"Diplomatlarımız Qarabağ üçün ədalət axtardığı vaxtlarda, biz futbol arenasında "Qarabağ"a qarşı həmin ədalətin sorağındayıq"
Xəbər verdiyimiz kimi, dünən "Qarabağ" ilə" Bayer" arenada qarşılaşdı. Oyun 3-2 hesabı ilə başa çatsa da "Qarabağ" möhtəşəm oyun nümayiş etdirdi.
"Hal-hazırda Avropanın ən güclü komandalarından biri olan "Bayer"lə səfər görüşündə "Qarabağ"a çox çətin olacağı əvvəlcədən də məlum idi. Qurban Qurbanov da deyirdi ki, rəqibin təzyiqi olacaq, ona dözməliyik. İlk 15-20 dəqiqə çox ağır keçdi, amma tab gətirib oyunu bərabərləşdirə bildik. Təəssüf ki, işlərin qaydasında getdiyi bir məqamda Elvin Cəfərquliyev yenə qırmızı vərəqə aldı. "Braqa" ilə Bakıdakı oyunda da belə olmuşdu. "Bayer"lə görüşdə verilən qırmızı vərəqəyə gəlincə, matçın baş hakimi Entoni Teylor əvvəlcə sarı vərəqə göstərmişdi. VAR-a baxdıqdan sonra qərarını dəyişib futbolçumuzu meydandan kənarlaşdırdı. Belə məqamlarda adətən hakimin epizodu necə dəyərləndirməsindən çox şey asılıdır. Ən böyük problem Elvin Cəfərquliyevin yenə də hakimə qırmızı vərəqə üçün əsas verməsi oldu. Axı, özü də çox yaxşı bilir ki, uzun illərdir avrokuboklarda hakimlər "Qarabağ"a qarşı ikili standartlarla yanaşır. Buna illərboyu şahidlik etmişik və edirik. Belədə daha diqqətli olmaq, hakimə heç bir əsas vermək lazım deyildi. Təəssüf ki, Elvin yenə "Qarabağ"ı çətin durumda qoydu".
Bu sözləri BiG.AZ-a futbol eskperti Emin Abbasov deyib.
O bildirib ki, hətta "Qarabağ" ikinci qolu vuranda belə, 10 nəfərlə "Bayer" kimi komandaya qarşı mübarizə aparmağın çətin olacağını bilirdik.
"Təəssüf ki, tab gətirə bilmədik. Juninyonun yerinə Nəriman Axundzadənin meydana daxil olmasına gəlincə, yəqin ki, bu, braziliyalı forvardın çox yorulmasından irəli gələn əvəzetmə idi. Bilirik ki, Juninyo ilk oyunda zədələnmişdi, son ana qədər cavab matçında oynayıb-oynamayacağı sual altında idi. "Qarabağ"ın həm də azlıqda qaldığını nəzərə alan Qurban Qurbanov onun yerinə gənc Nərimanı ona görə meydana buraxdı ki, ən azından qaçsın, mübarizə aparsın. Görüşün sonlarında Qurban Qurbanov Patrik Andrade və Kevin Medinanı da döyüşə atıb sistemi dəyişdi, beşli müdafiəyə keçdi. Lakin 5-3-1 sistemi də hesabı qorumaq üçün yetərli olmadı.
Tək bu oyunla bağlı yox, ümumən götürsək, "Qarabağ"a qarşı hakimlərin ikili standartlar nümayiş etdirməsini çox görmüşük. Hər halda bu qədər təsadüf olmaz. Uzun illər diplomatlarımızın Qarabağ üçün ədalət axtardığı vaxtlarda, biz də futbol arenasında "Qarabağ"a qarşı həmin ədalətin sorağında olmuşuq. Dəqiq nəsə iddia etmək çətindir. Fakt odur ki, baxırsan, oxşar epizodlarda "Qarabağ"ın xeyrinə qaydalar eyni cür incələnmir.
Hər halda, buralara qədər gəlib bu cür mübarizə aparmasına görə Qurban Qurbanova və onun futbolçularına təşəkkür etmək lazımdı. Onlar çətin şərtlər altında savaşdılar, hətta möcüzə etməyə belə yaxın oldular. "Qarabağ"la fəxr edirik!"
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1276 Tarix: 15 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var
14:51 273 Qızılın qiyməti kəskin ucuzlaşdı
Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. BİG.AZ Trend-ə istinadən xəbər verir ki, qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 faiz ucuzlaşıb. Gümüşün qiymətində də kəskin azalma müşahidə olunur. Belə ki
20:00 128 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 378 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə
15:30 170 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall
16:25 281 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 525 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
20:48 77 Dubayda maşın alverçisi olan sevgilisi tərəfindən təhdid olunan xanım kömək istədi: "Həyatım təhlükə altındadır!"
"Real Azərbaycan"a müraciət edən Gülxar Novruzlu münasibətdə olduğu şəxs tərəfindən təhdid olunduğunu bildirir. Gülxar Novruzlunun sözlərinə görə, Dubayda avtomobil alveri ilə məşğul olan Seyid Hüseyn onunla münasibətə son qoyduğu üçün onu təhdid edir. O, həmçinin sosial şəbəkə hesablarınd
21:36 0 Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl
16:50 187