Zaqatalada 18 yaşlı gəncin partlayışdan ölməsi ilə bağlı cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, martın 16-da, saat 14 radələrində Zaqatala rayon sakini 2006-cı il təvəllüdlü Məhəmməd Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş vermiş hadisə ilə bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunub və digər zəruri hərəkətlər icra edilib.
İlkin araşdırma zamanı Məhəmməd Ömərovun rayonun Muxax kəndində ərazidəki poliqon sahəsində aşkar etdiyi partlayıcı vasitənin partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
16:46
Zaqatalada 18 yaşlı gəncin qumbara partlaması nəticəsində ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə Pərzivan kəndi ərazisində baş verib.
Belə ki, Məhəmməd Ömərov tanışları ilə ərazidə gəzirlərmiş. Bu zaman o, yerdən partlayıcı maddəni tapıb və ehtiyatsız davranıb.
Nəticədə gənc baş nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya aparılsa da, yolda vəfat edib.
15:46
Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində partlayıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1041 Tarix: 16 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
19:30 0 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 370 Canni İnfantino Bakıda - Video
FIFA prezidenti Canni İnfantino Bakıya gəlib. xəbər verir ki, FIFA prezidenti Canni İnfantino bununla bağlı "Instagram" hesabında paylaşım edib. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf tərəfindən səmimiyyətlə qarşılandığını qeyd edib. "15 yaşadə
10:22 237 Azərbaycanın Ukraynadakı səfiri Zakarpatye vilayəti ilə ticarət əlaqələrinin inkişafını müzakirə edib
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Zakarpatye vilayətinin iş dairələrinin nümayəndələri ilə görüşdə ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindək
15:40 158 İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyir
Oktyabr 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva
19:30 0 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur
14:47 268 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb
Ermənistanın bir neçə icmasında seçkiqabağı korrupsiya ilə əlaqədar açılmış cinayət işləri çərçivəsində həbslər həyata keçirilir. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Antikorrupsiya Komitəsindən bildirilib. Qurum Artikdə müxalifət nümayəndələrinin saxlanılması il
17:10 140 Bu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərin
11:45 228 Bakıda ilk dəfə FIFA U-15 Dünya Çempionatı və Festivalı keçirilir
Tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalına Bakı ev sahibliyi edir. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi turnirdə iştirak edir. BİG.AZ xəbər verir ki, yarışın Azərbaycanda keçirilməsi ölkədə idmanın inkişafı
12:29 229