Qəza törədən 21 yaşlı tələbəyə 5 il həbs verildi

Qəza törədən 21 yaşlı tələbəyə 5 il həbs verildiÖtən ilin yayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində idarə etdiyi avtomobillə ağır qəza törədən 21 yaşlı tələbə Hüseynağa Xıdırov həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı açılmış cinayət işi üzrə materiallara Qaradağ Rayon Məhkəməsində baxılıb.

Məhkəmədə bildirilib ki, Masallı rayon Ərkivan qəsəbə sakini, Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsi Hüseynağa Xıdırov dərsdən kənar vaxtlarda icarəyə götürdüyü və şəbəkələrdən birinə qoşulmuş "Toyota Prius" markalı avtomobillə taksi fəaliyyəti göstərib.

O, avtomobillə "Sədərək" ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Mehriban Musayevanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Mərhumun anası məhkəmədə bildirib ki, əri 2009-cu ildə vəfat edib və qızı hadisədən bir neçə gün əvvəl "Meyvəli" ticarət mərkəzində işləməyə başlayıbmış. O, sürücüyə ağır cəza verilməsini tələb edib.

Hüseynağa Xıdırov isə tələbə olmasını, ilk dəfə cinayət törətməsini əsas gətirərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, mərhumun ailəsinə dəymiş zərərə görə 5 min manat ödəyə biləcəyini deyib. Lakin qarşı tərəf bu məbləği qəbul etməyib.

Qaradağ Rayon Məhkəməsinin 11 mart tarixli hökmü ilə H.Xıdırova 5 il 1 ay həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan gənc məhkəmə zalındaca həbs edilib. Onun cəzasının bitməsindən sonra 2 il avtomobil idarə etmək hüququ da məhdudlaşdırılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qırmızı kitab növlərinə qarşı pozuntular cəzalandırılacaq

"Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilən və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması tələblərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, Qanunvericiliy

24.04.2026 214
.

"Çox kökəlmişəm, utanıram"

"Çox kökəlmişəm, həddindən artıq. Utanıram. Duzlu, şirniyyat, çörək, çox yemək yemirəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi çox artıq çəki aldığını bildirib. "Çəkimi deməyə utanıram. 62 kiloqram idim, 60-a düşmüşdüm

24.04.2026 365
.

Bakıda parkda meyit tapıldı

Bakıda parkda naməlum kişi meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə aprelin 23-ü saat 02 radələrində Nizami rayonu Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda baş verib. Üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin kimliy

24.04.2026 339
.

"Bir səhər oyandım ki, dişlərim tökülüb" - Video

Türkiyəli professor Canan Karatay 47 illik həyat yoldaşı Əli Başak Karatayın ötən ilin noyabrında vəfatından sonra keçirdiyi ağır emosional və fiziki prosesdən danışıb. "Qafqazinfo" xəbər verir ki, "Çağla ilə yeni bir gün" televiziya proqramına qatılan Karatay uzun sürən stresin sağlamlığın

24.04.2026 303
.

Sumqayıtda "Esmanur" bağçasında qalmaqal: valideyn iddiaları cəmiyyəti ayağa qaldırdı - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Sumqayıt şəhərində yerləşən "Esmanur" uşaq bağçasında baş verən qalmaqal cəmiyyətdə ciddi narahatlıq yaradıb. Valideynlərin iddialarına görə, bağçada uşaqlara qarşı qeyri-etik davranış halları müşahidə olunub və bu məsələ sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Hadisə ilə bağlı yayıla

24.04.2026 353
.

1977-ci ildə görünən "qar adamı" ilə bağlı sübutlar FTB-yə təqdim edildi

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəqəmsal arxivlərində "qar adamı" (Bigfoot/Yeti) ilə bağlı illərlə davam edən araşdırmaya dair 22 səhifəlik sənədlər aşkarlanıb və ictimaiyyətə açıqlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" məlumat yayıb. Sənədləri

24.04.2026 161
.

Müharibə naziri: İran ABŞ və İsrail gəmilərini saxlamayıb

İranın saxladığı gəmilər ABŞ və ya İsrailə məxsus deyil. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün brifinq zamanı deyib. O, İranın AK-47 avtomatları və kiçik qayıqlarla sadəcə təsadüfi gəmiləri saxladığını bildirib: "Həmin gəmiləri bu silahları olan hər kəs saxlaya bilərdi"

24.04.2026 145
.

Yeni döyüş reallığı: şəhər sığınacaqları niyə vacibdir?

"Son dövrdə davam edən münaqişələr göstərir ki, sığınacaqlar mülki əhalinin qorunmasında mühüm rol oynayır. Güclü hərbi qarşıdurmalar zamanı sığınacaq infrastrukturu insan itkilərinin azalmasına birbaşa təsir edir". Bunu BİG.AZ-a açıqlamasında hərbi ekspert Səxavət Məmmədov bildirib. O, qey

24.04.2026 196
.

Avropa Birliyindən Ukraynaya 90 milyonluq dəstək, Macarıstan yenə fərqli mövqedə - POLİTOLOQDAN AÇIQLAMA

Avropa İttifaqının Ukraynaya dəstəyini davam etdirdiyi bir vaxtda, birlik daxilində fikir ayrılıqları yenidən açıq şəkildə üzə çıxır. Dünən Avropa Birliyi tərəfindən Ukraynaya 90 milyon avro həcmində kredit ayrılması Kiyevə iqtisadi və siyasi dəstəyin davam etdiyini göstərsə də, Macarıstanın bu məsələd

24.04.2026 236
.

TOP MP3