Erməni qoşunları bu kəndlərdən çıxarılır
"Paşinyan mətbuat konfransında Tavuş rayonuna bitişik olan kəndləri Azərbaycana qaytarmağa hazır olduğunu təsdiqləyib. Baş nazir bildirir ki, bu kəndlər Ermənistanın suveren ərazisində deyillər, 1990-cı illərdə müharibə nəticəsində nəzarətə götürülüb. Paşinyanın açıqlamalarından görünür ki, bu, birtərəfli güzəştlə olacaq və Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək".
Qaynarinfo Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
Nəşr qeyd edir ki, hazırda Tavuş istiqamətindəki 7 kəndin 4-nün qaytarılmasından bəhs edilir: "Söhbət Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərindən gedir".
Nəşr "bu kəndlər qaytarılsa, nə olacaq" sualını da araşdırıb: "Ermənistan Silahlı Qüvvələri həmin 4 kəndin ərazisindən çıxmalıdır. Bura üçüncü ordu korpusu nəzarət edir. Bu korpusa vaxtilə general Onik Qasparyan, general Qriqori Xaçaturov rəhbərlik edirdi. Ola bilər ki, bu generallar həm də bu kəndlərin qaytarılmasına görə hökumət tərəfindən təqib edilirdi. Ekspertlər bildirir ki, üçüncü korpus Azərbaycanla müqayisədə daha əlverişli mövqedədir. Kəndlər təhvil veriləndən sonra bu mövqelər azərbaycanlılara keçəcək və biz daha əlverişsiz vəziyyətə düşəcəyik. Bundan başqa, Gürcüstanla dövlətlərarası yol və Ermənistana gələn qaz kəməri də bu ərazidən keçir. Ermənistan yeni yol tikməli, qaz kəmərini ölkənin dərinliyinə doğru çəkməlidir. Bu, həm maliyyə, həm də zaman tələb edir".
"Apaven" yükdaşıma şirkətinin icraçı direktoru Qaqik Ağacanyan deyib ki, dövlətlərası yolun çəkilişi üçün hər kilometrə 5-6 milyon dollar lazımdır: "Söhbət dağlıq ərazidən gedir və əgər körpü tikiləcəksə, bu, daha da baha olacaq, tunellər olarsa, bir qədər də artacaq. Təkcə alternativ yolun çəkilməsi ilə iş bitmir, həm də onun təhlükəsizliyi məsələsi var".
Bu kəndlərin qaytarılması Ermənistan Konstitusiyasının da dəyişməsini tələb edir. Konstitusiya üzrə ekspert Qohar Meloyan bildirib ki, Ermənistan Konstitusiyası dövvlətin ərazisinin yalnız referendum yolu ilə dəyişməsini tələb edib: "Bu, 205-ci maddədə qeyd olunub. Ya konstitusiyanı dəyişməlidirlər, ya da onu pozmalıdırlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1112 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş10 fərqli məhsul, bir üz: Dəriyə qulluqda ifrata varırıq?
Gözəl və sağlam dəriyə sahib olmaq istəyənlər bəzən üzlərinə eyni vaxtda çoxsaylı kosmetik məhsullar tətbiq edirlər. Serumlar, toniklər, nəmləndirici kremlər, maskalar və müxtəlif aktiv tərkibli vasitələr gündəlik qulluq rutinində yer alır. Bəs bu qədər məhsuldan istifadə etmək həqiqətən faydalıdır
11:03 235 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 157 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı ŞOK DETAL
Bakıda deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadənin də iştirak etdiyi kütləvi dava zamanı öldürülən Ceyhun Mirağayevlə bağlı ilginc detal üzə çıxıb. -a daxil olan məlumata görə, qətlə yetirilən və "Ceyhun Sabunçu" kimi tanınan şəxsin nə Azərbaycanda, nə də dünyanın başqa bir ölkəsində rəsm
20:18 214 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 243 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyə
21:00 134 Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 159 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 175 Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"
Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind
19:20 179 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 535