Naxçıvanda 16 yaşlı qızla nikaha cəhdin qarşısı alınıb
Şərurda erkən nikaha cəhdin qarşısı alınıb.
BiG.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirib.
Məlumata görə, qurum tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə müntəzəm olaraq maarifləndirmə işləri aparılır, erkən nikahın fəsadları və qarşısının alınmasında normativ hüquqi tənzimlənmə barədə ictimaiyyətə ətraflı məlumat verilir:
"Təəssüf ki, həyata keçirilən tədbirlərə və maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi valideynlər övladını erkən yaşda evləndirməyə çalışır. Sonuncu dəfə Şərur rayonunda erkən nikaha cəhd edilib. Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan L.Ə. (ad və soyad şərtidir) 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. (ad və soyad şərtidir) ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirmələri ilə bağlı məlumat əldə edilib.
Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.
Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aid təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb".
Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq. Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 512 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızılın qiyməti "əl yandırır": Ölkə bazarlarında vəziyyət necədir?
Hələ də qızıl insanlar üçün ən etibarlı investisiyadır. Bu gün isə qızılın qiyməti rekord həddə çatıb. Belə ki, dəyərli metalın qiyməti trua unsiyası üçün beş min dolları keçib. Bahalaşma ölkə bazarlarından da yan keçməyib. Satıcılar AzTV-yə bildiriblər ki, qızılın alışı əvvəl 170 manat idisə, hazırd
25.01.2026 414 Paşinyan üçün "Noldu, Paşinyan?" meyxanasını səsləndirdilər - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Talin şəhərindəki kilsəni ziyarət edərkən "Noldu, Paşinyan?" meyxanası səsləndirilib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
25.01.2026 572 Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi
Bakıda oğul anasını öldürüb. BİG.AZ trend-ə istinadən xəbər verir ki, faciə barədə ailənin yaxınları məlumat yayıb. Məlumatda bildirilir ki, 2026-cı il yanvarın 24-ü saat 11 radələrində Maştağa südçülük sovxozunda Ağayev Emil Xanlar oğlu anası 67 yaşlı Ağayeva Həyat Nəzər qızını amansızlıqla qətlə yetirib
10:32 337 Avropa Parlamenti Ukrayna üzrə danışıqlar aparan şəxs vəzifəsinə namizədin adını açıqlayıb
Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna ilə bağlı mümkün Avropa İttifaqı-Rusiya danışıqlarında iştirak etmək üçün uyğun namizəd ola bilər. "Report"un məlumatına görə, bunu Avropa Parlamentinin Fransadan olan üzvü Tyerri Mariani "RİA Novosti"yə verdiyi müsahibədə bildirib. Dah
25.01.2026 343 "Həyatın mənə verdiyi ən böyük hədiyyəsən"
Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla bağlı paylaşım edib. OLAY yazır ki, sənətçi ərinin ad günündə çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb. Oğlu və qızının yer aldığı kadrlara müğənni bu sözləri yazıb:. "Həyatın mənə verdiyi ən böyük hədiyyəsən. Gücünlə arxam, səssizliyinl
11:50 152 Bölgələrdə kommunal xidmətlərin qiymətlərinin azaldılması ilə bağlı TƏKLİF
Ölkənin müxtəlif bölgələrində yaşayan sakinlər kommunal xərclərin yüksək olmasından və bu ödənişləri qarşılamaqda çətinlik çəkdiklərindən şikayətlənirlər. xəbər verir ki, sakinlərin bir qismi İctimai TV-yə açıqlamalarında xərcləri azaltmaq məqsədilə qazla yanaşı odun sobasından da istifadə etdiklərin
25.01.2026 356 Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Venesuela lideri Nikolas Maduronu ələ keçirmək üçün gizli əməliyyat zamanı ABŞ ordusu yeni, məxfi silahdan istifadə edib. "New York Post"a istinadən xəbər verir ki, dövlət başçısı bu silahın adını açıqlayıb. Tramp onu "Dezoriyentator" adlandırıb
25.01.2026 281 Əli Laricaninin qızı ABŞ universitetindən qovulub
ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricaninin universitetdən uzaqlaşdırıldığını təsdiqləyib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Universitet rəhbərliyini
25.01.2026 333 KİV: Xamenei Tehranda yeraltı bunkerdə gizlənir
İranın ali rəhbəri Əli Xamenei ABŞ tərəfindən hücum edilməsi ilə bağlı artan narahatlıqlar fonunda Tehrandakı xüsusi yeraltı sığınacağa köçüb. "Report" xəbər verir ki, bu iddia "Iran International"da yayılıb. Qeyd olunub ki, bu qərar yüksək rütbəli hərbçilərin ABŞ tərəfindən potensia
25.01.2026 282