Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYE

Rusiyanın Navalnı ilə dəyişdirmək istədiyi, Avropada həbs edilən killer kimdir? - DOSYERusiyanın Qərbdən azad edilməsini tələb etdiyi əsas məhkum Vadim Krasikov sayılır. Hətta, Aleksey Navalnı ölməzdən öncə, Rusiya və Qərb ölkələrinin onların mübadiləsini müzakirə etdiyi də məlum olub.

Lent.az Rusiyanın azadlığını istədiyi Vadim Krasikov barədə məlumatı təqdim edir.

2019-cu il avqustun 23-də Berlinin mərkəzindəki parkda keçmiş çeçen səhra komandiri və Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvili öldürüldü. Cinayətkar velosipedlə Xanqoşvilinin yanına gəlib və onu güllələyib. Şübhəli şəxs qətldən az sonra hadisə yerinin yaxınlığında polis tərəfindən saxlanılır. Onun üzərində Vadim Sokolovun adına sənədlər tapılır.

"Bellingcat", "The Insider" və "Der Spiegel" sonradan birgə araşdırma zamanı müəyyən edir ki, bu uydurma addır və əslində şübhəlinin adı Vadim Krasikovdur. 2021-ci ilin dekabrında Berlin məhkəməsi Krasikovu Xanqoşvilinin qətlində təqsirli bilir, ömürlük həbs cəzasına məhkum edir.

Məhkəmə həmçinin müəyyən edib ki, Krasikov Xanqoşvilini öldürmək üçün Rusiya dövlət qurumlarından sifariş alıb. Almaniya istintaqı Krasikovu Rusiya Federal Təhlükəsizlik Xidmətinin "Vımpel" xüsusi təyinatlılarının yüksək rütbəli zabiti adlandırıb.

İddia olunub ki, 2019-cu ilin fevral ayından avqust ayına qədər Krasikov "Vımpel" xeyriyyə fondunun səkkiz üzvü ilə ünsiyyətdə olub. Bundan əlavə, Krasikov dəfələrlə FTX Xüsusi Təlim Mərkəzinin bazalarına baş çəkib.

Vadim Krasikov 1965-ci il avqustun 10-da Qazaxıstanın Türküstan vilayətinin Kenestobe kəndində anadan olub. 1980-ci illərdə ailəsi Buryatiyaya köçüb. Sonra Krasikov həyat yoldaşı və iki uşağı ilə İrkutska köçür. 2009-cu ildən isə o, Moskva vilayətində yaşayır.

Medianın araşdırmalarına görə, Krasikov 2013-cü il yanvarın 19-na keçən gecə Moskvada güllələnən iş adamı Albert Nazarovun qətlində əsas şübhəli şəxs olub. Cinayətkar Nəzərova velosipedlə yaxınlaşıb, iş adamı müqavimət göstərib, qatil isə ona bir neçə dəfə atəş açıb. Bu qətl, The Insider və Bellingcat-ın qeyd etdiyi kimi, Berlində Xanqoşviliyə qarşı sui-qəsd cəhdinə bənzəyir: hər iki halda qatil velosipedlə gəlib və qurbanı yaxın məsafədən vurub.

2014-cü ilin yanvarında Rusiya hüquq-mühafizə orqanları Krasikovu biznesmenin qətlinə görə federal və beynəlxalq axtarışa verib. Rusiya Krasikovun axtarışı ilə bağlı İnterpola da məlumat verib, o cümlədən fotosunu təqdim edib. Amma 2015-ci ilin iyununda Rusiya Krasikovun axtarışını dayandırıb.

Bundan başqa, Krasikovun adı 2007-ci il aprelin 4-də Kareliyanın Kontokki kəndində sahibkar Yuri Kozlovun qətlində də iştirakçı kimi adı hallanıb.

Xanqoşvilinin qətli və sonradan Krasikovun saxlanılması Rusiya dövlətinin yüksək səviyyəli rəsmiləri tərəfindən şərh edilib. Rusiya Prezidenti Vladimir Putin Moskva metrosunda baş verən partlayışların təşkilatçılarından birinin Xanqoşvilinin olduğunu bildirib.

"İştirak etdiyi aksiyaların yalnız birində o, 98 nəfəri öldürüb", - Rusiya Prezidenti 2019-cu ildə deyib.

Kreml həmçinin bildirib ki, Rusiya tərəfi Almaniyaya Xanqoşvilinin ekstradisiyası üçün bir neçə sorğu göndərib, lakin buna Berlindən cavab verilməyib.

Rusiya Xarici İşlər Nazirliyi isə Krasikovun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə xəbəri spekulyasiya adlandırıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 831   Tarix: 15 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni detalları məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur. A.Əlizadənin iki oğlu var. Onlardan birinin adı Əhməd, digərinin adı Orxandır. Orxan Əlizadə Xətai Rayon Məhkəməsinin hakimidir. Əhmə

12:07 401
.

Zelenski: "Rusiyanın nəzarətində olan ərazilərdən imtinanı heç vaxt qəbul etməyəcəyik"

Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır. xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib. Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətind

19:20 135
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. BİG.AZ APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxal

19:04 166
.

İran ali rəhbərinin nümayəndəsi: Xameneinin ictimaiyyət arasına çıxmaq imkanları məhduddur

"İranın Ali rəhbəri Müctəba Xamenei müharibə şəraitinə və ictimaiyyət qarşısında görünmək imkanlarının məhdud olmasına baxmayaraq, ölkənin idarə edilməsini davam etdirir". Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdulla

23.10.2026 555
.

Şəhriyardan Oksana ilə bağlı suala reaksiya

Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, o, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanınd

23.10.2026 509
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

16:27 350
.

Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin YENİ TƏFƏRRÜATI

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayətdə iştirak edənlərdən daha birinin adı məlum olub. -ın əldə etdiyi məlumata görə, qətlə yetirilən Ceyhun Mirağayevə bıçaq zərbəsi vuranlardan birinin də Emin adlı şəxs olduğu iddia edilir. O, "Əxi Emin" ləqəbi ilə tanınır, kriminall

16:25 274
.

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb

Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə, insan haqlarına və din azadlığına hörmət etməyə çağırıb. "Report" xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Yunanıstan Gümülcine və İskeçədə qondarma müftilər təyin etməkl

16:50 182
.

Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür - FOTO

Bakıda kütləvi davada öldürülən Ceyhun Mirağayevin oğlu Əli Mirağayev qaydasız döyüş (MMA) üzrə idmançıdır. xəbər verir ki, o, bir sıra beynəlxalq yarışların iştirakçısı və qalibi olub. Perspektivli idmançılardan biri sayılır. Xatırladaq ki, Ceyhun Mirağayevin qətlə yetirilməsi ilə nəticələnən hadis

15:21 292
.