, istədikləri yerə gedə bilərlər. Başqa sözlə ifadə etsək Prezident açıq şəkildə bəyan etdi ki, orada olan ermənilərin iki yolu var. Ya silahı yerə qoyub Azərbaycana təslim olmaq, ya da ərazilərimizi dərhal tərk etməkdir. Kim Azərbaycan vətəndaşlığını qəbul edərək Qarabağda qalmaq istəyirsə, o bizim vətəndaşımızdır və onlar Azərbaycan vətəndaşları üçün nəzərdə tutulan bütün hüquq və imtiyazlardan istifadə edə bilərlər. Kimlər ki, Azərbaycan vətəndaşlığını qəbul etmirsə, nə qədər o əraziləri tez tərk etsələr, bir o qədər onlar üçün yaxşı olar. Cənab Prezidentin də dediyi kimi, əslində Qarabağın dinc erməni əhalisinin böyük əksəriyyəti Azərbaycanın tərkibində yaşamağa razıdırlar. Amma onlar separatçıların girovuna çevrilib. Əgər belə davam edərlərsə, təbii ki, separatçılar dəmir yumruğun gücünü yenə də hiss edəcəklər.

Mövzu ilə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli Emin Həsənli açıqlama verib.

"1828-ci ildəki Türkmənçay müqaviləsindən sonra ermənilər Hindistan və İrandan Cənubi Qafqaza köçürülüb. Bunu Çar Rusiyası təşkil edib. Onlar bu bölgəyə gələndən işğal, terrorçuluqla məşğuldurlar. 1905 -1907,1918-ci il hadisələri, Bakı, Şamaxı, Qubada qırğınlar, Qarabağ hadisələri, 1920-ci il may ayında 29-da ermənilərin dövləti yaradıldı. 1948-1952-cü illərdə azərbaycanlılar dədə-baba yurdlarından köçürüldü. 1988-ci ildən azərbaycanlılar Qərbi Azərbaycana köçürüldü. Xocalı soyqrımı, Qarabağda işğal, seperatizm, terror halları baş verdi. Ermənistan çıxıb getməyə qədər ölkədə sülh ola bilməz. Ermənistan Çar Rusiya dövrü ilə başlayıb, onlar ən ağır cinayətləri törədiblər. Hesab edirəm ki, onlar Qarabağda yaşamağı da haqq etmirlər. Orda yaşayanların böyük əksəriyyəti Azərbaycana qarşı döyüşlərdə, hücumlarda iştirak ediblər. Onların mövcudluğu gələcəkdə sülhə, Cənubi Qafqazda regional əməkdaşlığa təhdiddir. Bu qədər hadisələrdən sonra Ermənistan heç bir nəticə çıxartmır. Ona görə də Azərbaycan xalqında ermənilərə qarşı inam yoxdur. Bir neçə dəfə ermənilər bu cür hadisələr törədib. Tarix boyu qonşu dövlətlər arasında müharibələr olub. Amma ermənilər kimi seperatizmin ağır forması, soyqırımın bu cür forması dəhşətdir. Onlarda türklərə qarşı nifrət hissi var. Bu nifrət hissini onlar unutmur. Düşünürəm ki, onlar nə qədər Cənubi Qafqazdadır, onlarla yaşamaq mümkünsüzdür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 14 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?

Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır

11:03 235
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

19:30 157
.

Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL

Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm

20:18 214
.

Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir

Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı

12:29 243
.

Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ⁠ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə

21:00 134
.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

19:10 159
.

Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək

15:40 175
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

19:20 179
.

Ofelya Şabanova efirdə ingiliscə danışdı

Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz

23.10.2026 535
.